Dünyamızdan bir şair də köçdü
Şair,
yazıçı və
publisist, keçmiş
SSRİ Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü
Eldar İbrahim (Məmmədov Eldar İbrahim oğlu ) 2014-cü il iyul ayının 15-də
61 yaşında Bolqarıstanın
Burqas şəhərində
dünyasını dəyişib.
Eldar İbrahim
Cəbrayıl rayonunun
Daşkəsən kəndində
anadan olub. 1961-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Azərbaycan Dövlət Pedaqoji
İnstitutunu bitirib, sonralar "Ədəbiyyat
və incəsənət"
qəzetində müxtəlif
vəzifələrdə çalışıb.
Onun iki şeir toplusu
- "Borc" və
"Dünya mənim
sirdaşımdır" adlı
kitabları nəşr
olunub. Şeirləri Türkiyədə 40 ölkədən olan şairlərin iştirakilə
keçirilən "Kutlu
doğum həftəsi"
yarışmasında yüksək
yer tutub. 1991-ci ildə "Qızılbaş" qəzetini
təsis edib, onun sahibi və
baş redaktoru kimi fəaliyyət göstərib, həmçinin
Fransa və Avropada Qafqaz Mərkəzinin rəhbəri
olub.
Mərhum qələm adamı Eldar İbrahimə Allahdan rəhmət diləyir və şeirlərindən nümunələri
oxuculara təqdim edirik.
ELƏ
GÜLƏ-GÜLƏ KEÇDİM DÜNYADAN
Bu ulu dünyanın qüssələrini,
Taleyin bu acı busələrini
İtirən olacaq, tapan olacaq.
İçilib qurtarmış piyalə
kimi
Bu qəmi daşlara
çırpan olacaq.
Əl atdı arxamca yüz dağ, yüz çəmən,
Yağdım gilə-gilə...
Keçdim dünyadan.
Bu qəmin-qüssənin acığına
mən
Elə gülə-gülə
keçdim dünyadan.
Elə gülə-gülə keçdim
dünyadan
Qüssənin, kədərin dili
dolaşır,
Çiynimdə sevinclər gördüm yol aşır.
Ağrılar, acılar bir
boy-biçimdə,
Dünya
Günəş yeri-
Günəş yeri Dan.
Ağrılar nə gəzir mənim içimdə,
Elə gülə-gülə
keçdim dünyadan.
Vətən torpağını sıxdım
üzümə,
Gördüm ki, yalandır, ayrılıq, hicran.
Bir Kərəm külünü
basıb gözümə
Elə gülə-gülə
keçdim dünyadan.
Tutdum piyaləmi kədərə,qəmə,
Bu ulu dünyanın qüssələrini,
Ağrılı-acılı busələrini
Yığdım öz badəmə, öz piyaləmə.
Baxdım
görkəmimə, baxdım
yaşıma,
Qondu dodağıma
gülüşlər bir
an.
Bu qəmi qaldırıb çəkdim başıma,
Elə gülə-gülə
keçdim dünyadan.
YARALI
ŞAHİN
Ağlama,
ağlama, yaralı şahin,
Səni
kim düşünər,
səni kim ağlar?
Qırdı qanadını, qırdı
qolunu
Qəzəbli tufanlar, kinli tufanlar.
Ağlama, ağlama, yaralı qardaş.
Nə qədər qışqırsan
kimsəyə çatmaz
Köksündəki ağrı, gözündəki
yaş.
Qəmli
fikirlərlə baxışlar
beşik,
Gözündə fikirlər batar, doğular.
Gözündə sevinclər bəxtin
günəşi,
Bəxtin üfüqünü buludlar
sular.
Ətrafa
nəzər sal, yan-yörənə bax;
Görürsən hər yanda durub-dayanan
Köksündən qan axan quşlardır
ancaq.
Ağlama, ağlama, yaralı şahin,
Bu təzə yarandan axdıqca qanın
Ağlama, ağlama, yaralı şahin,
Ağrısı az olur təzə yaranın.
Hər yara bir alov,
bir od,
bir ocaq.
İndi
baxışlarım, qanlı
gözlərim,
Çıxıb-düşəcəkdir ovuclarıma,
Qəfildən bircə cüt şahin olacaq.
Qəfildən bircə cüt
şahin balası
Ana yuvasından pərvazlanacaq.
AĞLAMA,
GÜLÜM...
Ötüşən günlərin gözü qırpılar,
Mənzil
də tapılar, iş də
tapılar.
Açar
sinəsini meşin qapılar,
Göz yaşı
tapılmaz, ağlama,
gülüm.
Gör necə qəşəngdi,
necə iridi,
Axıb yanağında soldu, əridi.
Hər damla göz yaşın bir mirvaridi,
Göz yaşı
tapılmaz, ağlama,
gülüm.
O, nə gətirəcək kədərə,dərdə,
Bu duman gözümdə qaralan pərdə...
Mənim taleyimə ilahilərdə
Göz yaşı
tapılmaz, ağlama,
gülüm.
Baxışlar təlatüm, gözlər
bir liman,
Orda yelkən
olub üzməyim güman.
Ölərəm... Ağlamaq yetişən
zaman
Göz yaşı tapılmaz, ağlama,gülüm.
Hələ dövran sürüb,
gün görəcəksən,
Göyləri özünə döndərəcəksən.
Alışıb-yananda bir Kərəm kimi,
Məni
gözlərində söndürəcəksən...
Göz yaşı
tapılmaz, ağlama,
gülüm.
525-ci qəzet.-
2014.- 21 avqust.- S.4.