Sosial tərəqqi və mədəni intibah son 10 ildə Yevlax rayonunun reallıqlarına çevrilib

 

 

Azərbaycanda son illər həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, bu sahədə qəbul edilən Dövlət Proqramları, əlverişli biznes investisiya mühitinin formalaşdırılması sayəsində ölkənin bölgələrində davamlı sosial-iqtisadi tərəqqiyə nail olunub. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunun da iqtisadiyyatı dinamik inkişaf edib. Yevlax şəhərində rayonun kəndlərində genişmiqyaslı yenidənqurma tikinti-quruculuq işləri həyata keçirilib, yeni sənaye obyektləri yaradılıb, əhalini narahat edən problemlərin həlli infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm işlər görülüb.

 

İqtisadi yüksəliş, sosial tərəqqi mədəni intibah son 10 ildə Yevlax rayonunun reallıqlarına çevrilib.

 

Dövlətimizin başçısının diqqət qayğısı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, son 10 ildə rayonda ümumi məhsul buraxılışı 5,8 dəfə, sənaye məhsulunun həcmi 7,8 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 2,3 dəfə artıb. Rayonun iqtisadi göstəricilərinin yüksəlməsində sahibkarlığın inkişafı, kənd təsərrüfatı, qida sənaye məhsulları istehsalına yönəldilən investisiyaların çoxalması, yeni istehsal, emal xidmət obyektlərinin tikilməsi mühüm rol oynayır. Son illərdə rayonda "Lalə-tekstil" MMC tikiş fabriki,  "Dan" kərpic, "Gilan" dəri emalı, "Yevlax Qida" MMC zavodları, "Arfa" mebel fabriki, "Yevlax-Beton" ASC dəmir-beton zavodu, asfalt istehsal edən zavodlar, "Karvan-K" MMC konserv zavodu, "Azərtoxum" MMC toxum emalı müəssisəsi, makaron çörək sexləri fəaliyyətə başlayıb, Kolanı kəndində istixana kompleksi yaradılıb, Aran qəsəbəsində üzüm bağları salınıb.

 

Növbəti illərdə keramikadan gipsdən müxtəlif məmulatlar (tikinti məişət) istehsalı sahələrinin, məişət tullantıları çörək zavodlarının yaradılması nəzərdə tutulur. Rayonda özəl sektorun inkişaf etdirilməsi sosial-iqtisadi inkişafı sürətləndirməklə məhsul istehsalını artırıb, bir sıra ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına imkan verib, əhalinin məşğulluq probleminin həllində mühüm rol oynayıb.

 

Bu gün Yevlax daha gözəl, işıqlı gələcəyə doğru inamla irəliləyir. İnsanların məşğulluğu təmin olunur, əhalinin yaşayış səviyyəsi gündən-günə yaxşılaşır. Təsadüfi deyildir ki, 2003-2013-cü illər ərzində rayonda 9339-u daimi olmaqla 15 min 627 yeni yeri yaradılıb.

 

Aparılan genişmiqyaslı tikinti-quruculuq işləri nəticəsində son 10 ildə Yevlax şəhərinin siması tamamilə dəyişib, Yevlax gözəlliyi ilə seçilən bir şəhərə çevrilib. Yevlax şəhərinin prospekt küçələri müasir üslubda yenidən qurulub, yollara asfalt örtük salınıb, işıqlandırma sistemləri quraşdırılıb, binaların dam örtüyü dəyişdirilib, fasad hissəsi müasirləşdirilib.

 

Şəhərin mərkəzində Ulu Öndərin abidəsi ucaldılıb, Heydər Əliyev Mərkəzi, dahi rəhbərin adını daşıyan saray, gənclər evi, elektron kitabxana, tarix-diyarşünaslıq muzeyi, xalq teatrı, şahmat məktəbi, məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzi, 6 min yerlik şəhər stadionu, bayraq meydanı, avtovağzal kompleksi, 11 poçt binası, şəhərdə 31 idarə, müəssisə təşkilat üçün inzibati binalar tikilib istifadəyə verilib, hava limanı yenidən qurulub, "EL-TV" regional televiziya şirkəti fəaliyyətə başlayıb.

 

Yevlax rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid əlil olmuş insanların ailə üzvlərinin mənzil-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Bu qəbildən olan ailələr üçün 116 mənzilli 5 ədəd çoxmərtəbəli yaşayış binası tikilərək istifadəyə verilib.

