Azərbaycanın mənəvi-mədəni irsinin qorunması yolunda atılan böyük addımlar

 

 

(Əvvəli ötən sayımızda)

Azərbaycan-UNESCO əməkdaşlığı müstəvisində ən önəmli yerlərdən birini İçərişəhər tutur. Möhtəşəm abidələrlə, misilsiz mədəni irs nümunələrilə dolu olan bu əsrarəngiz məkan artıq xeyli zamandır ki, Azərbaycan-UNESCO işbirliyi sayəsində beynəlxalq miqyasda geniş təbliğ olunur müasir səviyyədə qorunur. Tarixinə nəzər salanda aydın görmək olar ki, İçərişəhərin belə yüksək səviyyəli münasibətə Azərbaycanın da belə bir dəyərli mədəniyyət xəzinəsi ilə qürur duymağa haqqı var.

İçərişəhər - Şəhər üzərində Şəhər, Şəhər içində bir məkandır. Onun unikallığı bundan ibarətdir ki, öz infrastrukturu yaşayış massivləri ilə birgə canlı orqanizm kimi mövcudluğunu davam etdirir. İçərişəhərdə 1300-dən artıq ailə yaşayır, 18 otel, yüzdən artıq ticarət iaşə obyekti, bir neçə muzey, muzey ekspozisiyası fəaliyyət göstərir. Minillik tarixə malik İçərişəhər - Qədim Bakı Azərbaycan dövlətçiliyinin rəmzi sayılan qədim Şirvanşahlar dövlətinin paytaxtı olub bütün Yaxın Şərqin qədim iqtisadi, mədəni mərkəzlərindən biri hesab edilib.

Sahəsi 22 hektar olan İçərişəhərdə yüzlərlə tarixi abidə yerləşir. Onlardan 3-ü (Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi) dünya, 28-i ölkə əhəmiyyətlidir. İçərişəhərdə XX əsrdə stasionar arxeoloji ekspedisiya fəaliyyət göstərib Qız Qalasından Məhəmməd məscidinə gedən Asəf Zeynallı küçəsi boyu çox qiymətli maddi-mədəniyyət nümunələri aşkar edib. 1977-ci ildə İçərişəhərə tarix-memarlıq qoruğu statusu verilib, 1985-ci ildə isə  Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. 2005-ci ilin 10 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" Sərəncam imzalayıb. Bu gün İçərişəhərdə olan zəngin mədəni irsin qorunması, tədqiqi təbliği Qoruq idarəsinin üzərinə düşür. 2000-ci ildə İçərişəhər Qız qalası Şirvanşahlar Sarayı kompleksi ilə birgə YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil olub.

QIZ QALASI

Qız Qalası dənizə doğru uzanan nəhəng bir qayanın üzərində ucaldılıb. Qalanın yuxarıya doğru daralan silindrik hissəsinə uzunsov bir dayaq (kontrfors) əlavə edilib. Qalanın hündürlüyü şimal tərəfdən 31, cənub tərəfdən isə 28 metrdir. Qalanın diametri 16,5 metrdir. Birinci mərtəbədə divarın qalınlığı 5, yuxarı hissədə 4,5 metrdir. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə günbəz formalı tavanla örtülüb. Tavanların ortasında dairəvi deşiklər vardır. Qalaya yeganə giriş onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 metr hündürlükdə 1,10 metr enində yerləşən tağlı qapıdır. Mərtəbələr arası əlaqə Qalanın cənub-şərq divarının içərisində düzəldilmiş pilləkənlər vasitəsilə saxlanır. Birinci ikinci mərtəbələr arası əlaqə yalnız ip vasitəsi ilə saxlanılırdı. Qalanın içərisində, üçüncü mərtəbənin cənub-şərq divarının içində diametri 0,7 metr, dərinliyi 13 metr olan su quyusu yerləşir. Quyu birinci mərtəbədən görünmür. Hər mərtəbədə divarın içində üst-üstə taxçalar yerləşir. Taxçalar divarın içində yerləşən saxsı borularla birləşir.

