Əsərləri
- V cild (1918 – aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön
sözün müəllifi, lüğətin tərtibçisi
Şirməmməd Hüseynov Transliterasiya redaktorları:
professor Şamil Vəliyev elmi
işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
Milli bir
gün
Aprelin 5-i heç şübhəsiz ki, Azərbaycan
tarixi-təşəkkülünə milli günlərdən
biri olmaq üzrə qeyd olunacaq.
Bu gün
əvvəlcə çıxan qəzetələr:
– Ordumuz gəliyor
xəbərini vermişlərdi.
Sabah açılarkən xəlqimizin ordusunu nə kibi
bir sevinclə istiqbala hazırlandığı
görülüyordu. Bazar, dükan, ev, küçə həpsi
xalılarla bəzənmiş, aylı-yıldızlı
bayraqlar şəhərə adətən bayram rəngi
vermişdi.
Böyük-kiçik, oğul-uşaq, kişi-arvad hər
kəs küçələrdə idi. Damların
üstü belə qadınlarla dolu idi.
Ordumuz
müntəzəm səflər, qüvvətli süvarilərlə
qismi-məxsusimizdə bir təfsil yazıldığı vəchlə
şəhərin mərkəzi küçələrini
dolaşaraq hökumətin, parlamanın və möhtərəm
müsafirlərimiz ingilislərin nümayəndələri tərəfindən
təbrik edildikdən sonra Salyan qışlalarına
getmiş, qışlaya gedərkən Şamaxı yolunda əhali
tərəfindən istiqbal olunaraq ayaqları altında
qurbanlar kəsilmiş, keçdikləri küçələrdə,
damlarda və balkonlarda oturub aylarla yollarını gözləyən
qadınlar tərəfindən güllər
saçılmışdır.
Ordumuzu
ilk dəfə olaraq paytaxtımızda görmək, xəlqimizin
kəndi ordusunu böylə təsviri qeyri-qabil böyük
bir ruh və sevinclə istiqbal elədigini seyr eləmək,
millətin hürriyyətini, istiqlalını sənələrdən
bəri gözləyən və bunu bir fikir və bir ideal
olaraq pərvərdə edənlər üçün nə
dərəcədə böyük bir bayram, nə
şanlı və şərəfli bir gün idi?!..
Parlamanın sosialist əzasından birisi bugünki
hissiyyatını anlatırkan diyordu ki:
– Bən
bu gün doğrudan da milləti görüyoram. Bu saətdə hər kəs kəndiligini
unutmuş, təbii olaraq hər kəs vahid bir vücudun
cüzi olduğunu dərk eləmişdir.
Əvət, doğrudur, öylə anlar, öylə dəqiqələr,
öylə hisslər, öylə zamanlar vardır ki, onda sinif
mənfəəti, firqə hissi, şəxsi-qərəz
unudulur, millət əfradı yalnız bir vücud
olduqlarını düşünürlər.
Bu gün, ordumuzun paytaxtımıza gəldigi gün,
böylə günlərdən, böylə dəqiqələrdən
biri idi.
Ordumuzun gəldigi münasibətilə köksü
qabaran bir vətəndaş bugünki sevinclə keçən
ilki günləri müqayisə ediyordu.
– Əlhəmdülillah
bu günləri də görəcəkmişiz! – diyordu.
Aprelin Azərbaycan tarixi səhifələrinə
yazılacaq 5-ci günü yalnız xəlqimizdə təvəllid
elədigi təsliyyət hisslərilə degil,
oyandırdığı vəhdəti-milli idrakı ilə də
böyükdür.
Bu gün bən görüyordum ki, bir millətin milət
olduğunu kəndisinə bildirmək və onda etimadi-nəfs
xassəsi oyatmaq üçün milli bir hökumət təşkilinin
əlaməti-zahirisi olan ordunun nə qədər böyük
bir əhəmiyyəti, nə dərəcə əsərli
bir nüfuzu, mənəvi və tərbiyəvi bir nüfuzu
vardır.
lll
Kəndi doğma ordusunu böylə doğma hisslərlə
qarşılayan paytaxtın əskərlərindən gözlədigi
məqsədləri xülasə etmək lazım gəlirsə,
bunu iki-üç sözlə xülasə etmək olar.
–
Hürriyyətimizin müdafiəsi, namus və
istiqlalımızın mühafizəsi!
Gözlədikləri bu məqsədlərin ifası
üçün təşkl olunan yeni ordumuzun cansipəranə
bir surətdə çalışacağına, bu gün məhdud
bir qitəsini istiqbal elədigi ordunun inşallah getdikcə
böyüyüb möhkəmləşəcəginə
inandığı bir səmimiyyətlə xəlq ordumuzun əzmkar
generalı hərbiyyə naziri Səməd bəy Mehmandarov cənablarını
pək haqlı olaraq alqışlara tutuyordu.
lll
Ordumuzu
istiqbal edərkən mart faciəyi-əliməsini gözləri
ilə görənlər bittəbii bu martı
o mart ilə müqayisə ediyorlardı.
