“İndi həyat başdan-başa qəribə bir
oyuna bənzəyir”
Şair İslam Türkayla müsahibə
–Yalnız bir neçə cəhddən sonra müsahibəyə razılıq verdiniz.
Niyə?
– Mən nəzər-diqqətdə
olmaqdan çəkinən,qorunan adamam, ona görə.
–70-ci illərin axırları
80-ci illərdə İslam
Əhmədli kimi çap olunmağa başlamısınız. Bəs niyə
Türkay təxəllüsü
götürdünüz?
–Bizim kənd-Qazax rayonunun Dəmirçilər
kəndidir. Böyük Çingizxanın tayfasındandır. Silah düzəldənlər
olublar babalarımız-dəmirçilər
də ordan yaranıb. O vaxtlarda yeganə bizim kənddə dəmirçixana
var idi. Türkiyənin Qars vilayətində məskunlaşıb
sonralar Azərbaycanın
müxtəlif bölgələrinə
səpələnmişik. Harda
Dəmirçi,Dəmirçilər
kəndləri varsa, o
toplum bir kökdəndir. Türkay təxəllüsü burdan yarandı. Bu təxəllüslə çap olunmağıma imkan verilmirdi. İlk dəfə 1985-ci ildə Abbas Abdulla “Ədəbiyyat”
qəzetində baş
redaktorun müavini işlədiyi vaxtlarda məni bu təxəllüslə
həmin qəzetdə
çap etdi.
1986-cı ildə ilk dəfə
“Arxda Həsrət var”adlı kitabım bu imzayla nəşr
olundu. Onda da “QLAVLİT”-senzura
buna icazə vermirdi. Türkayın
kim olduğu
soruşulurdu. O vaxt “Yazıçı” nəşriyyatının
baş redaktoru işləyən S.Rüstəmxanlı
senzuradan keçməyim
üçün mənə
“Babama” adlı bir şeir yazdırdı.
“Mənim Türkay babam, aya tay
babam,
Ruhuyla həm o tay,
həm bu tay babam
On adam yerinə
işləyən babam
Tək cana bir
alay döşləyən
babam... ”
Belə bir şeir idi
və bu şeir kitabımın birinci səhifəsində
çap olundu. Bununla da
senzuradan keçdim.
– Sizi yazmağa vadar edən səbəb nədir?
–Həmişə yazmaq olmur. Adam var
gündə 3-4 şeir
yazır. Yeri gəlmişkən,
bu məni incidən tərəfdir.
Biri var şeir düzəldənlər;
biri də var şeir yazanlar.
Şeir qayıranlar gündə 3-4 şeir qayırır, bir qafiyəni tutub qurtarana qədər döşəyir:
“Gülüm bitir sənə sarı, sənə sarı,
Quşlar
uçur dənə sarı, dənə sarı,
Dağ dikəlir çənə
sarı, çənə
sarı”
Və yaxud
“Sənsiz yaman darıxıram,
Gülüm, ay gülüm, ay gülüm
Elə sənin qucağında
Ölüm,ay gülüm,ay
gülüm”
Belə yazarlarda bir epitet, bənzətmə, bədii söz yoxdur.
Qafiyəsi yerində, hecası yerində şaqqa-şaq yazırlar. İçində bir misra şeir yoxdur və yaxud bir
məqaləni nəzmə
çəkirlər.Bu da
olur şeir-məqalə.
Hər dəfə şeir yazanda şairin ömründən bir kərpic azalır. Şair ömrünü yazılarına
çevirir. Ona görə
yaradıcı adamların
yaratdıqlarına baxıb
onun portretini çəkirlər.
Məni
yazdıran dərd, intizar və sevgidir....
–Sevgi sizin üçün
nədir?
–Mənə elə gəlir ki, Allah Adəmi yaradandan sonra onun köksünə
“Ruh” qoyub. Ruh sevgi idi. Sevgi insanın ruhudur, canıdır. Sevginin
bitməsi,tükənməsi
ruhun bədəndən
çıxması kimi
bir şeydir.Nə qədər ki insanın içində sevgi var, yaşayır,
deməli o hələ
diridir.
