“Rənglər dünyası” mövzulu xatirə sərgisi açılıb

 

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Rəssamlar Birliyinin üzvü olmuş mərhum rəssam Qədirulla Bağırovun anadan olmasının 65 illik yubileyinə həsr olunmuş  “Rənglər dünyası” adlı xatirə sərgisi keçirilib.

Bölgə müxbirimizin verdiyi məlumata görə, sərgidə rəssamın müxtəlif janrlarda çəkilmiş 70-dən çox əsəri  nümayiş olunur. Sərginin açılışında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxış edərək Q.Bağırovun özünəməxsus yaradıcılığından danışıb. O, rəssamın yaradıcılığından söz açaraq qeyd edib ki, Naxçıvan Rəssamlar Birliyinin yaradıcılarından biri Q.Bağırovun əsərləri indiyədək Çexiyada, Rusiyada, Özbəkistanda və digər ölkələrdə sərgilənib. O, 1982-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.

Tədbirdə çıxış edən xalq rəssamı Hüseynqulu Əliyev isə Q.Bağırovun əsərlərindəki orijinal rəng seçimindən danışıb.

Sərgi həftənin sonuna qədər davam edəcək.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 27 avqust.- S.4.