Fəqət
bən martı martla degil, apreli noyabr ilə
müqayisə ediyordum.
O gün
ki, türklərlə bərabər yeni vücuda gələn
Azərbaycan qitələri də çəkiliyor, buraya
ingilis komandanlığı ilə bərabər
Biçeraxovun əskərləri gəliyorlardı.
Şəhərin üstündə uçan qara
qarğa, Biçeraxovun aeroplanı yuxarıdan
başımıza vərəqələr nəşr ediyor,
Rusiya şəhərinə gəldigini, hər kəsin
Rusiyaya tabe olması lüzumunu bildiriyordu. Ah, o nə əndişəli,
nə qorxulu, nə ağır günlər idi.
İngilislər burada hürriyyət və istiqlalı
ilə yaşamağa əzm etmiş bir millət olduğunu
bilmiyor, bizim həqqimizdə başqa, düşmən mənbələrdən
almış olduqları məlumat üzərinə hərəkət
edər kibi idilər.
Günlər keçdi. Üfiqi-siyasət
açıldı. Azərbaycan
Cümhuriyyətinin binası möhkəmləşdi.
Bizə qara xəbər gətirən düşmən
qüvvət – Biçeraxov-Prejevalski əskərləri şəhərimizdən
çıxarıldı. Flotun silahı
alındı.
Nəhayət, ordumuz gəldi.
Şəhərimizin
bəlakeş sinəsi üzərində əzmkar qədəmləri
ilə yürüyən əskərlərimiz müztərib
ürəklərdə bu rəviş ahəngi ilə mütənasib
sevinc zərbələri hasil ediyor, hər kəs bilaixtiyar:
Yaşasın
ordumuz! – diyordu.
Ordumuzun gəlməsi
ilə qabaran hissiyyatımızı ifadə üçün
xəlqin bir ağızdan söylədigi sözə biz də
iştirak edəlim:
Yaşasın
ordumuz!
M.Ə.Rəsulzadə
“Azərbaycan”,
7 nisan (aprel) 1919, ¹151
Təfsil
– ətraflı surətdə izah etmə
Cansipəranə
– sədaqətlə, canla-başla
Müztərib
– nigaran
Rəviş
– gediş, hərəkət
İran və
biz
Hökumətimiz tərəfindən bu günlərdə
İran paytaxtı Tehrana bir heyəti-mürəxxəsə
göndərilmişdir.
Heyəti-mürəxxəsənin məqsədi yeni təşəkkül
etmiş Azərbaycan cümhuriyyətini İran hökumətinə
məriflik edib də bu iki müsəlman dövləti
arasında hüsni-münasibat təsis və təmin eləməkdir.
İran ilə dini, mədəni və tarixi
münasibatımızdan əlavə sıxı bir müqəddərati-siyasiyyəmiz
vardır.
İranın səlaməti bizim üçün, bizim səlamətimiz
İran üçün son dərəcədə
mühümdür.
Daima zərbələrini yedigi cahangir Rusiya yerində, iləridə
yenə inkişaf etmək həvəsinə düşəcəgi
mühəqqəq olan Rusiya ilə öz arasında müstəqil
bir Qafqasiya görmək İranın əxsi-amalını təşkil
eləməlidir. Müstəqil Qafqasiya içərisində
müstəqil və nüfuzlu bir müsəlman hökumətinin
vücudi isə bilxassə İran vətənpərvərlərini
sevindirməlidir.
Biz əminiz ki, dərin düşünür İran
mütəfəkkirləri bu sevincə yabancı degildirlər. Burada
İranı təmsil edən siyasi nümayəndələrin
hər münasibət kəsbincə ibraz etməkdə
olduqları dostluq və qardaşlıq hissiyyatları bizə
bu əmniyyəti veriyor.
Araz nəhrinin
yuxarısında təşəkkül edən məhəlli
bir islam cümhuriyyətinin hər halda
İran üçün faidəli olacağı İran
siyasiyyunundan ötrü şübhəli bir məsələ
halında olmasa gərək.
Dini və
mədəni münasibatdan əlavə İran ilə
Cümhuriyyətimiz miyanında hər bir münasibatdan daha
qüvvətli bir rabitə vardır: iqtisadi rabitə, İran
bizimlə külliyyətli surətdə ticarət etməkdədir.
Bakı bəndəri ta əski zamandan bəri
İran ticarətinin ən mühüm bir qapısını
təşkil edər.
Bakı mədənləri Şimali İrandan gələn
əmələlərlə işlər, Bakı və Gəncə
vilayətlərinin pambığı, buğdası və sair
hübubatı İran Azərbaycanının əmələsi
olmazsa toplanmamış qalır.
