Qərbi Azərbaycan əyalətində
gördüklərimiz - Maku-Poldəşt
(Əvvəli
ötən sayımızda)
Qərbi Azərbaycan əyalətinin
mərkəzi sayılan
Urmiya şəhəri
İranın şimal
qərbində yerləşir. Urmiya gölündən
18 kilometr kənarda yerləşən şəhərin
paytaxt Tehranla məsafəsi 900 kilometrdir.
Şəhər dəniz səviyyəsindən
1300 metr məsafədə
yerləşir. Şəhərin
3000 illik tarixi var.
UNESKO-nun mədəni irs siyahısında Urmiya 91-ci şəhər
kimi qeyd olunub. Bəzi tarixçilər Urmiyanı Zərdüştün
doğulduğu yer kimi göstərirlər.
Ötən əsrlərdə bir dəfə osmanlılar, bir dəfə ruslar bu şəhəri işğal edib.
İranın Parisi
Assurilərin dilində "Su şəhəri"
mənasını verən
Urmiyanı həm də İranın Parisi adlandırırlar. Şəhər qədimliklə müasirlliyi
özündə daşımaqla
yanaşı, öz gözəlliyi ilə göz oxşayır.
Şəhərin ümumi
ərazisi 11 min hektar, əhalisi 800 min nəfərdir. Amma gün ərzində
şəhərə 1 milyon
nəfərdən artıq
giriş-çıxış var. Ekoloji baxımdan Urmiya ən qədim zamanlardan yaxşı iqlim şəraitinə malik yaşayış məntəqəsi
kimi tanınır.
Müsavat Partiyasının yaradıcısı Məmmədəmin
Rəsulzadə 1948-ci ildə
Urmiyaya gəlib və Göytəpə kəndində olub.
Həmin dövrdə Göytəpədə
2000 əhali, 10 məktəb
və 3 kilsə olub. Bu məktəbdə isə təhsil alan 500 şagird
varmış. Həmin kənddə
7 millətin nümayəndəsi
və 15 məzhəb
olub. Burada müxtəlif azlıqlar
yaşadığına görə,
Rəsulzadə oranı
beynəlxalq bir kənd adlandırıb.
İranda ilk xəstəxana Urmiyada tikilib. İlk tibb ali təhsil ocağı burada təsis olunub. İlk yerli televiziya da Qərbi Azərbaycan
əyalətində açılıb.
Yerli nəşriyyat da İranda ilk dəfə Urmiyada fəaliyyətə
başlayıb. Hazırda burada
40 qəzet və jurnal çap olunur. Təxminən 4-5 qəzet
də fars
əlifbası ilə
Azərbaycan dilində
yayımlanır. Onlardan
"Nəvidi Azərbaycan",
"Ağrı news" daha
məşhurdur.
Bu şəhəri İranda
voleybolun mərkəzi
kimi tanıyırlar. Pəhləvilər dövründə Urmiyaya bir müddət Rezayiyə də deyiblər. İranın
Parisi, Su şəhəri
ilə yanaşı, bura həm də
Məzhəblər şəhəri,
Şadlıq məkanı da adlandırılıb.
Şəhərdə 600 məscid, 2 imamzadə var.
Şəhərin məşhur
şəxslərindən Saməddin
Çələbi Urməvinin
adını çəkə
bilərik ki, o Konyada dəfn olunub. Səfiyyəddin Urməvi isə
musiqişünas və
xəttat olub. Almaniyalı bəstəkar Baxdan öncə notların ixtirasını o edib.
Körpülər şəhəri
Urmiyanı həm də körpülər şəhəri
adlandırmaq olar. Şəhərdə olduğumuz müddətdə
tıxac problemi ilə qarşılaşmadıq.
Buna səbəb isə salınan körpülərdir. Urmiya şəhər
bələdiyyəsinin tikinti
üzrə nümayəndəsi
İbrahim Səfərinin
sözlərinə görə,
hazırda Urmiyanın
inkişafı,
turizm məkanı
kimi tanınması üçün işlər
görülür. Bunun
üçün 2025-ci ilədək nəzərdə
tutulmuş baş plan
hazırlanıb. Məqsəd Urmiyanı ticarət
mərkəzinə çevirmək,
İstanbul vasitəsilə
Avropaya çıxmaqdır.
Şəhərdə infrastrukturun yaradılmasına
ciddi diqqət yetirilir. Bundan əlavə, Türkiyə
ilə dəmiryollarını
birləşdirməklə, dünyaya çıxış
əldə etmək planı da gündəmdədir.
Onun sözlərinə görə,
Azərbaycan və Türkiyə ilə sərhədlərin olması
bölgənin böyük
üstünlüyüdür.
