Qərbi Azərbaycan əyalətində
gördüklərimiz - Maku-Poldəşt
(Əvvəli
ötən sayımızda)
Maku şəhəri
həm də azad ticarət zonası kimi tanınır və investorlar üçün
açıqdır. Artıq bu
əraziyə xeyli investisiya yatırılıb.
Jurnalistlərlə görüşən
Maku Azad Ticarət Zonasının sədri Hüseyn Fruzan bildirib ki, bu
zona iki ildir
təsis olunub.
Onun sözlərinə görə,
bu,
İranda azad
zona kimi fəaliyyətə başlayan
sayca yeddincidir. Maku Azad Ticarət Zonasının ümumi sahəsi 5 min kvadrat metrdir. Azad Ticarət Zonası Maku, Poldəşt , Bazarqan və
Şot şəhərlərini
özündə birləşdirir.
Azad zonanın təsis
olunmasından məqsəd
sərmayə yatırmaq istəyən
şəxslər üçün
iş imkanının
yaradılmasıdır.
"Maku Azad Ticarət zonasında sərmayə yatırmaq üçün
əlverişli şərait
var"
H.Fruzan deyir ki, Poldəşt
sərhəd keçid
məntəqəsi Naxçıvan
MR ilə həmsərhəd olduğu
üçün bizim
üçün çox
önəmlidir və
elə buna görə, bu keçid məntəqəsinin
sutkalıq fəaliyyət
etməsi üçün
danışıqlar aparırıq:
"Çalışırıq ki, Poldəşt sərhəd keçid məntəqəsini daha da aktiv keçid
məntəqəsinə çevirək. Bu yaxınlarda
Naxçıvan MR məsul şəxsləri
ilə görüşümüz
oldu və qərara gəldik ki, Poldəşt sərhəd keçid məntəqəsinin fəaliyyətini
sutkalıq edək. Razılaşdıq ki, gediş-gəlişlərdə
prosedurlar sadələşdirilsin.
Son vaxtlar İran
vətəndaşları üçün
Naxçıvana MR -ə gediş
10 avroya qədər endirilib. Bu iki
ölkənin əlaqələrinin
inkişafına təkan
verəcək".
Maku Azad
Ticarət zonasının
potensiallarından danışan
H.Fruzan Azərbaycan və Türkiyə investorlarını bu zonada sərmayə yatırmağa dəvət
edib: "Onların bu azad zonada
investisiya yatırması
İranın və Azərbaycan xalqlarının
xeyrinədir. Maku Azad Ticarət
zonasında sərmayə
yatırmaq üçün
əlverişli şərait
var, enerji qiymətləri çox aşağıdı, işçi
qüvvənin məvacib
xərcləri azdır.
Zonada istehsal olunan məhsullara ixrac olunarkən gömrük xərcləri tətbiq olunmur. Geyim, mebel və s. bu kimi məhsullar
istehsal olunur. 20 il vergidən
azad olunur".
H.Fruzan Poldəşt-Şahtaxtı sərhəd
keçid məntəqəsində
müştərək ticarət
zonasının yaradılmasını
da təklif edib:
"Əgər Azərbaycan
tərəfi də razı olsa Poldəştdə müştərək
ticarət zonasının
yaradılmasına hazırıq.Yaxın
iki ay ərzində Naxçıvan MR-in iqtisad
naziri Maku Azad Ticarət Zonasına baxış keçirəcək. Bu səfərdən
sonra ümid edirəm ki, iki ölkə vətəndaşları üçün
birgə iş imkankarı daha da artacaq".
H.Fruzan deyib ki, Azərbaycan,
Türkiyə, İran
çox qədim dövrdən bir-birləri
ilə müxtəlif
sahələrdə münasibətləri
olub:
"Ümid edirəm
bu üç ölkənin əlaqələri
hər gün inkişaf edəcək və onlar bir-birlərinin
imkanlarından istifadə
edərək xalqların
inkişaf və rifahına yardım edəcəklər".
Qeyd edək
ki, Azad Ticarət Zonası Maku, Poldəşt, Bazarqan və Şot şəhərlərini özündə
birləşdirir. Azad zonanın
inkişaf etdirilməsi
üçün lazım
olan infrastruktur hazırlanır. Zonada hava
limanı tikilib və altı aydan sonra istifadəyə
veriləcək. Yol infrastrukturu
yaxşılaşdırılır, sənaye müəssisələrinin
tikilməsi üçün
ərazi ayrılıb.
Zonada hazırda
30 sənaye müəssisəsi
faəliyyət göstərir. Onlar neft
kimya məhsullarının
istehsalı, diş protezləri və məhsulları istehsalı
zavodu, Plastik qapı və pəncərə sistemləri
və mebel istehsalı sahəsində
çalışırlar. "Beta
Dent" diş məhsulları
fabriki böyük uğur qazanıb. Fabrikin məhsulları bir sıra ölkələrə
ixrac olunur. Bundan başqa bu ticarət zonasında Tükriyə iş adamları ilə birgə işlər aparılır.
Plastik qapı və pəncərə , mebel sahəsində
iş adamları artıq uğurlar əldə ediblər.
