Gənc rəssamın uğurlu axtarışları

 

 

 

Milli təsviri sənətimizin müstəqillik illərindəki mənzərəsinə özünəməxsus çalarlar əlavə etməyə nail olan gənc rəssam Günay Mehdizadə bu yaxınlarda  rəssamların Konyada (Türkiyə) keçirilən IV Beynəlxalq festivalında iştirak edib. Karatay universitetinin təşkilatçılığı ilə baş tutan tədbirdə  60-dan çox ölkəni təmsil edən fırça ustası on gün ərzində müəyyən  şərtlərə müvafiq yaradıcılıqla məşğul olub. Əsərlərindən birini Mövlanə Cəlaləddin Rumi yurdunun mənəvi dəyərlərinin bədiiləşdirilməsinə həsr edən rəssam, digər tablosunda özünün çox sevdiyi motivə müraciət edərək qədim Azərbayan keramikasını narları bir araya gətirərək, onlara çox cəlbedici görkəm verməyə nail olub. Elə Günay Mehdizadənin bu sənət uğuru da bizi onun yaradıcılığı haqqında oxuculara söz açmağa sövq etdi...

Çagdaş bədii proseslərin çox təzadlı bir axara kökləndiyi , yaradıcılarınmüasirgörünmək yarışının milli bədii dəyərlərimizə ziyan gətirdiyinın qabarıq göründüyü indiki şəraitdə bəzən bütün bunların əksini özündə yaşadan sənət nümunələrinə rast gəlmək olur. Vurğuladığımız bu yeni özünəməxsus  bədii tutumu gənc rəssam Günay Mehdizadənin müxtəlif mövzulu janrlı əsərlərində görmək mümkündür. Əvvəlcə onun müxtəlif sərgilərdə nümayiş olunan rəngkarlıq lövhələri, sonra isə özü ilə şəxsi tanışlığımdan sonra əmin oldum ki, rəssamlıq məkanımıza əski milli dəyərlərimizə özünəməxsus bədii münasibət göstərmək istəyində olan bir gənc yaradıcı gəlib. Bu mənada Günayın  2006-cı ildən sonrakı müxtəlif respublika sərgilərində davamlı iştirakını dəyərləndirilib  Azərbaycan Rəssamlar İttifaqına üzvlüyə qəbul edilməsini onun yenicə gerçəkləşməyə başlayan bədii axtarışlarına rəsmi dəstəyin ifadəsi hesab etmək olar. Əsərlərinin 2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində böyük tamaşaçı rəğbəti qazanması da bu uğurlu başlanğıcın təsadüfi olmadığını təsdiqlədi.

Əslində gənc rəssamın yaradıcılıq bioqrafiyası kimlərəsə çox qəribə təzadlı  da görünə bilər. Əgər təsviri sənət sahəsində professional təhsil almayan ixtisasca kompüter mütəxəssisi olan  Günayın rəssamlığa meyl göstərməsi bu təzadın yarısıdırsa, onun çoxları kimi müasir texnikanın  bədii imkanları əsasında kompüter qrafikası nümunələri yaratmaq əvəzinə,  rəngkarlığın klassik ifadə formalarına müraciət etməsi bu qəribəliyin  digər çox önəmli hissəsidir. Özü əgər Günay çoxlarına bənzər bir yaradıcılıq-bədii ifadə yolu seçsəydi, yəqin ki, əsərləri bir o qədər diqqət çəkməzdi. Odur ki, onun qədim milli-mənəvi qaynaqlarımıza diqqəti onlara yaradıcı özünəməxsus yanaşması bizi onun sənət dünyasına münasibət bildirməyə məcbur etdi...

Günay Mehdizadənin əsərləri ilə tanışlıqdan gəlinən ilk nəticə onun milli dəyərlərimizdə hifz olunan dəyərlərin çox zəngin tutumlu, bədii çalar baxımından çoxqatlı   olmasına əminliyidir. Əgər bu əminlik olmasaydı, yəqin ki, bizi orta əsrlərdən başlayaraq ovsunlamaqda davam edən miniatür üslublu əsərlərin tapındığı bədii-estetik fəlsəfi-ruhani dəyərlər bu qədər yeni bir biçimdə görüntüyə gətirilməz diqqət kəsb etməzdi. Doğrudan da miniatür üslublu əsərlərin bizə gəlib çatmış ən qədim  XI-XIII əsr nümunələrinə əsasən demək olar ki, Avropada məşhur İntibahın törəməsi olaraq tətbiq olunmağa  başlayan optik-fiziki  perspektivə alternativ olaraq müsəlman incəsənətində dünyaya baxışın bədii tutumunu gerçəkləşdirən qərblilər tərəfindən əlyazmalarında tətbiqinə görə  miniatür sənətiadlandırılan, amma əslində  Şərq mədəniyyətinə üslub kimi daxil olması danılmaz olan bir ölçüyəgəlməz bədii dəyərin bu günə kimi ilhamverici qaynaq olması Günay Mehdizadənin müxtəlif mövzulu əsərlərinə rəğmən inandırıcıdır.“Miniatüradlı bədii-fəlsəfi qaynaqdan incəliklə yaradıcılıqla istifadənin ona tapınan yaradıcının əsərinə milli ovqat Şərq ruhu verəcəyi birmənalıdır. Bu gün Azərbaycan təsviri sənətinə Qərbdə bir əsr bundan əvvəl yaşanan tarixin arxivinə gömülən üslub cərəyanların tör-töküntülərini gətiribmüasir sənətadı ilə ictimaiyyətə təqdim edənlər unudurlar ki, Avropa  üçün belə təqdimatlar artıq köhnə keçilmiş mərhələdir. Dünya üçün bədii tutumunda milliliyin dünyəviləşdirilməsinə nail olunan əsərlər daha maraqlıdır. Bu mənada Günay Mehdizadənin müxtəlif janrlarda yaratdığı lövhələrdə başqa millətdən olan xalqlar üçün özümlü duyğulandıra görünə biləcək bədii-estetik məqamlar az deyil. Düzdür gənc rəssamın yenicə formalaşan yaradıcılıq irsində hələ ki,  miniatür üslublu əsərlərdə müşahidə olunan sadə olduğu qədər mürəkkəb olan kompozisiya strukturuna dərin fəlsəfi-ruhani tutuma rast gəlinmir. Mani fəlsəfəsinə uyğur-Çin rəssamlıq prinsiplərinin islam dini dəyərləri ilə qovuşuqda təqdimatında gerçəkləşənminiatür üslubudoğrudan da bədii-texniki gücünə fəlsəfi-ruhani tutumuna görə dünya incəsənətində oxşarı olmayan bir mənəvi dəyərdir. Bu mənada bu miqyasda, yəni qədim nümunələrlə anım yaradacaq əsərlər yaratmaq hər bir rəssamdan milli bədii-fəlsəfi dəyərlərimizə Şərq müsəlman mədəniyyətinə dərin bələdçilik tələb edir. İndiki durumda Günay Mehdizadənin müxtəlif mövzulu əsərlərində əski ənənələrə yaxınlıq, onların müasir təfsirinə meyl duyulur. Ən maraqlısı gənc rəssamın cəmisi altı-yeddi ili əhatə edən yaradıcılığında öz bədii axtarışlarını yeni-yeni bədii keyfiyyətlərlə zənginləşdirməsidir. Belə ki, əgər o, miniatür üslubuna tapınan axtarışlarında əvvəlcə formaların daha bütövlüyünə, rənglərin  dekorativ-lakonik biçiminə meyilli idisə, sonrakı dövr əsərlərində bu bədii keyfiyyətləri forma-biçiminparalanmışhissələrinin məcmusunun yaratdığı bədii-estetik tutumla nail olurdu.