Urmiyada 9 böyük
körpü tikilib. Onlardan da ən məşhuru
"Qoyun", "Şəhid
Behişti", "İmam
Əli", şəhid
analarına ithaf olunan "Ana" və digər körpülərdir.
Bu körpülərin tikintisinə 174 milyard tümən (150 milyon
dollar) sərf olunub. Yaxın günlərdə isə "Abuzər" körpüsünün tikintisinə
başlanacaq. Həmçinin, "Azərbaycan" körpüsünün
də tikintisinə artıq hazırlıq görülür. Bu, 4 mərtəbəli
olacaq və Azərbaycan məhəlləsi
adlanan ərazidə salınır. Şəhərdə ötən ilə kimi 74 park olub, hazırda isə 60 hektar sahəyə malik 18 park salınıb.
Gələn ildə əlavə
olaraq bir park da tikiləcək, şəhərdə adambaşına
düşən yaşıllıq
9 kvadrat metrdir.
Urmiya şəhər bələdiyyəsinin
sədr müavini Qulamraza Ədlidost Azərbaycandan
olan investorları Urmiyada müxtəlif sahələrə
investisiya yatırmağa
dəvət etdiklərini
bildirdi: "Biz Azərbaycandan
olan investorlar üçün bütün
lazım olan şəraiti yaratmağa hazırıq. Azərbaycandan olan investorları
Urmiyada gözləyirik.
Onlar inşaat, kənd təsərrüfatı, turizm, səhiyyə sahələrinə
sərmayə yatıra bilərlər.
Həmçinin, onlar Urmiyada
uşaq bağçalarının
tikintisinə də sərmayə qoya bilərlər. İki xalqın
yaxınlaşmasında mədəni
əlaqələr də
müstəsna rol oynayır. Düşünürük ki, bu əlaqələrin inkişafına
incəsənət və
mədəniyyət xadimləri
töhfə verə bilərlər. Bu mənada
sərgi, forum və
digər elmi mədəni tədbirlərin keçirilməsi
vacibdir. Biz Urmiyada keçirilən mədəni
tədbirlərə Azərbaycan
incəsənət, mədəniyyət
xadimlərini də dəvət edirik. 2015-ci ilin aprelində Urmiya şəhərinin 3
min illiyi münasibətilə təntənəli
tədbirlər keçiriləcək.
Bu tədbirlərdə də Azərbaycandan böyük nümayəndə
heyətinin də iştirakı gözlənilir".
"Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı sıxıntı
bizim üçün
də sıxıntıdır"
Bu şəhərdə jurnalistlərin növbəti
görüşü Qərbi
Azərbaycan əyalətinin
rəhbəri Qurbanəli
Səadətlə oldu. O deyib ki, iki ölkənin
əlaqələri qədim
zamanlardan mövcuddur və həm tarixi, həm dini, həm də qonşuluq münasibətlərimiz var:
"Qərbi Azərbaycan
əyalətinin 17 şəhəri,
40 qəsəbəsi var. Burada
müxtəlif dini və etnik azlıqlar
yaşayır. Əyalətdə azərbaycanlılar çoxluq
təşkil edir.
Burada kürdlər, ermənilər
və assurilər də yaşayırlar.
Qərbi
Azərbaycan əyaləti
kənd təəsərrüfatı
sahəsində İranda
qabaqcıl yer tutur. Həm əkinçilik, həm bağçılıq,
həm də maldarlıq sahəsində
keçirilən müsabiqələrdə
dəfələrlə ilk yerlərə
sahib olub. Bu ərazidə 750 min ton soyuducu
anbarlar var. 200 min ton qablaşdırma
potensialı var və orada meyvə
suları istehsal olunur. Bu konsentrantdan
meyvə suları istehsal olunduqdan sonra Naxçıvana da ixrac olunur".
Ostanlıq ərazisində qənd və şəkər zavodu da var
ki, bu zavod
əvvəllər şəkər
çuğundurunu Naxçıvandan
alırdı. Amma bir müddətdir
ki, zavodun fəaliyyəti dayanıb.
Razılaşdırılıb ki, bu iş
bu il
görülsün. Yaxın vaxtlarda
Naxçıvanla müqavilə
imzalanacaq. Bu müqaviləyə
əsasən Naxçıvanda
şəkər çuğunduru
əkilsin və həmin çuğundur gətirilərək Xoydakı
zavodda şəkər
hazırlansın: "Biz üç
ölkə ilə həmsərhədik. Bunlar İraq,
Türkiyə və Azərbaycandır. Burada istehsal
olunan məhsulların
70 faizi İraqa ixrac olunur. Bundan başqa Türkiyə, Azərbaycan və digər ölkələrə
də məhsul ixrac olunur".