Qalanın qeyri-adi quruluşu onun arxaikliyindən xəbər verir. Qalanın üzərində onun tikilmə tarixini bildirən heç bir yazı olmadığına görə müxtəlif fərziyyələr və rəvayətlər mövcuddur. Bəzi alimlər Qalanın iki müxtəlif dövrlərdə tikildiyini ehtimal edirlər. Bu ehtimala görə alt hissəsinin daha qədim olub, e.ə. VIII-VII əsrdə, daş kəmərlə əhatə olunan yuxarı hissəsinin daha sonra tikildiyi güman edilir. 14 metr hündürlükdə kufi xətti ilə yazılmış kitabə var: "Məsud ibn Davudun qalası". Yazının paleoqrafik  xüsusiyyətlərinə görə onu XII əsrə aid edirlər. Bəzi alimlər Məsudu İraq  səlcuklarından hesab edirehtimal edirlər ki, Qız Qalası XII əsrdə səlcuklar Azərbaycanda hökmranlıq etdikləri dövrdə  tikilib. Lakin Qalanın yuxarı hissəsi Dəvəçi rayonunda yerləşən və Sasanilər dövründə inşa edilən (VI əsr) "Çıraq qala"nın mərkəzi qalası ilə eynilik təşkil edir. Bəzi fərziyyələrə görə Qız Qalası zərdüştlük məbədi yaxud rəsədxana olub. Lakin professor Sara Aşurbəyli bütün bu fərziyyələri  rədd edib, sübut etməyə çalışıb ki, nə atəşpərəstlik məbədi, nə rəsədxana üçün belə qalın divarlar lazım deyildi. Sara xanım Qız Qalasını Şirvanşahların ümumi müdafiə sisteminə daxil olmuş müdafiə qalası hesab edib. Təhlükə zamanı bu mayak qalanın üzərindən gecə od, gündüz tüstü vasitəsilə başqa qalalara həyəcan siqnalları ötürülürmüş.

ŞİRVANŞAHLAR SARAYI KOMPLEKSİ

İçərişəhərin ən yüksək yerində orta əsrlərə aid Şirvanşahlar Sarayı Kompleksi yerləşir. Sarayın əsası XII əsrdə qoyulubtikinti XV əsrdə başa çatıb. Saray müxtəlif hündürlüklərdə olan üç daxili həyətdən ibarətdir. Yuxarı həyətdə Sarayın özüŞirvanşah Fərrux Yasarın türbəsi (Divanxana), orta həyətdə Key-Qubad məscidinin qalıqları, Dərviş türbəsi, Murad darvazası, aşağı həyətdə Saray məscidi, Şirvanşah I Xəlilullahın anası və oğlu üçün tikdirdiyi türbə yerləşir. Bir az daha aşağıda hamam qalıqları və ovdan yerləşir. Üç həyət bir yerdə qala divarları ilə əhatə olunub, tam bir kompleks əmələ gətirir.

Kompleksdə XVI əsrə aid yeganə abidə "Murad Qapısıdır". Üzərindəki yazı 994-cü ildə (hicri) = 1585-86-cı illərdə (miladi) Sultan III Muradın şərəfinə tikilməsi barədə məlumat verir. Həmçinin Şirvanşahlar Sarayı Kompleksində "Bayıl Daşları" da sərgilənir. Üzərində kitabə və təsvirlər olan bu unikal daş lövhələr Şirvanşahların müdafiə qalası olan Bayıl qəsrinin qalıqlarıdır. Daşlar qaya üzərində qala tikilisinin ətrafında aparılmış arxeoloji qazıntılar nəticəsində aşkarlanıb. Üzərində Şirvanşahların adları və tarix var. Göstərilən tarixə əsasən, bu daş lövhələri XIII əsrə aid etmək olar. Orta əsr memarlığının nadir incisi olan bu möhtəşəm abidə 1964-cü ildən Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinə çevrilib.

 

(Ardı var)

Ü.HEYDƏROVA

525-ci qəzet.- 2014.- 8 avqust.- S.4.