Bundan əlavə, cümhuriyyətimiz ilə
şahlıq arasında ədəbi və tərbiyəvi
böyük bir qərabət və münasibət vardır.
Ədəbiyyatımız, ədiblərimiz, şairlərimiz,
mühərrirlərimiz – bilxassə əski məktəbdən
yetişənləri – İran feyzi ilə pərvəriş
bulmuşlardır. Firdovsi, Sədi, Hafiz, Ömər Xəyyam, Molla Rumi və
sair İran səramədani-süxəni bizimkilər tərəfindən
adətən bənimsənilmişlərdir. İçərimizdə
İran üsuli tərbiyə almışlarımız, fars ədəbiyyatı ilə aşina
mürafiələrimiz az degildir.
Hələ Nizami, Xaqani, Məhsəti kibi İran ədəbiyyati-qədiməsinin
axırki dövrəsinə adlı şairlər yetişdirməklə
də iftixar edəriz.
Azərbaycan ədəbiyyatının ustadi-əvvəli
Şeyxüşşüəra Füzuli bu türk Hafizi bu gün
Arazın şimalından ziyadə cənubunda mərufdur.
Nəbati, Raci, Məhəmməd Baqir, Dilsuz, Ləli və
sair kibi Azərbaycan gülşəni-ədəbiyyatına
başqa bir rəng və rovğən verən ədiblər
İranın yetişdirmiş olduği güllər,
çiçəklərdir.
Qafqasiya Azərbaycanı İrandan aldığı borcu
mümkün olduğu qədər iadə etməgə dəxi
çalışmışdır.
Yeni Azərbaycan ədəbiyyatının bərəkətli
səhnəsini təşkil edən Bakı mətbuatı
heç bir zaman İrana yabançı qalmamışdır. Burada nəşr
olunan mətbuati-mövqutə hər zaman İran qüssələri
ilə qüssələnmiş, onun sevincləri ilə
sevinmişdir. Bunun üçün də
o, İranda rəğbət qazanmış, bilxassə Təbriz
Bakı mətbuatının ikinci mərkəzi-tovzii
olmuşdur. “Molla Nəsrəddin” məcmuəsinin
müvəffəqiyyəti isə İranın yalnız
türkcə danışan şəhərlərinə degil,
bütün mühüm mərkəzlərinə qədər
şamil olmuşdur.
Nəbati bizdə olduğu qədər, Seyid Əzim də
İranda mərufdur. Biz Ləliyi bildigimizdən ziyadə
İran mərhum Sabiri tanır, “Hop-hop”un “Mən deyən oldu,
sən deyən”ini hamı çocuqlar əzbərdən oxur.
Musiqimiz kəndinə məxsus bir xüsusiyyəti mühafizə
eləməklə bərabər əsas etibarilə İran
musiqisidir. Böylə ikən opera və operettalarımız
vasitəsilə biz bu xüsusda dəxi müqabil bir təsir
yapmaqla borcumuzu verməkdəyiz.
Dramaturqlarımızın yazdığı faciə və
komedilər isə yalnız Təbrizdə degil, Rəştdə,
Qəzvində, hətta Tehranın özündə belə
müvəffəqiyyətlə tamaşa ediliyor. Aktyorlarımız,
kəmali-məmnuniyyətlə qeyd ediyoruz, Tehranın
bütün ədəbi məhfillərində məzhər qəbul
olaraq hətta şah həzrətlərinin sarayına belə
hülul eləmişlərdir.
Möhtəşəm bir tarixə, parlaq bir mədəniyyətə
malik olan Şirü Xurşid məmləkəti kəndinə
müsövli olan istibdad sayəsində uzun bir inhitat dövrəsi
keçirdi.
Bu dövrəyə bir intəha vermək qəsdilə
İran milləti məşrutiyyət bayrağını
qaldırdı. Cihada başladı.
Bakı mətbuatının bu yoldakı xidməti inkar
ediləməz. Qafqasiya türklərinin fikri-hürriyyətlə məşbu
olanları bir an əvvəl İrana
atıldılar, dindaşlarına kömək etməyi bir vəzifəyi-vicdaniyyə
bildilər.
Kəndi
səadətini təmin üçün icra elədigi
böyük mübarizədə, bir az da
olsa, İran millətinə – bildigim və
bacardığım qədər – yardım edənlərdən
olmaqla iftixar elərəm.
Bu sənələrin, iranlı vətənpərvərlərlə
bərabər çalışdığımız illərin,
məhsulu olaraq iranlıların Qafqasiya müsəlmanları
xüsusunda pərvərdə etdikləri hissiyyat və təmniyyat
həqqində iyi xatiratım vardır.