Hamıya bərabər şəkildə
paylanmayıb sevgi. Kimiyə
çox,kimiyə az düşüb-boy kimi,güc kimi,təfəkkür
kimi, ağıl kimi və s...
Allahdan sonra sevgi insan oğlunun
önündə rüküdə
durduğu ikinci bir hadisədir. Allahdan sonra insan öz
sevgisinə baş əyir, səcdə edir,onu ölənəcən
unuda bilmir.
Həyatda mən iki həqiqət tanıyıram-Ata,Ana. İkincisi sevgi.... Qalanlar illuziyadır. Oğul kimi illuziyayam, ata kimi həqiqətəm.
İkinci həqiqət sevgidir.
“Qoy məni öldürsünlər
Bir alagöz qız üstdə”
Ölür. Uf da demir,peşman
da olmur. Çünki böyük
sevginin daşıyıcısıdır,qurbanıdır.
“Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?”
Nizami eşqsiz
dünyanı mənasız
sayırdı.
Eşqi-məhəbbəti dinlə müqayisə etmək olar. Hər ikisində
rükü var.
Biri Allah qarşısında,
digəri sevgilisi....Vüsala çatmağı
aşiqlər imana gəlmək kimi də dəyərləndirirlər. Amma dindən
sui-istifadə halları
olur. Hakimiyyətə
gəlmək, mal-dövlət
qazanmaq, istədiyinə
çatmaq kimi.... Sevgidən də sui-istifadə edənlər olur.
–Sizcə, həqiqətən
qadınlar məğlubedilməzdir?
– Qadın anadır, bacıdır, ömür-gün
yoldaşıdır... Qurani-Kərimin
“Bəqərə” surəsində
buyrulub ki, “Qadınlar sizin tarlanızdır”. Doğurdan da
qadını torpaqla müqayisə etmək olar. O da bitirən, yetirəndir.
“Bir çəyirdək verdim, dörd bostan verdi,
Mənim
sadiq yarım qara torpaqdır ”
(Aşıq Veysəl)
Amma başsız,
sahibsiz çəpərsiz,
hasarsız torpaqlar-baxımsız
torpaqlar var həyatda. Ata hasarı,
qardaş hasarı, ər hasarı var bu tarlaların.
Bu hasarlar olmayanda
və ya bu hasarlardan imtina ediləndə orda, o tarlalarda qurd-quş yuva salır. Orda gül çiçək
bitmir, qanqallar göyərir əvəzində,
uzunqulaqlar anqırışır
o tarlalarda. Bax belə....
Qadın ki abır-həyasını
itirdi, kişiləşdi,
erkəkləşdi, o gül-
çiçək ətrini,
xüsusiyyətini də
itirir. Və sonda qanqala çevrilir.Qanqallar isə
uzunqulaqların yemidir.
–Hal-hazırda cəmiyyətimizdə
çatışmayan cəhət
nədir?
– Cəmiyyətimizdə çatışmayan
ən birincisi, mənə görə, səmimiyyətdir. Demək
olar ki, heç kim
səmimi deyil. Ata-ata kimi, ana-ana kimi, övlad-övlad
kimi, hakimiyyət-hakimiyyət
kimi səmimi deyil. Sevgili belə diplomatiya
ilə danışır.
Hamı oynayır,indi həyat başdan- başa qəribə bir oyuna bənzəyir. Ən pis, bəyənmədiyimiz,
iyrəndiyimiz hallar, hadisələr adiləşib.
Arvadın əri, ərin arvadı dəyişməsi adi, həm də normaya çevrilib... Qocası da belədir... cavanı da...
–Xəyallarınızda Siz kim olmusuz?
– Mən uşaqlıqdan simfonik musiqinin vurğunu idim.Tələbə
olan vaxtlarda bir simfonik konserti
buraxmazdım. Bütün
baletlərə baxmışam...
Özümün də
musiqi parçalarım
var.Özüm üçün
qalır...Ədəbiyyat
məni o dünyadan ayırırdı...
