Naxçıvanda
xalq teatrlarının
muxtar respublika festivalı yekunlaşıb
AzərTAc xəbər verir ki, festivalın son günündə Babək
Rayon Xalq Teatrı böyük dramaturqumuz Cəfər Cabbarlının
“Solğun çiçəklər”
tamaşasını teatrsevərlərə
təqdim edib.
Səhnə əsərinin quruluşçu
rejissoru Yusif Əliyev, quruluşçu
rəssamı Naxçıvan
Muxtar Respublikasının
Əməkdar Rəssamı
Əli Səfərov,
musiqi tərtibatçısı
Elnur Rəhimovdur.
2012-ci ildə hazırlanan
“Solğun çiçəklər”
tamaşası kollektivin
maraqlı səhnə
əsərlərindəndir. Peşəkar teatrımız tərəfindən
dəfələrlə səhnəyə
qoyulan bu tamaşa xalq teatrının ifasında
maraqlı səhnə
təcəssümü ilə
teatrsevərlər tərəfindən
rəğbətlə qarşılanıb.
Festivalın sonunda Naxçıvan
Muxtar Respublikasının
mədəniyyət və
turizm naziri Sarvan İbrahimov çıxış edərək
bildirib ki, bu cür festivalların
keçirilməsi teatra
həvəs göstərən,
yaradıcılıq qabiliyyəti
olan insanların istedadının aşkara
çıxarılmasında və formalaşmasında
böyük əhəmiyyət
daşıyır. Qeyd edilib
ki, bu festival xalq teatrları üçün öz qüvvəsini və yaradıcılıq potensialını
daha geniş tamaşaçı kütləsi
qarşısında göstərmək
nöqteyi-nəzərindən faydalı oldu. Həmin kollektivləri geniş ictimaiyyətə
tanıtmaq baxımından
da bu tədbirin
əhəmiyyəti az deyil.
Sonda xalq teatrlarına Naxçıvan
Muxtar Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin diplomları təqdim edildi.
Qeyd edək ki, xalq
teatrlarının muxtar
respublika festivalı Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2009-cu il fevralın 7-də imzaladığı
“Naxçıvan Muxtar
Respublikasında xalq yaradıcılığı günlərinin
keçirilməsi haqqında”
Sərəncamına uyğun
olaraq reallaşdırılıb.
Festival bu il
iyulun 18-də başlamışdı.
S.Abdullayeva
525-ci qəzet.- 2014.- 8 avqust.- S.4.