Bu xatirat bənə həqq veriyor düşünüm
ki, cümhuriyyətimiz tərəfindən İrana göndərilən
heyəti-mürəxxəsə ümid etdigimiz hüsni-qəbulə
məzhər olacaq. İranlı mütəfəkkir
arkadaşlarımız, Bakıdan gələn bu heyətin
dost və əqrəba bir milləti təmsil elədiginə
qane olacaqlar və kəndisinə o surətlə müamilə
edəcəklərdir.
Mütəfəkkir arkadaşlarımız, diyoram,
çünki hər məmləkətdə olduğu kibi –
bittəbii – İranda da səthi düşünür, fəqət
mütəfəkkir keçinər adamlar yox degildir. Meydanda bir az
da qəsdən suyi-təfəhhümlər və suyi-tavillər
yayan və məxsusi məqsədlərlə düşmənanə
fikirlər nəşr edən adamlar bulunursa – ki, böylələri
məəttəəssüf az degildir – o zaman bu qəbildən
olan mütəfəkkirlər haman mütaliələr
yürütməgə başlar, nəticədə səmimiyyət
və istilik əvəzinə quru bir rəsmiyyət və
soyuqluq çıxar.
İştə
quru rəsmiyyətlə iktifa etmədigimiz üçün
biz burada kəndilərindən şikayət etdigimiz “mütəfəkkir”lərin
cümhuriyyətimizin ismi həqqindəki tənqidlərinə
bir az nəqli-kəlam etmək istəriz.
Bəzi İran mühərrirləri Azərbaycan
cümhuriyyətinin vücudunda İranın təmamiyyəti-mülkiyyəsindən
ötrü “ələni” bir təhdid
görüyorlarmış. Və Azərbaycan
İranın bir vilayəti ikən bunu cümhuriyyətimizə
“ələm” etdigimizə etirazları varmış.
Biz bu xüsusda vəqtilə – bir münasibətlə –
izahat vermişdik. Azərbaycan derkən qəsdimiz Şimali
Azərbaycan və yaxud Qafqasiya Azərbaycanıdır ki, əski
Aran ilə Şirvan və Muğanı ehtiva edər. Azərbaycan ismi isə coğrafi bir istilah olmaqdan
ziyadə qövmi bir məna ilə işlənmişdir.
Biz kəndimizi Azərbaycan dili ilə (ki
türkcənin bir növüdür) mütəkəllim məxsus
bir qövm ədd edəriz. Bu
qövmün ismi nə Aran, nə Şirvan, nə də
Muğandır. Yalnız Azərbaycandır.
Bu təbir, bu məna ilə Rusiya inqilabının
Rusiyadakı millətlərə istiqlali-milli verdigindən
sonra degil, daha əvvəlcə mövcud idi. Bundan otuz il
əvvəl Petroqrad darülfünunlarında təhsil edən
Bakı, Gəncə və İrəvan vilayətlərindən
gedən müsəlman tələbələr milliyyət əsası
üzrə təşkil elədikləri cəmiyyətlərinə
“Azərbaycan cəmiyyəti” demişlərdir. Bu ənənə
olaraq rus paytaxtında təhsil edən tələbələrimiz
“Azərbaycan gecəsi” namilə hər il
bir müsamirə tərtib edə gəlmişlərdir.
Qafqasiya türkcəsindən ruscaya bir lüğət tərtib
edən əski müəllimlərimizdən Qənizadə cənabları
kəza lüğətlərinə “Azərbaycan istilahı”
namını vermişlərdir.
Mətləbi kəlmə ilə münaqişə
etdirmək doğru olmaz. Çünki məsələ yalnız
bir isim üzərinə müncər olursa, o zaman o qədər
bir məsələligi də qalmaz. Fəqət
qorxulur ki, bu ismin müsəmmasına da hüsni-təvəccöh
bəslənilməsin. Ola bilər
düşünülsün ki, başqa bir isimlə olsa da məxsus
bir qövm olmaq əsası və xüsusiyyəti üzərinə
təsis ediləcək cümhuriyyət İranın
şimalında o əsas və xüsusiyyətə uya bilər
bir kütlə olduğu üçün mətlub degildir.
Böylə bir düşüncənin əlbəttə ki,
ciddi mütəfəkkirlərcə beş
para qiyməti olamaz. Çünki o zaman
cümhuriyyətimizi təşkil edən qövmin qövmiyyətini
inkar etmək, ona kəndi müqəddəratını təyin
həqqini verməmək icab edər. Böylə
bir vəziyyətə ruslar, ingilislər, firəng və sair
xristian millətlər durmadığı halda dindaş bir
dövlətin duracağını qətiyyən təsəvvür
etməyiz.
Böylə
olunca Azərbaycanın nə ismi, nə də cismi iranlı
qardaşlarımızda şəkk və şübhə
hissi oyatmamalı, yanı başlarında bir Ermənistan, bir
Gürcüstan hökuməti təşəkkül etdigi bir
zamanda, bir də həmkeş və əqrəba bir Azərbaycan
cümhuriyyətinin təşəkkül edib kəsbi-qüvvət
etməsini səmimanə bir surətdə arzu etməlidirlər.
