Şamaxıda Aşıq Ağamuradın
50 yaşı qeyd olunub
Şamaxı
Rayon Mədəniyyət Mərkəzində Azərbaycan
aşıq sənətinin görkəmli nümayəndəsi,
Əməkdar mədəniyyət işçisi, Şirvan
Aşıqlar Birliyinin sədri aşıq Ağamurad
Şirvanlının 50 illik yubileyinə həsr olunmuş tədbir
keçirilib.
Tədbir
Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan
Aşıqlar Birliyi və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
Muzeyinin Aran Regional Şöbəsinin dəstəyi ilə
gerçəkləşdirlib. Tədbirin aparıcısı -
Ədəbiyyat Muzeyinin Aran Regional Şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut
Bahadurqızı dünya mədəniyyətinə çox
sayda dövlət xadimi və sənətkarlar bəxş
etmiş ulu Şirvanın aşıq mühitindən, bu sənətin
özünəməxsusluqlarından söz açıb. Bu məktəbin
tarixi ənənələrini ləyaqətlə qoruyub
yaşadan və davam etdirən Ağamurad
Şirvanlının yaradıcılığından və sənət
uğurlarından danışan Y.Bahadurqızının
çıxışından sonra aşığın sənət
fəaliyyətini, uğurlarını əks etdirən
fotaçarxın monitorda nümayiş etdirilib və
tamaşaçıların marağına səbəb oldu.
Şamaxı
Rayon İcra Hakimiyyəti başçısının
müavini Gülnisə Ələkbərova qonaqları
salamlayaraq qurumun fəxri fərmanını Aşıq
Ağamurada təqdim edərək ona rayon rəhbərliyinin təbriklərini
çatdırıb.
Sonra məclisin
mötəbər qonaqları - Milli Məclisin deputatı Ərəstun
Cavadov, Azərbaycan Aşıqlar Birliyinin sədri Xalq
şairi Zəlimxan Yaqub, akademik Vasim Məmmədəliyev,
professorlar Qəzənfər Paşayev, Məhərrəm
Qasımlı, Buludxan Xəlilov, Seyfəddin Qəniyev, tədqiqatçı
Elxan Məmmədli çıxış edib, Aşıq
Ağamuradın şəxsiyyətinin və
yaradıcılığının özəlliklərindən
danışıblar.
Xalq
artistləri Alim Qasımov, Zabit Nəbizadə, Əməkdar
artist Bəsdi Sevdiyeva, Əməkdar mədəniyyət
işçiləri Aşıq Ulduz, Aşıq Əhliman,
Aşıq Gülara Azaflı, Muğam müsabiqələrinin
laureatları Abgül Mirzəliyev, Mirələm Mirələmov,
xanəndə Elnarə Abdullayeva, aşıqlar Yanvar Bədəlov,
Həşim Qubalı, Abbas Musaxanoğlu, müğənni Əvəzxan
Xankişiyev, xanəndə Elbrus Niftəliyev, "Rasimlər"
aşıq qrupu gözəl ifaları ilə məclisə
rövnəq veriblər.
Sonda
Aşıq Ağamurad Şirvanlı söz alaraq, sənətini
yüksək qiymətləndirən Azərbaycan dövlətinə
və xalqına minnətdarlığını bildirib, səmimi
təbriklərə görə qonaqlara, onu ürəkdən
alqışlayan tamaşaçılara təşəkkür
edib.
525-ci qəzet.-
2014.- 3 dekabr.- S.7.