Onun  Ailə”, “Nənə”, “Qonşular”, “Məhsul bayramı”, “Mahnı”, “Nar nağılı”, “Küpələr”, “Novruz”, “Rəqs”, “Mis qablarGəncliklövhələrində  qeyd etdiyimiz  birinci mərhələnin bədii-estetik dəyərlərini görmək mümkündür. Müxtəlif ovqatlı bu əsərlərə rəğmən demək olar ki, rəssamın yığcam detallardan təşkil olunmuş kompozisiyalarında biz onu milli adət-ənənələrimizin, zəngin etnoqrafiyamızın geyim mədəniyyətimizin bilicisi kimi görürük. Etiraf edək ki, gənc rəssamın rənglərin ovqat yaradıcılığına yönəli harmoniyasının uğurlu nəticəyə səbəb olmasındandır ki, adlarını çəkdiyimiz əsərlər kifayət qədər təravətli baxılırlar.

Günay Mehdizadə az sonra yaratdığı əsərlərdə isə müxtəlif görüntülərin bədii təqdimatında əvvəlki işlərində müşahidə etdiyimiz geniş ümumiləşdirmələri məqsədli şəkildə paralanmağa yönəltməklə, onların çox təsirli ifadəli məcmusuna nail olub.  Həmin əsərlərin özündə mənzərə natürmort janrını əhatə etməsi diqqətçəkəndir.  Elə əsərlərin adlarından da (“Qırmızı ağaclar”, “Meyvələrlə natürmort”, “Güllər”, “Güldanla natürmort”, “Nar kuzələr”, “Qədim qablar s.) bunu görmək mümkündür. Əslində buparalalanmadahəm şəbəkə-qurama  kimi milli maddi-mədəniyyət  nümunələri ilə anım yaradacaq bədii məqamlar duyulan olduğundan onlar duyğulandırıcı qəbul olunurlar.

Günay Mehdizadənin yaradıcılıq nümunələrində rənglərin təsirliliyini bütün tutumu ilə göstərmək bacarığı da qabarıqdır. O, insan, təbiət təbii nemətlərin bədii görkəm almasında istifadə etdiyi rənglərin ən müxtəılif çalarlarının belə əsərin ümumi ruhuna qata biləcəyi ovqatı arzulanan tutumda göstərməyə nail olub. Təbii ki, gənc rəssam bu prosesdə avropalılar kimi kolorit bütövlüyü əvəzinə, qədim miniatürçü sələfləri kimi rənglərin harmoniyasını əldə etməyə çalışıb.  Odur ki, “ilahi nuru”na bələnmiş gerçəklik təəssüratı yaradan bədii görüntülər qeyri-adi dərəcədə cəlbedici təsirli görünürlər.

Sonda deyək ki, yaradıcılıq axtaraşlarında davamlı mövqe nümayiş etdirən gənc rəssam ərsəyə gətirdiyi əsərlərlə həm real-gerçəkçi, həm qədim bədii ənənələrin ifadə imkanlarının nəhayətsizliyini nümayiş etdirməyə nail olub. Düşünürük ki, Günay Mehdizadənin haqqında söz açdığımız əsərləri hər bir yaradıcını sayagəlməz sınaqlara çəkən sənət yolunda onun uğurlu gələcəyinə zəmanət verən yaddaqalan nümunələrdir. İnanmaq istərdik ki, onun adı çox tezliklə sənətsevərlərin sərgi salonlarında arayacaqları imzaya çevriləcək. Bunun üçünsə onun yaradıcılıq potensialı kifayət qədərdir...

 

Ziyadxan Əliyev

525-ci qəzet.- 2014.- 23 avqust.- S.18.