Heyəti-mürəxxəsəmizin
ən böyük müvəffəqiyyəti iştə bu
arzunun İran əfkari-ümumiyyəsində mövcud
olduğunu bilmək və bunu bizə bir an
əvvəl təbşir etmək olacaqdır.
İntizardayız!
M.Ə.Rəsulzadə
“Azərbaycan”,
8 nisan (aprel) 1919, ¹152
Mərif
– tanışlıq
Tar –
güc, zor, tab
Qərabət
– yaxınlıq,qohumluq
Tovzi –
paylama, paylaşdırma
Həmkeş
– dindaş, məzhəbdaş
Təfəhhüm
– dərindən anlama, dərk etmə
Ələni
– açıq, aşkar
Məşbu
– doymuş, tox
Təbşir
– şad xəbər gətirmə
Köhnə
üsul
Özləri bir ovuc ikən bütün Qafqasiyada rus idarəsinə
söykənərək hakimiyyət və nüfuz qurmaq istəyən
erməni burjualarının Qafqasiya türklərinə
qarşı bir mübarizə alətləri vardı.
–
“İttihadi-islam” töhməti!
O zamanlar
müsəlmanlar arasında zühura gələn hər bir hərəkəti
haman ittihadi-islam rənginə boyadılar,
hər növ milli bir tələbə panislamizm susi veriliyordu.
Bu adla o zaman rus dövləti, çar imperializmi təhrik
ediliyor. Əvvəlcə
“Novoye vremya”lar məqalələr yazar,
sonra da vorontsov-daşkovlar məruzə hazırlar, Qafqasiya
türklərinin dəhşətli ittihadi-islamçı
olduqlarından bəhs olunurdu. O zaman böylə idi.
Rusiya inqilabından sonra bu töhmət başqa bir şəkil
aldı. “İttihadi-islam” töhməti menşikovların,
çar tərəfdarlarının
övürüb-çevirdikləri bir kəlmə
olduğundan artıq inqilabçı demokratiyayı bu
sözlə çox da qorxutmaq mümkün degil idi. Onun üçün daşnaqsütyun ədəbiyyatı
“panislamizm” sözünü “kontrrevolusion” kəlməsinə əvəz
etdi.
Panislamizm
töhməti ilə Kars, Ərdahan və Batum müsəlmanlarının
ümumi qitalına müvəffəq olan “ustalar” bu dəfə
də “konserdovalyusizm” kəlməsini təkrar edə-edə
mart facieyi-əliməsini yaratdılar.
Zaman döndü. Başqa vəqtlər gəldi. İmdi kəndisinə ilqayi-fikir olunacaq naqis və
hakim qüvvət nə çarizmdir, nə də
bolşevizm.
–
İngiltərə və müttəfiqlər
komandanlığı!
Onun üçün hanki surətlə Qafqasiya türkləri
həqqində suyi-zənn hasil etmək mümkün isə
bittəbii o vasitəyə müraciət ediləcək idi. “İttihadi-islam”
töhməti hər ehtimala görə yenə
mövsümini bulacaq idi. Məlum a,
müttəfiqlərə qarşı bu fikirdən istifadə
olunmuş idi. Onun üçün də təsəvvür
etməlidir ki, “panislamizmin” töhməti hər halda
“kontrrevolyusioner” töhmətindən daha kəskin və daha
“faydalı” olacaqdı.
Bir münasibət lazımdı, tapıldı. “Azərbaycan”ın
məqaləsi.
“Azərbaycan”
qəzetəsi Türkiyənin şimdiki halından bəhs edərkən
“bütün müsəlman aləmi kəmali-diqqətlə
Osmanlı hökumətinin başına gələnləri təqib
etməkdədir” – deyə müsəlmanların
hissiyyatına tərcüman olmuş və bu fikrini izah edərək
yazmışdı ki:
“Müsəlman millətlərinin müqəddəratı
hər zaman Türkiyə iqtidar və istedadilə əlaqədar
olmuşdur”.
“Daşnaksütyun”
firqəsinin naşiri-əfkarı bulunan “Vperyod” qəzetəsi
“Azərbaycan”ın bu məqaləsinə ilişərək
“Panislamistlər” ünvanilə bir məqalə yazmış
“xəstə adam” (yəni Osmanlı
dövləti) dərdindən mütəəssir olan” “Azərbaycan”a
mürtəce islamçı namını
taxmışdır.
“Vperyod” əlbəttə,
arzu edir ki, Osmanlı hökmdarının iqtidarı “bir az” azalsın. Türkiyənin mərkəz
hökuməti İstanbuldan Konyaya
köçürülsün. Şərqi Anadolu İskəndərundan
tutub bir tərəfdən Trabzona, bir tərəfdən də
Gəncəyə qədər Ermənistana verilsin və
böylə əməliyyati-cərrahiyyə heç bir
türkün və heç bir müsəlmanın ürəgində
zərrə qədər olsa da “ah” çəkməgə belə
səbəb təşkil etməsin.
