Bakı teatrlarının dekabr
repertuarı
Teatrlarımızın dekabr
repertuarı tamaşalarla zəngindir.
Dövlət Gənc Tamaşaçılar Teatrının bu aydakı repertuarına M.F.Axundzadənin "Hekayəti-xırs-quldurbasan", ayın 6-da L.Nurenin "Mən gəldim, qızlar" ("Müharibə"), bir gün sonra isə Elçinin "Buzovna kəndinin əhvalatları" tamaşaları daxildir. V.Siqarevin əsəri əsasında
hazırlanmış "Ağ
ölüm" tamaşasının
premyerası dekabrın
13-də olacaq. Teatrın kollektivi ayın
14-də H.Cavidin "Şeyx
Sənan", dekabrın
17-də Ə.Əmirlinin "Mən səni sevirəm - MSS" tamaşalarını
təqdim edəcək.
U.Şekspirin "III Riçard" tamaşasının premyerası
dekabrın 20-də olacaq.
Tamaşaçılar dekabrın 21-də Ə.Haqverdiyevin "Pəri
Cadu" səhnə əsərinə baxa bilərlər.
Həmişə olduğu kimi, dekabrda uşaqları da yaddan çıxarmayan
teatrın kollektivi ayın 6-da A.Tolstoyun "Buratinonun macəraları",
bir gün sonra A.Lindqrenin "Balaca və damda yaşayan Karlson", dekabrın 13-də
"Qoğalın nağılı"nı nümayiş etdirəcək.
Uşaqlar dekabrın 14-də Y.Şvartsın
"Qırmızı papaq",
ayın 20-də A.Şaiqin
"Danışan gəlincik",
bir gün sonra isə "Tıq-tıq xanım"
tamaşalarına baxa
bilərlər. Dekabrın 25-dən
30-dək isə "Madaqaskar"
yeni il
tamaşası göstəriləcək.
Dövlət Musiqili Teatrının da dekabr repertuarında
maraqlı tamaşalar
yer alıb. Dekabrın 5-də Ə.Haqverdiyevin "Kimdir
müqəssir", 6-da O.Kazımi
və R.Heydərin
"Qızıl toy", E.Sabitoğlu
və T.Vəliyevanın
"Bankir adaxlı"
tamaşaları göstəriləcək.
Tamaşaçılar "Qızıl toy"a həmçinin dekabrın 7-də və
21-də, "Bankir adaxlı"ya
isə ayın 20-də
də baxa bilərlər. Dekabrın 8-də teatrın səhnəsində İrəvan
Azərbaycan Dövlət
Dram Teatrının kollektivi
tərəfindən H.Orucovun
"Burdan min atlı keçdi" tamaşası
nümayiş olunacaq.
Dövlət Musiqili Teatrının yaradıcı
heyəti dekabrın
13-də E.Sabitoğlu və
C.Məmmədovun
"www.ferzeli-kef.com", ayın 14-də
Ü.Hacıbəylinin "O olmasın, bu olsun", 19-da R.Hacıyev,
E.Ocaqov, və F.Zöhrabovun "Talelər
qovuşanda" tamaşalarını
təqdim edəcək.
Hər ay olduğu
kimi, dekabrda da Musiqili Teatr
uşaqları yaddan çıxarmayıb. Dekabrın 7-də R.Ağayeva, A.Xayt və A.Kurlyanskinin "Bir dayan, canavar" (rus dilində), 13-də E.Sabitoğlu və E.Şvartsın "Qırmızı
papaq" tamaşaları
göstəriləcək. Uşaqlar dekabrın 14-də H.X.Andersenin
"Düyməcik" (rus
dilində), 21-də R.Şəfəq
və V.Ziminin "Yağış göbələyinin
macərası" (rus
dilində) tamaşalarına
baxa bilərlər.
Teatrın səhnəsi dekabrın
24-də Azərbaycan Dövlət
Uşaq Filarmoniyasının
ixtiyarına verəcək.
Dekabrın 25-dən 2015-ci il yanvarın 10-dək
isə teatrın kollektivi uşaqlar üçün "Yatmış
gözəl və cırtdanlar" yeni il tamaşasını göstərəcək.
Dövlət Pantomima Teatrında isə dekabrın 6, 7, 14,
21 tarixlərində Bəxtiyar
Xanızadə və Bəhruz Əhmədlinin
"Son ştrix" yeni
tamaşası göstəriləcək. Pantomima teatrı
həvəskarları dekabrın
13-də Çingiz Aytmatovun
əsəri əsasında
hazırlanmış "Manqurt",
20-də Bəxtiyar Xanızadənin
"Pantomima buketi"
tamaşalarına baxa
bilərlər.
Ceyhun Dadaşovun
"Mən və mən"i dekabrın
27-də, Səbinə Hacıyevanın
"Dejavü" tamaşası
28-də nümayiş etdiriləcək.
Teatrın kollektivi uşaqlar üçün dekabrın
14-də Abdulla Şaiqin "Tıq-tıq", 21-də Antuan
de Sent-Ekzüperinin "Balaca
şahzadə" tamaşaları
göstəriləcək.
Dövlət Akademik Opera və Balet Teatrı isə dekabrın 6-da baletsevərləri Belarus Milli
Akademik Böyük
Opera və Balet Teatrının balet truppasının ifasında
Qara Qarayevin "Yeddi gözəl" baletinin nümayişinə
dəvət edir.
Teatrın mətbuat xidmətindən
"525"ə bildirilib ki,
tamaşanın quruluşçu
baletmeysteri beynəlxalq
müsabiqələr laureatı
Yuri Puzakov, dirijoru
Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dirijoru Andrey İvanovdur.
Tamaşada əsas rollarda Belarus baletinin ulduzları- Xalq artistləri Olqa Qayko, Konstantin Kuznetsov, Əməkdar artistlər İqor Onoşko və Konstantin Qeronik çıxış
edəcəklər.
2013-cü ildə Belarus teatrında səhnəyə
qoyulmuş "Yeddi gözəl" baleti hazırda bu teatrın repertuarında möhkəm yer tutur. Azərbaycan balet sənətinin
incilərindən sayılan
bu baletin Minsk səhnəsində hər
bir tamaşası anşlaqla keçir.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 3 dekabr.- S.7.