Akademiya Qulu Məhərrəmlinin
yubileyini qeyd etdi
AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunda görkəmli
jurnalist, istedadlı alim və ictimai
xadim, professor Qulu Məhərrəmlinin anadan
olmasının 60 illiyi
qeyd olunub.
Yubiley toplantısını giriş
sözü ilə açan institutun direktoru, akademik Tofiq Hacıyev professor Qulu Məhərrəmlini müasir Azərbaycan mətbuatının, jurnalistikamızın,
televiziya sənətinin
və milli jurnalistika elminin görkəmli nümayəndəsi
kimi səciyyələndirib.
O bildirib ki, müstəqillik illərində
yeni jurnalistikanın formalaşmasında, televiziya
publisistikasının inkişafında
misilsiz xidmərlər
göstərmiş Q.Məhərrəmli
milli jurnalistika elmi məktəbinin əsaslarının yaradılmasında
da böyük rol oynayıb.
Yubilyarı jurnalistika şöhrətinin
kölgəsində qalmış
istedadlı dilçi
alim kimi qiymətləndirən görkəmli
lüğətşünas alim, professor Oruc Musayev bildirib ki, Qulu Məhərrəmlinin
media və dil sahəsindəki araşdırmaları
Azərbaycan dilçilik
elminin hüdudlarını
genişləndirib və
bununla da dilçiliyimizdə tamamilə
yeni elmi istiqamətin əsasını
qoyub. O, həmçinin
professor Q.Məhərrəmlinin lüğətçilik sahəsindəki
fəaliyyətini, dilçiliyə
dair monoqrafik əsərlərini yüksək
qiymətləndirib.
İnstitutun lüğətçilik şöbəsinin
müdiri, professor İsmayıl
Məmmədov Azərbaycan
televiziyası və radiosunun tarixinin yazılması, ekran-efirin
və bütövlükdə
jurnalistikanın elmi-nəzəri
problemlərinin öyrənilməsi,
müstəqil jurnalistika
konsepsiyasının formalaşdırılması
sahəsində Q.Məhərrəmlinin
məhsuldar fəaliyyətinə
toxunub. Azərbaycan Terminologiya Komitəsinin sədr müavini, professor
Sayalı Sadıqova çıxışında qeyd
edib ki, professor Qulu Məhərrəmli təkcə praktik jurnalist deyil, həm də jurnalistika elmimizin parlaq təmsilçisi,
media məsələlərinə dair sanballı tədqiqat əsərlərinin,
dərsliklərin və
izahlı lüğətlərin
müəllifi, öz
təcrübəsini gənclərə
həvəslə öyrədən
nüfuzlu pedaqoqdur.
Dilçi alimlərdən İlhami
Cəfərsoy, İlham
Tahirov, Vahid Adilov, Şahlar Göytürk və Təranə Şükürova
çıxışlarında belə bir cəhəti
vurğulayıblar ki,
Q.Məhərrəmlinin zəngin
jurnalist yaradıcılığı,
səmərəli elmi-pedaqoji
və ictimai fəaliyyəti, yenilik hissi, fəal vətəndaş mövqeyi
çoxları üçün,
sözün həqiqi
mənasında, parlaq
nümunədir.
Sonda çıxış
edən professor Qulu Məhərrəmli bu gün Azərbaycan dilinin işlənməsi ilə bağlı problemlərdən, həmin
problemlərin həllində
dilçi alimlərin
vəzifələrindən və rəhbərlik etdiyi Monitorinq şöbəsinin fəaliyyətindən
bəhs edib. Yubilyar göstərdikləri
diqqətə və əməyinə verdikləri
qiymətə görə
dilçi həmkarlarına
və institut rəhbərliyinə minnətdarlığını
bildirib.
525-ci qəzet.-
2014.- 6 dekabr.- S.22.