Daşnaksütyunun türk düşmənligi ilə
qaralan qəlbi burada təbiidir ki, burada bir ədalətsizlik
görməz.
Fəqət bu onunla qalmaz. O hər bir
türkün bu xüsusdakı müqəddəs
hissiyyatını qaşımaq və qaşıdıqdan
sonra üstünə duz tökməkdən dəxi
saxlanılamıyor.
Sanki İstanbul türklərdən alınır. Xəlifə
Konyaya köçürülürsə,
Başqırdıstan ilə Qırğızıstan tərəqqi
edəməz – deyə fəlsəfə satmaq istiyor.
Fəqət İstanbul bu gün türk aləminin
yalnız xəlifəsi oturan bir yer degildir. Orası
türk ədəbiyyatının, türk fəlsəfəsinin,
türk elm və ürfanının ən zəngin və ən
mütərəqqi bir mərkəzidir. Mərkəzi-ürfaniyyədir.
Türkləri
hər bir həqlə malik olduqları və bu mülkiyyətlərinə
hər bir nöqteyi-nəzərdən həqli olduqları
İstanbuldan çıxarılarsa, xəlifə ilə mərbutiyyəti-diniyyələri
nöqteyi-nəzərindən degil, türk və islam olan
kütlələri ona görə rəncidə, ona görə
münfəil edərək aləmi-mədəniyyət
böyük müharibə və böyük inqilabın elan
etmiş olduğu təyini-müddərat prinsipini iş
Türkiyə ilə aləmi-islama gəlincə – ayaqlar
altına salınmış olur.
Türk düşmənligi ilə ruhlanmış, ədavətini
bir ideal dərəcəsinə çıxarmış
daşnaksütyun ruhlu mütəəssib və
intiqamçı bir erməni üçün əlbəttə
ki, türklərin İstanbul kibi aləmşümul bir mərkəzdən
ayrılıb da Anadolunun hücrə bir guşəsinə
qovulması arzu olunur bir vaqeədir.
Fəqət bu “arzu olunur” vaqeəyi heç bir türk və
müsəlman ruhu üsyan etmədən təsəvvür edəməz.
O
abidati-milliyyəsi, cövmeyi-şərifəsi, ənənati-islamiyyəsi
ilə hər bir türkün və hər bir müsəlmanın
mədəniyyət kəbəsini təşkil edən
İstanbulu bir azərbaycanlı türkü bir Kars,
İstanbul aşiqi bir firəng mühərriri Pyer Lotidən
daha az bir eşqilə sevə bilməz. Böylə türk və
müsəlman bir şəhər nüfusunun əksəriyyət
qateəsi dəxi türk olduğu halda, bilməm hanki
mövhum bir həqq üçün başqa birinə veriləcək
də buna qarşı üsyan etmək “ittihadi-islam” fikrinin “təcavüzkar”
bir təzahürü kibi görüləcəkdir.
“Azərbaycan”la bərabər biz də Türkiyədəki
xırda millətlərin təyini-müqəddərat həqqinə
malik olduqlarını qəbul edəriz. Bu cümlədən
ermənilərin dəxi böylə bir həqqə malik
olduqlarını hər bir zaman qəbul etmişiz. Fəqət bu tələb iki milyonluq bir millətin
qalxıb da altı milyon nüfusa haiz olan bir ərazi üzərində
təsisi-hakimiyyət etmək fikrinə münqəlib olursa,
təbiidir ki, böylə cahangiranə bir iştəhayə
qarşı hər bir demokrat kibi hər bir türk də
üsyan edər.
Fəqət daşnaqsakan zehniyyəti bu üsyanı
anlamaz, onun ruhiyyatı kəndisindən başqasının dərdini,
hələ türkün faciəsini heç anlamaz.
Yeddi vilayət, Kilikya və Qarabağ Ermənistan olaraq
tələb olunur. İki milyon bu qədər erməni 4
milyon bu qədər türk və müsəlmana hakim olmaq istər.
Bu hakimiyyəti o dünyanın ətrafına
dağılmış erməniləri toplayıb da
böyük bir Ermənistan təşkil etmək surətilə
istərkən, türk kütləsini ikiyə ayırıb
da bir xəncər kibi qəlbgahına sapılar. Xəncərlənmək istənən vücud isə
əsəri-həyat göstərib kəndisini müdafiə
etmək istədikdə onu “panislamizm” töhməti ilə
qorxutuyor.
Fəqət
bihudə!
Dünya nə qədər ədalətsiz olsa da
daşnaqsütyun istədigi qədər ədalətsiz
olamaz.