"Azərbaycan regionları ilə əlaqələri
genişləndirmək istəyirik"
Maku şəhərinin meri Şahin Əlizadə isə deyir ki, Qərbi Azərbaycan əyalətinin
Maku şəhəri Azərbaycanın regionları
ilə əlaqələrin
genişlənməsində maraqlıdır:
"Əsasən də
Naxçıvan Muxtar
Respublikası ilə yaxşı əlaqələrimiz
var. Əməkdaşlığın genişlənməsi və
inkişafı üçün
böyük potensial
var. Maku şəhərində
Azad İqtisadi Zona yaradılıb. Biz Azərbaycandan
olan investorların bu
zonaya cəlb olunmasında maraqlıyıq. Tərəflər mövcud imkanlardan
istifadə etməlidirlər.
Mən əminəm ki, gələcəkdə daha
möhkəm ticari-
iqtisadi əlaqələr yaradacayıq.
Hazırda biz qarşıya qoyulan bu məqsədin
reallaşdırılmasına çalışırıq. Bu məqsədlə ikinci sərhəd-keçid məntəqəsi
olan Qarasu (İran) Sədərək
(Azərbaycan) sərhəd
keçid məntəqəsini
açmağı planlaşdırırlar.
Bununla bağlı hazırlıq
işləri gedir.
Quru sərhəd olmadığı
üçün Araz çayı üzərində
körpünün inşası
lazımdır. Bu ərazidə
körpünün açılması
barədə konkret qərara hər iki tərəfin razılığı olmalıdır.
Körpünün hər iki tərəfin iştirakı
ilə tikilməsi də mümkündür".
Daha sonra jurnalist qrupu Poldəşt şəhərində
bir sıra görüşlər keçirib. Poldəşt şəhərinin meri Əkbər Abdullahnejad sözlərinə görə,
Azərbaycan İran üçün yaxşı
bir qonşu ölkədir. İki ölkə
arasında əlaqələr
bundan əvvəl də yaxşı səviyyədə olub. Bundan sonra da
əlaqələrin inkişaf
etməsində maraqlıdırlar:
"Xalqlarımızı bir-birlərinə
mədəni, ictimai, tarixi, dini köklər bağlayır.
Bu köklər olduqca dərindir".
Onun sözlərinə görə,
Poldəşt sərhəd
keçid məntəqəsinin
Naxçıvan Muxtar
Respublikası ilə həmsərhəd olduğundan
İran üçün
də çox önəmlidir.
Ə.Abdullahnejad Poldəşt sərhəd-keçid
məntəqəsində yeni
terminal tikildiyini, yaxın
altı ay ərzində
onun istifadəyə veriləcəyini əlavə
edib:
"Poldəşt-Şahtaxtı sərhəd keçid məntəqəsi vasitəsi ilə yük daşımalarının həcminin artırılmasına çalışırıq.
"Hazırda bu məqsədlə infrastrukturun qurulması işləri gedir və 6 ay ərzində terminal və inzibati bina tamamlanacaq və tranzit maşınları üçün sərhəddən gediş-gəliş üçün əlverişli şərait yaranacaq".
O deyib ki, Poldəşt sərhəd-keçid məntəqəsində yeni terminalın və inzibati binanın tikilməsi üçün 7 milyon dollar həcmində sərmayə yatırılıb və 14400 kvadrat metr ərazidə tikinti işləri aparılır.
O deyib ki, hazırda Naxçıvan MR-dan Poldəşt keşid məntəqəsi vasitəsi ilə 200-nəfərdən çox şəxs İrana keçir.
"Ötən il İrana gələn Naxçıvan MR vətəndaşları özləri ilə 1 milyon 200 min dollar həcmində yük aparıblar. Cari ildə isə indiyədək bu rəqəm 800 min dollar həcmindədir".
Poldəştdən Naxçıvana əsasən, meyvə, tərəvəz, tikinti materialları və ərzaq məhsulları ixrac olunur. "Biz istərdik ki əlaqələrin daha da inkişaf etdirməsi üçün bizim vətəndaşlar üçün də viza ləğv olunsun və gediş-gəliş daha rahat olsun. Naxçıvan MR ilə Qərbi Azərbaycan əyaləti də kənd təəsərrüfatı, balıqçılıq, universitetlər mübadiləsi, elmi-təcrübi və səhiyyə sahəsində əməkdaşlığı artıra bilər. Düşünürük ki, bu iki ölkə vətəndaşlarının inkişafına təkan verəcək" - bunları da Ə.Abdullahnejad deyir.
Mer deyib ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri siyasi, iqtisadi, ticari və turizm sahəsində əlaqələrin inkişafına şərait yaradacaq: "Hazırda müəyyən qüvvələr var ki, bu iki ölkənin münasibətlərinin pozulmasına çalışırırlar. Amma onlar buna nail ola bilməyəcəklər. Mən bir faktın şahidi olmuşam ki, Sovet ittifaqının dağılması ərəfəsində bu iki ölkənin vətəndaşları öz qohumlarını görmək üçün özlərini Araz çayına atırdılar. Bu baxımdan üçüncü dövlətlərin fəaliyyəti iflasa uğrayacaq. Ona görə ki, bizim xalqlar heç vaxt bir-biriləri ilə düşmənçilik etməyəcək".
Bununla da Maku və Poldəştə səfərimiz başa çatır, növbəti səfər isə Qərbi Azərbaycan əyalətinin qədim tarix və mədəniyyətə malik Xoy şəhərinədir...
(Ardı növbəti
sayımızda)
Pərvanə
SULTANOVA
(Bakı-Maku-Poldəşt)
525-ci qəzet.-
2014.- 3 dekabr.- S.4.