Mərdliyin profilləri - C. F. Kennedi
İngiliscədən Telman
Orucov tərcümə edib
(Əvvəli ötən şənbə sayımızda)
1961-ci ildə Con F.Kennedi Prezident olanda çox sayda qara amerikalı, xüsusən Cənubda yaşayanlar açıq seqreqasiya ilə üzləşməkdə davam
edirdilər. Qara amerikalılar yeni prezidentdən çox şey gözləyirdilər,
seçkidə ona dəstək vermişdilər,
bir sıra mühüm ştatlarda onun qələbəsini təmin etmişdilər. Lakin seçkidəki kiçik üstünlüklə
qələbəyə Konqressdə
işləyən kiçik
ehtiyata və onun əsas Cənub Senatorlarının
dəstəyini könülsüz
itirməsinə görə
Kennedi əvvəldən
vətəndaş hüquqları
qanunçuluğunu axtarmaqda
tərəddüd edirdi.
Əvəzində o, qaraları
yüksək səviyyəli
vəzifələrə təyin
etmək barədə
icra hakimiyyətinə,
Vətəndaş Hüquqları
Komissiyasına arxalanırdı
və məktəb seqreqasiyasının ləğv
edilməsinin xeyrinə
danışırdı. Ancaq
mümkün olan mühüm şəraitlərdə
administrasiya daha çox şeyi eləməyə məcbur
oldu.
Vətəndaş hüquqları nümayişləri
bütün Cənubda
artdıqca, nümayişlər
əleyhinə zorakılıq
milli biabırçılığın
mənbəyinə çevrildi.
Baş prokuror Robert F.Kennedinin başçılıq
etdiyi Kennedi administrasiyası federal hökumətin
qüvvələrindən ştatları
seqreqasiyanı qadağan
edən qanun qaydasını qəbul etməyə məcbur etmək üçün istifadə etdi.
1961-ci ildə Baş Prokuror dörd yüz federal məhkəmə
icraçısını göndərdi
ki, Azadlıq Süvarilərini himayə
etsin, onlar vətəndaş hüquqları
fəallarının birləşmiş
qrupu idi, ştat daxili nəqliyyatda seqreqasiyanı
pozmağa görə
həbs edilmiş və döyülmüşdülər.
1962-ci ildə Prezident Kennedi Ceyms Mereditsin
Missisipi Universitetinə
təhlükəsiz buraxılmasına
əmin olmaq qaydasında Milli Qvardiyanı federal hökumətin
tabeliyinə keçirdi.
1963-cü ildə o, həmçinin
Alabama Milli Qvardiyasını
da federal hökumətə
tabe etdi ki, iki qara
tələbənin Alabama Universitetinə
buraxılmasını təmin
etsin, onların Universitetə buraxılmasını
Qubernator Corc Uolless pozmuşdu.
11 iyun 1963-cü ildəki milli televiziya ilə müraciətində
prezident Kennedi vətəndaş hüquqlarını
ölkənin üzləşdiyi
mənəvi böhran
kimi qiymətləndirdi
və elan etdi ki, başlıca
vətəndaş hüquqları
qanunvericiliyini Konqressə
təklif edəcəkdir.
“Prezident Linkolnun qulları azad etməsindən gecikmə
ilə bir yüz il keçmişdir,
həm də onların törəmələri,
onların nəvələri
tam azad deyillər”. O,
deyirdi, “məsələnin
özəyi ondadır
ki, bütün amerikanlar özləri üçün bərabər
hüquqlara və bərabər imkanlara malik olacaqlarmı, biz amerikan sirdaşlarımıza
özümüzə göstərilən
münasibət kimi münasibət göstərməyə
başlayacağıqmı”.
Prezident
Kennedi Birləşmiş
Ştatların xarici siyasətini Soyuq müharibənin bir sıra döyüşlərində
müşahidə etmişdi.
Onun administrasiyasının
erkən dövründə,
1961-ci ildə, o, göstəriş
verdi ki, əvvəlcədən Kubaya
planlaşdırılmış müdaxilə icra edilsin. Donuzlar körfəzinə müdaxilə
biabırçılıqla başa çatdı və Kennedi tədbirin darmadağın
olunmasının bütün
məsuliyyətini öz
üzərinə götürdü.
1962-ci ilin oktyabrında prezident Kennedi Sovet ballistik raketlərinin Kubada gizli qurulması faktını öyrəndi,
bu, hətta Birləşmiş Ştatların
milli təhlükəsizliyi
üçün böyük
təhlükə idi.