Kaç milyonluq erməninin xatirinə böyük
türk millətinin həyati mənfəətləri ayaq
altına alınamaz.
Avropayı
qorxutan panislamizm bütün aləmi təsxir etmək və
yaxud aləmşümul bir islam hökuməti vücuda gətirmək
kibi xülyalarla yaşayan “panislamizm”dir. Bu fikir xülya
olduğu kibi Avropa üçün böylə bir təhlükə
mövcud olduğu təhdidi dəxi xülyadır.
Fəqət
islam millətlərini taptatmaq, türk millətlərinin
hüququnu çəkintməmək mənasına olan ittihad
fikri var. Bu fikirdən kimsə qorxmaz, bununla bilxassə
daşnaqsütyunçuların qorxutmaq istədikləri
qüvvətlər qorxmazlar.
Türklərin kəndilərini anlamasından və
türk səltənəti olan Türkiyənin müqəddəratına
laqeyd qalmamasından yalnız öz səadətlərini
başqalarının fəlakətindən gözləyənlər
və kəndi tələblərini başqasının
hesabına quran daşnaqsütyun misallı dar fikirli millətçilər,
intiqamçı mütəəssüblər qorxarlar.
Erməni millətinin müqəddəratını əllərində
bulunduran əfəndilər bilməlidirlər ki, bugünki
“müsaid” vəziyyətdən bilaistifadə quracaqları
hökuməti içində bulunduqları türk
mühitinin qəlbini yaralamaq surətilə təqviyə etmək
istərlərsə, o zaman bundan böyük fayda görəməzlər.
M.Ə.
“İstiqlal” qəzeti, 12 nisan (aprel) 1919,
¹10
Sus –
güvə
Münfəil
– tə
irlənmiş, xəcalətli
Təqviyə
– qüvvətləndirmə
Abidat –
abidə
Cöv –
qiymətsi
Siyasətə
qarışmaz
Oxuyucular bilirlər ki, Məclisi-Məbusan qanunnaməsinin
bir fəslinə görə Bakıdakı həmkarlar
şurasının dəxi məclisə üç əza
göndərmək həqqi vardır.
Bu qanuna binaən vəqtilə hökumət rəisi Fətəli
xan Xoyskinin həmkarlar şurası idarəsinə (soyuza) vəkillərini
göndərmək üçün yazdığı
kağızına məzkur idarənin nə kibi şiddətli
bir rədd məktubu yazdığı məlumdur. Bu
kağız ilə soyuz bütün Bakı proletariyasına
nümayəndəlik edərək Məclisi-Məbusanı və
Azərbaycan hökumətini inkar ediyor, əmələlərin
rəyi demokratik və vahid Rusiya ilə olduğunu
söylüyordu.
Bu, o zamanlarda idi ki, bu gün bolşeviklərlə
qucuşmada və uyuşmadqa olan roxlinlər və bilxassə
sako-saakyanlar bizi dənizlər adlayıb, dərələr
keçib də Ufa hökuməti ilə yapışdırmaq
istiyorlardı.
Zaman dəgişdi, ufaçılar məbusanə gəlmək
istədilər. Ərizə yazdılar. Müsəlman sosialistləri də öz tərəflərindən
soyuzu məclisə gətirmək istədilər. Bu dəfə soyuz şiddətlə degil, hikmətlə
rədd ediyordu. Əsas etibarilə biz məclisin
əleyhinə degiliz. Yalnız bu qədər var ki, dedilər:
– Həmkarlar
ittifaqı siyasətə qarışmaz!
Atılan qədəmin bu, zahiri dəlili idi. Batini dəlili
dəxi o qədər üstüörtülü bir şey
degildi. Müsəlman əmələlər
Məclisi-Məbusan tərəfində idi. İlk günlərdə olduğu kibi türk
demokratiyası təşkilatsız və səssiz dəxi
degildi. Əmələ konfransında rəislərin
ikiüzlü siyasətləri puç olunuyordu. Rus əmələləri isə biləks məbusanın
əleyhində idilər. Soyuz iki tərəfi
də incitmək istəmiyordu. Onun
üçün də həmkarlar ittifaqının siyasi
degil, sinfi və silki bir müəssisə olduğunu
xatırlıyor, bu surətlə həm xoş bavər
müsəlman sosialistlərini, həm də inadçı
rus demokratiyasını razı salıyordu.
Günlər keçdi, həftələr ötdü. Çurayev-Roxlin
və kompaniyasının ruhunda başqa bir dönüklük
hasil oldu. Artıq böyük Rusiya fəraqilə titrəyən
millətlər, əldən çıxmış hakimiyyət
üçün sızlayan cigərlər Ufadan degil, Moskvadan
ümid bəkləməkdə, rus idarəsinin gəlişini
gözləyən həsrətkeş gözlər
“qızıl ordunun” hərəkətinə baxmaqda idilər.
