Daha birUlduz

 

 

BugünlərdəUlduzjurnalının iyul sayı işıq üzü görüb. Dərgi Balayar Sadiqin jurnalın keçən sayında çıxan materialların təhlilinə həsr olunmuşƏdəbi eyforiyadan qurtulmaq cəhdiadlı ekspert yazısı ilə açılır: “Estetik plandaUlduzjurnalı uğurlar qazanır. Doğru deyiblər, baş redaktor mətbu nəşrin simasıdır. Qulu Ağsəsin poeziyası kimi, rəhbərlik etdiyi jurnal da öz məxsusi keyfiyyətləri ilə seçilir. Fikrimcə, dərgidə önəmli uğurlardan biri bütün istiqamətlərdə yenilik axtarışlarının gücləndirilməsidir.

 

Ulduz”un bu sayında təqdim olunan ədəbi-bədii nümunələrin içində çağdaş poeziyamızın görkəmli simalarından biri Adil Mirseyidin avtobioqrafik səciyyə daşıyanUnio mistikapoeması yüksək poetik məziyyətləri, irfani dəyəri ilə böyük maraq kəsb edir.

 

... İstedadlı gənc şairə Leyla ƏliyevanınUlduz”unŞeir vaxtırubrikasında təqdim olunan şeirlərində zərif qadın duyğularının, qadın ruhunun səmimi poetik ehtivası diqqəti çəkir. Bu şeirlərdə zəngin rus poeziyasından gəlmə poetik ritmin, intonasiyanın, şərq təfəkkürünün genetikasındakı poetiklik ilə improvizə olunması çox maraqlı bədii effekt doğurur. Məncə, bu şeirin hər misrasında sevən iztirab çəkən qadın qəlbinin çırpıntıları duyulur.

 

...Natiq Məmmədlinin bu sayda çap olunmuşXəlbirhekayəsi bir daha onun məxsusi yazıçı üslubuna malik olmasını təsdiq edir.

 

...İstedadlı nasir İlqar Fəhminin rus dilindən çevirdiyiMeşədəhekayəsini həvəslə oxudum”.

 

B.Sadiq jurnaldakı digər materiallar haqqında da fikirlərini bildirib. Ekspert eyni zamanda jurnalın bəhs etdiyi sayında müsahibə xarakterli yazıların çoxluq təşkil etdiyini bunun yeknəsəklik yaratdığını qeyd edib. B. Sadiq bunlarla yanaşı, ümumən jurnalın uğurlarının göz qabağınla olduğunu diqqətə çatdırıb təkliflərini irəli sürüb: “Təklif edirəm ki, burda çağdaş ədəbi prosesi təhlili edən icmal xarakterli yazılar mütəmadi yer alsın. Ədəbi axtarış aparan müəlliflərə yaşından asılı olmadan jurnalda yer verilsin. Jurnalın ədəbi istiqaməti gənclər təmayüllü olduğu üçünSəngərvətənpərvərlik rubrikası da fəaliyyət göstərsin”.

 

Jurnalın iyul sayınınŞeir vaxtı”nda bu dəfə gənc şair Nigar Anın özüylə söhbəti şeirləri təqdim olunub.

 

Cəlal Bəydilinin təqdimatındaQısa fikirlər xəzinəsi”ndə bu dəfə polyak şairi, filosof Stanislav Yeji Letsin aforizmləri verilib: “Bəzən canımı qorxu alır, birdən cənnətdə olarıq ha?/ Bəzən ancaq səhnədən düşəndən sonra bilirsən ki, hansı rolu oynayırdın./ Bizi Söz yaradıbdı, biz , bax, ondan qisasımızı alırıq./ Düşmənlərini əfv et. Heç onları bunca hiddətləndirə bilməz./ Səni onsuz da satacaqlar, çalış qiymətini qaldır./ Vicdanı tər-təmiz idi, onu heç işlətməmişdi./ Səni eşitsinlər deyə bəzən susmağının da faydası vardır...”

 

Dərgidə Xanəmir, Aida Aysa, Rəsmiyyə Sabir, Şəfəq Sahiblinin şeirləri dərc edilib.

 

Qulu Ağsəsin 2005-ci ildə qələmə aldığı, “Anımrubrikasında verilən “...Mərtəbənin adamıyazısında Yazıçılar Birliyinin mərhum katibi, şair Arif Əmrahoğlundan bəhs olunub.

 

Ulduzbu sayındaƏdəbiyyat qəzetiilə birgə bu dəfə esse tərcüməsi ilə bağlıVariasiya”ya start verib. Xaruki Murakaminin essesini tərcümə edənlərin yazılarını ekspert Yaşar nəzərdən keçirib qalibi müəyyənləşdirəcək.

 

Jurnalın əməkdaşı Fərqanə Mehdiyevanın moderatorluğu ilə keçirilənDiskussiya klubu”nun bu dəfəki “7 (oğul) +1 (qız)” layihəsində Vasif Zöhraboğlu, Elşən Əzim, Elxan Yurdoğlu, Elşad Barat, Qabil Ədalət, İntiqam Yaşar, Ruslan Dost Əli Fəridə iştirak edib.

 

Ulduz”un kollektivi adındanKöhnə ulduz: Ədalət Həsən yazısını Təranə Vahid qələmə alıb.

 

Nəsrlə maraqlananlar jurnalda Müşfiq ŞükürlününÇirkin qız qara xoşbəxtlik”, NarıngülünGecikmişhekayələrini oxuya bilərlər.

 

Vahid QazininOginskinin melodiyasıyazısında isə İsveç təəssüratlarından bəhs olunub.

 

Hicran Hüseynovanın təqdimatında bu dəfəAsan xidmət”də Araz Gündüzün təqdimatında M.Saltıkov Şedrinin “Liberal” hekayəsi öz əksini tapıb.

 

Xosrov NatilÇilov-iydə ətirli adayazısında adıçəkilən ada ilə bağlı ovqatını sözlə təsvir edib.

 

Tərcümə saatı”nda Təhminənin tərcüməsində Rey BredberininMəhəbbət hekayəsi” var.

 

Ulduzjurnalı ilə ayb. az saytının birgə  Ədəbiyyat üzrə Nobel mükafatlarılayihəsində İlham Abbasov Knut Hamsunun həyat yaradıcılığını incələyib.

 

Dərgidə kitablayihəsinin qonağı şair Dilqəm Əhməddir. Layihədə müəllifinTroyaya”, “Metamorfoz”, “Aytən”, “Elə məsumsan ki”, “Muza”, “Eramızdan əvvəlki arzum”, “Erosa üsyan”, “Büt”, “İnqilabçının son borcu”, “Mən bir qarışqayam”, “Ayrılığı hiss edən daraqlar”, “Yalnızlıq ateizm”, “Separat sevgilər”, “Əlif”, “Əsgər məktubu”, “Yağışına yaz”, “Şərqin sevgi qoxusuşeirləri dərc edilib.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 30 avqust.- S.19.