Əyalət rəhbəri o qənaətdədir ki, iki qonşu ölkənin əlaqələri hər nə qədər çox olsa, onlar bir-birinin dərdinə şərik olarlar: "Gediş-gəliş olmasa, qonşuluq olmasa, qonşular bir-birinin problemlərindən xəbərdar olmasa, əlaqələr inkişaf etməz. Ümid edirik ki, Azərbaycan da İran vətəndaşları üçün viza rejimini ləğv edəcək.
Hazırda Azərbaycan İran vətəndaşları üçün Naxçıvana getmək üçün viza pulunu azaldıb və bu gediş-gəlişin artmasına kömək edib. Amma bu viza rejimi, ümumiyyətlə ləğv olunsa, gediş-gəliş daha da artar. Əyalətin turizm potensialı çoxdur. Bu həm tarixi abidələrdir, həm də təbii gözəlliklərdir. İranla Azərbaycan arasında əlaqələri yaxşı görürük. Bizim ölkələrimiz arasındakı əlaqələrdə maneə yoxdur.
Hələ o dövrdəki, sovetlər dağılmamışdı, sərhədçilər rus milliyyətindən olan şəxslər idi, sərhədlərdə tikanlı məftillər var idi. Amma buna baxmayaraq insanlar özlərini Araz çayına atıb bu tərəfə keçirdilər. Bu iki xalqın bir-birinə olan məhəbbətinin göstəricisidir. Bu həm də onu göstərir ki, iki xalqın məhəbbətini 70 il Sovet hakimiyyəti, tikanlı məftillər silə bilmədi. Şükürlər olsun ki, sovetlər dağıldı və bundan sonra əlaqələr çoxaldı. Hər bir ölkənin öz xarici siyasəti var və həmin siyasətlərə uyğun hərəkət edir. Ümid edirik ki, İran və Azərbaycanın iki dost, qonşu, tarixi və dini köklərə malik ölkələr kimi münasibətləri daha da inkişaf edəcək".
Dağlıq Qarabağ münaqişəsindən danışan Q.Səadət müxtəlif xalqlarla gediş gəlişlərinin olduğunu vurğulayıb: "Bu gediş-gəliş təkcə Ermənistan və Azərbaycanla deyil, digər qonşu ölkələrlə də var. Xalqlar bir-biri ilə dostluqlarını, insanlıqlarını və münasibətlərini pozmamalıdır. Bir acı tarixi keçmiş var. Bir sıra şəxslər insan cildində insan ləyaqətinə sığmayan hərəkətlər edirlər və cinayətlər törədirlər. Onların bu hərəkətlərinin izləri tarixdə qalır. Bir neçə illərdən sonra gələcəkdə onların övladları əgər sağlam davranarlarsa, cinayət törətməyən insandan qisas almaq düzgün olmaz.
Başqa sözlə,
ataların törətdikləri əmələ görə, övladdan qisas almazlar. Hazırda isə biz
həm Azərbaycan, həm də Ermənistanla qonşuyuq. Burada sünni olan kürdlər,
məsihi olan ermənilər, assurilər,
kəlimilərlə hazırda bir ölkədə
yaşayırıq. Bu xalqların bir-birinin
yanında yaşamasında
heç bir problem yoxdur. Lakin dövlətlər öz siyasətlərini təyin edirlər. Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı sıxıntı
var və bu bizim üçün
sıxıntıdır. Bu vəziyyət bizi
də narahat edir. Heç bir qonşu
razı olmaz ki, iki qonşu
bir-biri ilə dava etsin. Azərbaycan və Ermənistan bu məsələni həll etməlidir. Təəssüflər olsun
ki, bu proses
uzanır və bizim də hökumətimiz
münaqişənin həlli
istiqamətində əlindən
nə gəlirsə, addım atmalıdır.
Biz bütün dünyada
təcavüzlərə qarşıyıq
və arzumuz budur ki, Qarabağ
azad olunaraq Azərbaycanın öz qoynuna qayıtsın".
Səfərin axırıncı günü
Urmiyada tarixi məkanlara baş çəkmək, mətbuat
nümayəndələri ilə
görüşmək və
nəhayət bu gün durumu ilə
narahatlıq yaradan Urmiya gölü ilə tanışlıq imkanımız oldu. Bütün bunlar barədə isə sonuncu reportajda ətraflı məlumat olacaq.
(Ardı növbəti sayımızda)
Pərvanə Sultanova
Bakı-Urmiya
525-ci qəzet.- 2014.- 5 dekabr.- S.4.