Yazığın gəlsin
sən içində öldürdüyün
o, mənə yazığın
gəlsin.
neçə mənsiz
keçirdiyin
dünənə yazığın
gəlsin...
dişimlə cırmaqladığım
...gahdaki sığalladığım
açıb öpüb,bağladığım
sinənə yazığın
gəlsin...
həm sevib,həm də atdığım
saçlarını dağıtdığım
hər gün bir az unutduğum
qız,sənə yazığın
gəlsin..
lll
hərdən də saçlarını
yığırsanmı,qadası
həfif-həfif gəzməyə
çıxırsanmı,qadası
üstəlik bu dəlini
sər üstümə
telini
xərcləyəndə əlini,
sıxırsanmı,qadası
bu baxt,taleh oyununa
girərsənmi qoynuma
günahını boynuma
yıxırsanmı,qadası
Çıxır...
ruhum sızıldadıqca
bu can bir daha çıxır.
ucuzdu burda hər şey
bir ölüm baha çıxır...
yox,yox bu dərdə çözüm
nə gəzir canda dözüm
hər cümləm,hər
bir sözüm
fəryada,aha çıxır...
yığ sən dərdimin kəfin
pozma düzələr
kefin
vəzir,vəkilin səfin,
axtarın,şaha çıxır
soruşma niyə,nəyi
içək zəhrimar
meyi.
bilə-bilə hər şeyi,
kimdi sabaha çıxır?!
Sağ-salamat, əlvida
batıram yavaş,yavaş
bu dərd qəmin içində.
sənə gəl yol göstərim,
keç qəlbimin
içinnən...
yandırır baxışların
aciz durub baxanda
yaman gözəl olursan
ağlayıb darıxanda...
gərək ki tərgidəsən
bu cürə baxmağı da.
gəl öyrədim indidən
sənə darıxmağı
da...
əynini qalın
geyin.
ay ara bir sevdiyim.
çalış vaxtın
olanda
gəl məni gör sevdiyim.
sağ-salamat, əlvida
nəyim var yır-yığış et
durub yola sal məni
bir az çalış qarğış
et...
Məni
bağışlama, ay unutduğum...
Gözlərim qapanıb ümidsizliyə
Tutub yerid bir az, dolaşdır məni.
Küsmüşəm ömürlük
taa danışmaram
di gəl nə edirsən et, danışdır məni
Keçirdim vaxtımı darıxmaq
ilə
Nə yaxşı
bu gecə düşüb ölmədim.
Az qalsın yadımdan çıxa deməyə,
Qapını açıq qoy,
bəlkə gəlmədim...
Ölmərəm bir qızdan ötəri heç vaxt
İncimə sevgisin əziz, tutduğum.
Gəlmişəm deyəm ki ömürlük belə,
məni bağışlama
,ay unutduğum.
Nə var...
Gizlənək gəl, adam bir ömür altda.
Sonrada bu ömrü bölərik,
nə var.
Qoşulub dur gedək gedər, gəlməzə.
Vaxt olar qayıdıb,gələrik,nə
var...
Getmə,ayaq saxla yolunnan qayıt.
Keç
mənim sağımnan,solumnan qayıt.
Tut mənim nə olar qolumnan qayıt
Oturub ağlayaq, gülərik,nə var...
Qorxut hələm bir az kirisin,
eşqim
Məni
məndə burax ərisin eşqim
Nə edim azacıq yerisin, eşqim
ay canım, üzülmə,bilərik,nə
var...
Durubdur elə bil bu
qış gözümə
Axsın
göz yaşların
yağış, gözümə
Biryolluq,
ay adam yığış
gözümə
Sonrada ayrılıb, ölərik,
nə var...
2014
Fikir yorğunluğu
özüm ölüm
heç ölmək
istəmirəm!
indiki halımda,
olsa-olsa
bir şüşə
sükut,ağzınacan dolu,
bir çay qaşığı rahatlıq
qarışdırıb çəkərdim
başıma
pis olmazdı
parçalanmış
ümid qırıntılarını
gəzdirirəm
əlimdə təsbeh
əvəzi
bir yerdə əyləşi
qarnımı doyuzdururam.
–göyə baxa baxa,
–göy qutabı yeyə-yeyə
cəmi altmış qəpikdi
ikisi birlikdə.
hesabı ödəyirəm
yerindəcə, anında.
durub səndələyirəm
soyuqlu küçədə,
əllərim cibimin qarnında...
ahh,yenə yağış
yağır
yuyulacaq xanımların
ağ günə çıxmış üzləri...
islanacaq yenə yaxaları
aman, Allah
yenə azacaq gözlərim...
Ruzbeh Məmməd
525-ci qəzet.-
2014.- 30 avqust.- S.29