Kuba Raket Böhranı ərzində
Kennedi qorxulu dilemma ilə üzləşmişdi:
əgər Birləşmiş
Ştatlar raket qoyulan yerlərə hücum etsə, bu SSRİ ilə nüvə müharibəsinin
başlanması riski olacaqdı; əgər Birləşmiş Ştatlar
heç nə etməsə, bu, öz regionunda nüvə silahları təhlükəsinə daim
dözmək demək
olacaqdı. Hərbi qulluqçuların çoxu
raket yerlərinə ləngimədən hava hücumu etmək barədə ona təzyiq göstərirdi,
lakin Kennedi başqa yolu seçdi; o, göstəriş
verdi ki, Kubaya “karantin qoyulsun” ki, Sovetlərdən
əlavə hərbi sursat almağın qarşısı alınsın
və hər ikisindən tələb etdi ki, raketləri
uzaqlaşdırsınlar və
onların yerlərini
dağıtsınlar.
On üç gün ərzində dünya gözləyirdi, ümid edirdi ki, böhran
sülh qaydasındakı
qətnamə ilə başa çatacaqdır.
Heç kəs bilmirdi ki, Sovet
lideri dəniz blokadasına nə cavab verəcəkdir. Nüvə müharibəsinin
viran qoyması ehtimalını nəzərə
alan Sovet Baş naziri Nikita Xruşşov öz gəmilərini geri qaytardı. Sovetlər silah yerlərini demontaj etməyə razılaşdılar və
əvəzində Birləşmiş
Ştatlar razılaşdı
ki, Kubaya müdaxilə etməyəcəkdir.
Avropa da Prezident üçün
təhlükə mənbəyi
olaraq qalırdı.
1961-ci ilin iyununda Vyanadakı hökumət başçılarının görüşündə
Xruşşov Qərbi
Berlinə (Sovetlərin
nəzarət etdiyi ərazidə – Şərqi
Almaniyada yerləşirdi)
müttəfiqlərin daxil
olmasının qarşısını
kəsəcəkdir. Avqustda
Qərbi Almaniyaya
Berlin vasitəsilə kənara
axan Şərqi almanların daşqınını
dayandırmaq üçün
Xruşşov göstəriş
verdi ki, Berlin Divarı tikilsin, bu iri beton
divar olmaqla şəhəri iki hissəyə bölürdü.
Düşmənçiliyin digər dünya müharibəsinə aparacağından
qorxan Kennedi Birləşmiş Ştatların
Qərbi Almaniyadakı
qoşunlarını və
raket qüvvələrini
xeyli artırdı.
26 iyun 1963-cü ildə Kennedi Qərbi Berlinə səfər etdi və çıxışında
Berlin Divarını kommunizmin
uğursuzluğunun nümunəsi
adlandırdı: “Azadlıq
çoxlu çətinliklərə
malikdir və demokratiya mükəmməl
deyildir, lakin biz heç vaxt öz adamlarımızı
ölkənin içərisində
saxlamaq üçün
heç bir divar qoymuruq” – Kennedi dedi. Çıxış
onu məşhurlaşdıran
“İch bin ein Berliner”
(alman dilində“Mən
Berlinliyəm”- deməkdir)
kəlməsi ilə tanındı.
1963-cü
ildə Sovet İttifaqı ilə Birləşmiş Ştatlar
arasında gərginlik
azalan kimi görünürdü. İyulda
Amerikan Universitetinə
Akt günü münasibətilə müraciətində
Prezident Kennedi təsdiq edirdi ki, amerikanlar soyuq müharibə stereotiplərini yenidən
sınaqdan keçirdilər.
O, sülh strategiyasına
çağırdı, bu,
“dünyanı dəyişilmək
üçün təhlükəsiz
edəcəkdi” və
xatırlatdı ki, Amerikanlar və onların dünyadakı vətəndaş sirdaşları
“Biz hamımız bu kiçik planetdə məskunlaşmışıq. Biz hamımız eyni hava ilə nəfəs
alırıq. Biz hamımız
uşaqlarımızın gələcəyini
əzizləyirik və
biz hamımız öləsiyik”.
Radioaktiv
sirayətlənmənin təhlükəsindən
və nüvə silahlarının bolluğundan
narahat olmaqla, Kennedi məhdud nüvə sınağını
qadağan edən müqavilənin qəbul edilməsinə təkan verdi, bu müqavilə
yer səthində, atmosferdə və su altında nüvə silahları sınaqlarını qadağan
edəcəkdi. Birləşmiş
Ştatlar, Birləşmiş
Krallıq (İngiltərə-
tərcüməçi) və
Sovet İttifaqı müqaviləni ilkin imzalayanlar oldular. Kennedi bu qanuna
1963-cü ilin avqustunda
imza atdı, inanırdı ki, bu, onun administrasiyasının
ən böyük nailiyyətlərindən biri
olacaqdır.
