Braziliyada İlyas
Əfəndiyevin “Seçilmiş əsərləri”
nəşr olunub
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biri, Xalq
yazıçısı, dramaturq İlyas Əfəndiyevin 100
illik yubileyi münasibətilə Braziliyada ədibin
“Seçilmiş əsərlər” kitabı çap edilib. Azərbaycanın Braziliyadakı
səfirliyinin dəstəyi
ilə işıq üzü görən kitaba müəllifin portuqal dilinə tərcümə olunmuş
“Sən həmişə
mənimləsən”, “Dəlilər
və ağıllılar”,
“Hökmdar və qızı” pyesləri daxil edilib.
Səfirlikdən “525”ə verilən məlumata görə, yeni nəşrə Braziliya Mədəniyyət Nazirliyinin
Milli İncəsənət
Fondunun prezidenti Quti Fraqa və
Azərbaycanın bu ölkədəki səfiri
Elnur Sultanov “Ön söz” yazıblar.
Yaxın günlərdə kitabın
Rio de Janeyro şəhərində
təqdimatı keçiriləcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 6 dekabr.- S.17.