Hər şeydə olduğu kimi bu sahədə
də ədalətsizlik
baş alıb gedir...Sabir Mirzəyev
kimi nəhəng xanəndə öz qiymətini almadı...
Səxavət Məmmədov,Məhəbbət
Kazımov öz qiymətini almadı.
Aygün
Kazımova, Səməd
Səmədov xalq artisti , amma Məhəbbət Kazımov
kimi bənzərsiz,bül-bül
kimi cəh-cəh vuran bir sənətkar
ölümünə bir
neçə ay qalmış
əməkdar artist adı
aldı.
Ən çox sevdiyiniz şairlər....
– Mənim üçün Məmməd İsmayıl,
Musa Yaqub və Ramiz Rövşən..... Bu şairlər milli
sərvətdir.Nə yazsalar,
nə desələr nəsə tapacaqsan .Xalq onları sevir. Xalq şairləri bunlardır.
“Elə bil dinc
durmaz göylərin əli,
Günəşi nar kimi sıxar dənizə”
və yaxud
“Ağaclar qorxulu bir yuxu görər,
Yarpaqlar
sübhədək sayıqlayarlar”
Məmməd İsmayıl bax budur. Bu mənzərəni,
ancaq şair görə bilər.
– Niyə efirlərdə görünmürsünüz? Elə bil
yoxsuz, amma oxuyanda başqa mənzərə çıxır
qarşımıza.
– Hə... Tələbəlik illərində tələbə
yoldaşım Elçin
Mehrəliyev deyirdi ki, İslam, öz şeirlərinin yiyəsi deyilsən.
O vaxt onun dediyinin fərqinə varmırdım. İndi görürəm ki, düz deyirmiş.
Mənim
bəlkə də çatışmayan tərəfimdi.
Televiziyada, radioda məni bir neçə
dəfə çəkib
göstəriblər, minnətlə
xahişlə... Görüşlərə getmirdim. Günah özümdədir.
– Təbiətlə bağlı
bir sıra şeirlərinizlə tanışıq.
Ümumiyyətlə təbiətə münasibətiniz necədir?
– İnsan təbiətin
bir parçasıdır. Nə zaman
ki insan ondan özünü ayırdı, təbiətlə
öz arasına sədd çəkdi- fəlakət başlayır.
Budaqlar göylərə hayqıran
əllər,
Meşələr viranə şəhərdi,
Allah!
Qayalar dibində titrəşən
güllər
Qarıyan qızlardı-qəhərdi, ALLAH!
– Yaradıcılıqla bağlı
gələcək planlarınız
haqqında bilmək istərdim...
– “Qaranlıqlar” adlı
poema üzərində
işləyirəm. Mənim bəlkə
də ən böyük və ən yaxşı yazım olacaq... həm də oxucu bu əsərdə
virtual aləmə səyahətə
çıxacaq. Çox
açıqlama vermək
istəmirəm...
– Sonda gözəl bir şeir parçasıyla
söhbətimizi bitirsək,
çox gözəl olardı...
Bu gecə yuxuma gəlmişdin, gözəl
Sən məlhəm olmuşdun dərdi-sərimə
Başımı qoymuşdum köksünə
elə
Ətrini
çəkirdim ciyərlərimə...
Bu gecə yuxuma gəlmişdin, gözəl
Heç
belə deyildim ilk baharımda...
Əllərim , qollarım
bənövşə idi,
Qızılgül açmışdı ağ saçlarımda...
Bu gecə yuxuma gəlmişdin, gözəl
Çökmüşdün ruhuma ağ duman
kimi...
Necə
bəxtəvərdim, necə
gözəldin...
Şirin
xəyal kimi, xoş güman kimi...
Bu gecə yuxuma gəlmişdin, gözəl
Bu xəyal dumanda itmək nə gözəl...
Batıb
ağuşunda bəxtəvərliyin
Getmək...
uzaqlara getmək nə gözəl...
Nəzrin Cavid
525.-2014.-2 avqust.-S.16.