1960-cı
illərin erkən dövründə Birləşmiş
Ştatların Vyetnamda
hərbi iştirakı
böyüyürdü və
Cənubi vyetnamlıların
qabiliyyətinin böyüməsinə
maraq artırdı. Cənubi Vyetnamın prezidenti Nqo Din Dyem Cənubi Vyetnamı Şimali Vyetnamın prezidenti Ho Şi Minin kommunist
rejiminə qarşı
səfərbər etməyə
çalışırdı, axırıncı isə yarıya bölünmüş
milləti birləşdirməyə
çağırırdı. Kennedinin vəzifədə
olduğu illərdə
o, Amerikadan Cənubi Vyetnama kömək axınını artırdı
və oradakı amerikan hərbi məsləhətçilərinin sayını çoxaltdı.
Eyni zamanda, o, Dyem hökumətinə təzyiq göstərirdi ki, evini təmizləsin
və uzun müddətli siyasi və iqtisadi islahatlara başlasın. 1
noyabr 1963-cü ildə
sakit dövlət çevrilişi Kennedi administrasiyası tərəfindən
bəyənildi, Cənubi
Vyetnam hökuməti devrildi və prezident Dyem öldürüldü. Öz
administrasiyasının müddətinin
qalan hissəsində Kennedi Birləşmiş Ştatların Vyetnam üzrə olan gələcək vədlərini
pozdu.
Prezident
güllələndi
21 noyabr 1963-cü ildə prezident Kennedi bir sıra siyasi
çıxışlar etmək
üçün təyyarə
ilə Texasa uçdu. Sonrakı günü avtomobili yavaş-yavaş Dallasda onu salamlayan adamların arasından keçəndə güllə
səsləri eşidildi.
Kennedi ciddi surətdə yaralanmışdı
və qısa müddətdən sonra öldü. Güllə atılmasından bir neçə saat sonra polis Li Harvi Osvaldı həbs etdi və ona
qarşı qətl ittihamını irəli sürdü. 21 noyabrda digər bir adam, Cek Rubi
Osvaldı güllə
ilə vurub öldürdü, beləliklə
bu faciəli hadisə barədə daha çox məlumat verə biləcək bir adam susduruldu. Uorren Komissiyası qətli təhqiq etmək üçün təşkil edilmişdi ki, qalan çox sayda suallara aydınlıq gətirsin.
Con
F.Kennedinin irsi
Prezident
Kennedinin ölümü nəhəng kədərə və
qəmə səbəb oldu. Adamların çoxu
xatırlayırdılar ki, onun ölüm xəbərini
eşidəndə harada olmuşdular və nə edirdilər.
Yüz minlərlə adam Vaşinqtonda Prezidentin matəminə
yığışmışdı, dünyanın hər tərəfindən
milyonlarla adam bunu televiziya ilə müşahidə edirdi.
Con
Kennedinin vəzifədə qısa müddətdə
olması xalqın yaddaşında onun liderliyi, şəxsiyyəti
və nailiyyətləri ilə qalmışdır.
Çoxları çətin qərarlarla üzləşəndə
onun soyuqqanlılığına hörmət edirdilər, digərləri
onun bəlağətli çıxışları ilə
xalqı ilhamlandırmaq qabiliyyətinə vurulurdu – bu
çıxışlarda o, millətin ideallarını
aydın tələffüz edirdi.
O, özünün inauqural çıxışında amerikan xalqını “insanın ümumi düşməninə: tiraniyaya, yoxsulluğa, xəstəliyə və müharibənin özünə qarşı uzun alatoranlıq mübarizəsində yük daşımalı olan” adlandırmışdı. Və öz ölkəsini və bütün dünyanı fəaliyyətə çağırmışdı, onlara xatırlatmışdı ki, “bunların hamısı ilk yüz gündə başa çatmayacaqdır. Nə də ilk min gündə də, nə də bu administrasiyanın həyatında, nə də hətta yəqin ki, bu planetdə bizim ömrümüz ərzində başa çatmayacaqdır. Ancaq gəlin biz başlayaq”.
Son
525-ci qəzet.-
2014.- 23 avqust.- S.24.