Praqada "Azərbaycan - möcüzəli Odlar Yurdu" maraqla qarşılanıb

 

 

Praqadakı Çexiya Milli Muzeyinin tərkib hissəsi olan Naprstek Muzeyində "Azərbaycan - möcüzəli Odlar Yurdu" ("Azerbaijan-magical land of fire") adlı sərgi ötən istirahət günlərində çoxsaylı çex tamaşaçılarını özünə cəlb edib.

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən "525"ə bildiriblər ki, sərginin noyabrın 27-də keçirilən açılış mərasiminin geniş şərh olunması, bu ölkənin kütləvi informasiya vasitələrində, o cümlədən elektron informasiya resurslarında aparılan təbliğat kampaniyası öz bəhrəsini verməkdədir.

 

Sərgidə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından 250, Çexiya muzeylərində qorunan ölkəmizlə bağlı olan 50 eksponat ümumi sahəsi 400 kvadratmetr ərazisi olan 4 zalda sərgilənir.

 

Azərbaycan ərazisindən aşkarlanmış qədim orta əsrlərə aid arxeoloji materiallar birinci zalda nümayiş olunur. Burada, həmçinin Azərbaycan adının mənşəyi, ölkəmizin ərazisi, dili, tarixi, qədim sənət növləri, respublikamızın ərazisində aparılmış arxeoloji qazıntılar haqqında informasiya panelləri müvafiq fotolar tamaşaçılara təqdim olunur.

 

Azərbaycanın qədim dövlətçilik ənənələri, dövlət rəmzləri, hərb işi, ticarət əlaqələrini əyani nümayiş etdirən materiallar sərginin ikinci zalındadır. Tunc dövlətçilik hakimiyyət rəmzləri, qədim orta əsr dövlətlərinin sikkə pulları, silahları, Azərbaycandan Qərbə Şərqə aparılmış mallar, ölkəmizdə mövcud olan tolerantlıq ənənələri haqqında məlumatlar tamaşaçılara təqdim olunur.

 

Sərginin üçüncü zalında Azərbaycan musiqisi ilə tanış olmaq üçün bütün şərait yaradılıb. Burada qədim Azərbaycan musiqi alətləri- qanun, tar, saz, kamança, qaval, nağara, qoşa nağara, tütək, balaban, zurna əyani şəkildə nümayiş olunmaqla bərabər, müvafiq fotoşəkillər, yazılı məlumatlar, səyyahların qeydləri sərgilənir. Zalda qurulmuş sensor kompyuteri audioavadanlıq vasitəsilə tamaşaçılar Azərbaycanın ənənəvi musiqilərinə qulaq asa rəqslərimizə tamaşa edə bilərlər.

 

Dördüncü zalda ilk növbədə Azərbaycan xalçaları diqqəti cəlb edir. Burada Azərbaycanın bütün xalçaçılıq məktəblərini təmsil edən xalçalar, xalça məmulatları, müvafiq elmi məlumat təqdim olunur. Zalda yerləşdirilmiş mis qablar, tikmələr Azərbaycanın zəngin mədəniyyətini nümayiş etdirir. Burada, həmçinin Azərbaycanın müxtəlif regionlarına xas olan tarixi milli qadın kişi geyimləri, eləcə bu geyimləri nümayiş etdirən iriölçülü rəsm fotonellər maraq doğurur. Azərbaycan ənənəvi gəlin libası gəlin otağının bəzək əşyaları da tamaşaçıları özünə cəlb edir. Zalın mərkəzində qurulmuş vitrinlərdə milli zərgərlik nümunələri təqdim olunur.

 

Sərgidə qurulmuş müasir avadanlıqlar, o cümlədən plazma ekranı, videoproektor, teleekran kompyuter monitorunda Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti haqqında filmlər nümayiş olunmaqdadır.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 3 dekabr.- S.7.