İtaliyada Fikrət Qocanın və Viktor Primyakovun yaradıcılıq gecəsi təşkil olunub

 

Noyabrın 30-da İtaliyanın Milan şəhərində dövlət rəhbərlərinin mərkəzi binası olan Palazzo Marinonun konfrans zalında  "Milanın poeziya ilə görüşləri... Şərqdən gələn səslər..." adlı ədəbi-bədii qiraət günü keçirilib.

 

Milan Kommuna Şurasının sədri Milan Mədəniyyət rəhbərinin təşəbbüsü ilə keçirilən tədbirdə şairlər, naşirlər, sənət adamları, poeziyasevərlər toplaşıb. Tədbir Azərbaycanın Xalq şairi Fikrət Qoca Rusiyada yaşayan əslən azərbaycanlı olan Gəncə şəhərində doğulmuş Viktor Primyakovun yaradıcılığına həsr olunub. Adıçəkilən şairlərin şeirlərini italyancaya bəstəkar-şair Davide Qualtieri çevirib, sətri tərcüməsini isə xoreoqraf, İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyev edib.

İndi nəşr edilən kitabda Fikrət Qocanın daha başqa şeirləri dərc olunub.

 

Milan Kommunasının prezidenti Basilio Rizzo açaraq Kommunanın bu gözəl imkanı olan "P" Sahəsindən danışıb. O bildirib ki, Milan şəhəri vətəndaşlara səhərin simasını gözəl şeirlərlə açır: "Avropa  Şərqin qeyri-adi, böyük mədəni ənənələri ilə tanış olur. Şeirlərin nəzəri oxunuşu canlı təcəssüm olunaraq öz dərin bədii dəyəri ilə insanların qəlbinə sevinc gətirir, onlara qüvvə verir yaşamağa səsləyir, bu da cəmiyyətin ürəyincə olur".

 

Milan mədəniyyət qurumunun rəhbəri Filippo Del Korno vurğulayıb ki, böyük Şərq mədəniyyətinin təmsilçiləri olan şairlər öz şeirləri ilə Avropanı  poeziyanın mərkəzinə gətirir: "Tarixən Şərq mədəniyyətinin Avropa mədəniyyətinə böyük təsiri olub. Şeir sənəti öz müdrik sözləri musiqi ifasını da zənginləşdirərək insanı qeyri-adi bir aləmə aparır. Bu şeirlər bizi mədəni həyata, yaşamaga səsləyir".

 

Şeirlər, musiqi xoreoqrafik kompozisiyanın müşayiəti, Milanın Cüzeppe Verdi adına Konservatoriyasının improvizasiya şöbəsinin iştirakı ilə soprano Ekaterina Korotkova, Davide Qualtieri (fortepiano bədii qiraətci), Paolo Assiklarnet, Alberto Cipriani (gitara), Mais Nuriyevin tələbələri olan Orizon rəqs akademiyasının rəqqasları Andrea Cipriani Martina Gianello təqdim ediblər.

 

Bu tədbir dekabrın 2-də Milanın Güzeppe Verdi adına Konservatoriyasında Verdi adına zalda geniş tələbə heyəti qarşısında təkrar keçirilib. Hər iki tədbirdə Azərbaycanın fəal dostu olan bəstəkar, şair Davide Qualtieri Azərbaycan tarixi mədəniyyəti haqqında geniş məlumat verib. O, Azərbaycanın qədim xalq kimi böyük mədəniyyətindən, dahi adamlarından, o cümlədən Azərbaycanda oldugu müddətdə gördüyü qonaqpərvərlikdən danışıb. Tədbirin sonunda Milan Kommunasının Azərbaycanla belə tədbirlərin davamli olmaq istəyi ifadə edilib. Kommunanın mədəni işlər təşkilatçısı Giusepe Landonio İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasi ilə daha yeni layihələr üzərində danışıqlar aparıb.

 

Xatırladaq ki, bu ilin fevral ayında da Milan şəhərində Xalq şairi Fikrət Qocanın yaradıcılıq gecəsi təşkil edilmiş Azərbaycandan da nümayəndə heyəti mərasimə qatılmışdı.

 

S.ABDULLAYEVA

 

521-ci qəzet.- 2014.- 5 dekabr.- S.7.