Şair Çingiz Əlioğlunun 70 illik yubileyi qeyd olunub

 

  Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri, əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlunun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. İştirakçıları salamlayan Çingiz Əlioğlu hamıya dərin minnətdarlığını bildirib şeir oxuyub.

 

Mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, bu qədər insanın bura gəlməsi Çingiz Əlioğlu poeziyasının bənzərsizliyindən, ona olan sonsuz sevgidən xəbər verir.

 

Çingiz Əlioğlunun zəngin həyat yolu, fəaliyyəti yaradıcılığından söhbət açan natiq bildirilib ki, onun özünəməxsus poetik axtarışları Azərbaycanın ən tanınmış qələm adamları, ədibləri, ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib.

 

Bildirilib ki, geniş oxucu məhəbbəti qazanmış Ç.Əlioğlunun xidmətləri hər zaman yüksək qiymətləndirilib, o, əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb, bir sıra beynəlxalq milli mükafatlar laureatıdır. Bu günə qədər şairin doğma ana dilində xarici dillərdə 60-dan çox kitabı nəşr edilib. Şairin ayrı-ayrı vaxtlarda dərc olunan "Nikbinlik", "Ömür ağacı", "Günəşli dayanacaqlar", "Görüşdən ayrılığa", "Gün keçdi", "Aynabənd, "Fraqmentlər", "Ruhumun həndəsəsi", "Gecə bahar", "Şairlik bir sənət deyilmiş, qardaş" s. kitabları müəllifinə ümumxalq məhəbbəti qazandırıb. Onun şeirlərinə bəstələnmiş mahnılar müğənnilərimizin repertuarını bəzəyir. Şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub.

 

Vaqif Əliyev Mədəniyyət Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanını nazirliyin fəxri fərmanını yubilyara təqdim edib.

 

Çingiz Əlioğlunun yaradıcılığına gənclik illərindən bələd olduğunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, onun poeziyası tamam fərqli, özünəməxsusdur. O vurğulayıb ki, hər zaman sözün böyüklüyünə tapınan onun keşiyində duran Ç.Əlioğlu bütün yaradıcılığı boyu gəncliyə əsl örnək olub, onları düz yola, səmimi olmağa, Vətəni, torpağı sevməyə səsləyib.

 

Yubilyarı sözə sözünə sadiq bir şair kimi xarakterizə edən Bahar Muradova ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

 

Tədbirdə çıxış edən digər natiqlər ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Çingiz Əlioğlunu ömrünü sözə bağlayan, daima onun saflığı, müqəddəsliyi uğrunda mübarizə aparan, Azərbaycan ədəbiyyatının inkişafına çalışan, öz üslubu, öz yolu olan görkəmli qələm adamı kimi dəyərləndiriblər.

 

Gecədə Ç.Əlioğlunun şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 9 dekabr.- S.7.