Meydanda
yeni simalar, yeni isimlər zühur ediyor: Bakı əmələsinin
mürşidi sayılan Roxlin haranın
çağrılası bəlli olmayan mirzoyanlara tərki-mövqe
eləmək məcburiyyətində qalıyor.
“İskra”
və “Znamya truda” qəzetələri “bolşevizm”ə
doğru yol tutmaq, “Sovet” hökumətini tanımaqdan bəhs
ediyorlar.
Bu məqsədlə yeni manevrələr başlıyor. Zaqafqasiya,
Dağıstan və Zakaspi həmkarlar ittifaqının
ictimai.
Professionalnı soyuzlar syezdi.
Bu syezdə iqtisadi məsələlərdən əlavə
və ümdə olaraq siyasi məsələlər, bilxassə
Zaqafqasiya dövlətlərinin ittihadı kibi məsələlər
qoyulur.
Tiflis mərkəzi soyuzu başda olan bütün
Gürcüstan soyuzları bu proqramı qəbul etmiyorlar. Sırf
iqtisadiyyata aid olmaq və həm də Zaqafqasiya dairəsinə
şamil olmaq üzrə Tiflisdə bir syezd
çağırıyorlar. Bakıda bir,
Tiflisdə iki syezd açılıyor.
Məqsəd hasil olmayır. Bakılıların
syezddəki “demokratiya ittifaqı” təbiri-məxsusla “cəbhə
bütünligi” hasil olmuyor.
İstiqlalçı gürcülər
ayrılıyorlar.
Nə isə syezd toplanıyor. Tamam da olmasa
açılıyor. Diyorlar ki, bu Azərbaycan
ilə Dağıstan və Zakaspi syezdidir. Fəqət heyəti-ümumiyyəsi etibari ilə
bu, rus əmələlərinin syezdidir.
Həmkarlar
ittifaqı siyasətə qarışmaz!
Fəqət həmkarlar ittifaqının syezdi siyasətdən
başqa bir şeylə məşğul olmadı. Soyuzlar naminə toplanan
hakimiyyətə həsrətkeş böyük
rusiyaçı siyasilər haman vahid
Rusiyadan, bolşevizmdən hökuməti ələ almaq
lüzumundan bəhs edib durdular.
Bizim
sosialistlər dəxi bu vahid Rusiya eşqilə
qızışan qafalar içində, alqışlara məzhər
olaraq söz söylədilər; söylədikləri
sözlərinin “demokratik Rusiya ilə onlar da əsasən zidd
degildirlər” məfhumundakı qismi o qədər gurultulu
alqışlara nail oldu ki, “millətlərin təyini-müqəddərata
həqlidirlər” misalındakı cümlələrini tamamilə
gurultuya vermiş oldu.
Bilməm
böylə həmkarlar ittifaqının syezdi degil, qaynar bir
siyasət qazanı içində qızışan himmətçilər,
həmkarlar ittifaqı şurasının vəqtilə kəndilərinə
yazmış olduğu:
– Soyuz
siyasətə qarışmaz! məzmunlu
kağızı xatırladılarmı? Yoxsa “İnternasional”
mahnısının avazi-dilarası təsiri iləmi hər
şey unuduldu?!..
Hər şey unudulsa da, bir şey qətiyyən
unudulmaz. Bunu əlbəttə
ki, bizim sosialistlər dəxi bilxassə nəzərdə
tutar; süni bir surətdə çağrılan “soyuzlar
syezdi”ni bərfərz Azərbaycan əmələsinin
misli kibi qələmə vermək istəyənlərə
yalan söylüyorsunuz – deyərlər.
Azərbaycan demokratiyasının özəgini təşkil
edən türk demokratiyası bu syezddə yoxdur, syezd
yalnız hakimiyyətə həsrətkeş ruslardan və
rusiyaçı politikanlardan ibarətdir.
Bu syezdin böylə olduğunu bilərək
gürcü demokratiyası, Ermənistan demokratiyası kibi
türk demokratiyası kəndi münasibatını ona nisbət
mənfi bir surətdə təyin etmiş oldu.
Hümmətçilərin və yaxud Azərbaycan
sosialist-revolyusionerlərinin firqə nümayəndəsi
olaraq orada iştirakları qətiyyən bu syezdin türk
demokratiyası iştirakilə toplandığına dəlil
olamaz.
Bu həmkarlar ittifaqının degil, Rusiya hakimiyyətinə
həsrətkeş bulunan politikaçılarının
syezdidir.
Yoxsa:
– Həmkarlar
ittifaqı siyasətə qarışmaz!
M.Ə.
“Azərbaycan”, 13 nisan (aprel) 1919, ¹156
(Ardı var)
Məhəmməd Əmin Rəsulzadə
525-ci qəzet.-
2014.- 9 avqust.- S.26-27.