 

Qaçqınların məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məşğulluğunun artırılması üzrə Dövlət Proqramına əsasən Yevlax rayonunda məskunlaşmış məcburi köçkünlər üçün yaşayış binaları kompleksi inşa edilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə yaradılan məhəllədə 10 ədəd beşmərtəbəli binası, 50 yerlik uşaq bağçası, 440 yerlik məktəb binaları tikilib, mənzillərə telefon, su qaz xətləri çəkilib.

 

Son 10 ildə yaşayış məntəqələrinin elektrik enerjisi içməli su ilə normal təminatı, kənd yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Yevlax şəhəri daxil olmaqla 27 yaşayış məntəqəsi qazlaşdırılıb, 19 kənd yaşayış məntəqəsində 25,7 min nəfər əhaliyə xidmət edən 21 ədəd modul tipli su təmizləyici qurğular quraşdırılıb.

 

Bu dövr ərzində şəhərin yaşıllaşdırılması diqqət mərkəzində saxlanılıb. Bir zamanlar şoran torpaqlarında bir ağacın yetişdirilməsi olduqca çətin olan Yevlağı indi, mübaliğəsiz, parklar xiyabanlar şəhəri adlandırmaq olar. Əhalinin istirahəti ekoloji mühitin yaxşılaşdırılması məqsədilə Yevlax şəhərində Heydər Əliyev xiyabanı, Nizami, Dostluq, Müstəqillik, Səməd Vurğun, Dədə Qorqud, Gənclik, Bələdiyyə parkları, Uşaq-Əyləncə Mərkəzi salınıb. Kür çayı sahilində yaradılan Bulvar İstirahət Kompleksi isə yevlaxlıların şəhərin qonaqlarının ən sevimli istirahət guşəsinə çevrilib. 8 hektardan çox ərazini əhatə edən bir hissəsi estakadalarda Kür çayının üzərində inşa edilən bulvar kompleksində şəlalə fəvvarələr tikilib, xidmət obyekti, uşaq əyləncə mərkəzi, karusellər, idman meydançaları yaradılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.

 

Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, rayon polis şöbəsinin, İqtisadiyyat Sənaye Nazirliyinin Aran regional inkişaf mərkəzinin, təhsil şöbəsinin, Azərbaycan Beynəlxalq Bankının Yevlax filialının, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax rayon idarəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, Olimpiya İdman Kompleksinin, Qaz istismar sahəsinin, 100 yerlik uşaq bağçasının binalarının tikintisi davam etdirilir.

 

İnsanların sağlamlığının qorunmasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Yevlax şəhər mərkəzi xəstəxanası üçün 180 çarpayılıq bina tikilib istifadəyə verilib. Ən müasir avadanlıqla təchiz edilən xəstəxanaya müraciət edənlər poliklinika, şüa-diaqnostika, doğum, urologiya, cərrahiyə, travmotologiya, hemadializ, ginekologiya, sterilizasiya, anesteziologiya, lor, əməliyyat, daxili xəstəliklər, yoluxucu xəstəliklər şöbələri, qadın məsləhətxanası laboratoriyanın xidmətlərindən yararlanırlar. Bundan başqa son illər rayonda uşaq xəstəxanası, regional vərəm dispanseri, əlillərin reabilitasiya mərkəzi, gigiyena epidemiologiya mərkəzi, 5 kənddə həkim məntəqəsi inşa edilib.

 

Ölkənin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da məktəblərin maddi-texniki bazasının möhkəmləndirilir, yeni məktəb binaları tikilir, mövcud məktəblər təmir olunur. Son 10 ildə rayonda 5038 şagird yerlik 21 məktəb binası tikilib. 11 məktəb binasında əsaslı təmir işləri aparılıb. Bundan başqa 3 məktəbdə 640 şagird yerlik 32 sinif otağı tikilib.

 

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də respublikada avtomobil yollarının inşası və yenidən qurulması, müasir standartlara cavab verən nəqliyyat sisteminin yaradılmasıdır.

 

Son illər Yevlax rayonunda da avtomobil yollarının yenidən qurulması istiqamətində mühüm işlər görülüb.

 

Dövlət Proqramına əsasən rayonun 20 kəndinin 57,8 kilometr giriş yolları əsaslı surətdə yenidən qurularaq asfaltlanıb. Əhalisinin sayı 8000 nəfər olan 11 kəndi birləşdirən uzunluğu 25 kilometr olan Səmədabad-Qaraməmmədli-Qaramanlı-Köyük avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir.  Yolun 19 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Rayon ərazisindən keçən 129,5 kilometr respublika əhəmiyyətli avtomobil yolunun 98 kilometri yenidən qurulub. Kür, İncə çayları və kanallar üzərində 10 ədəd körpü tikilib. Hazırda Aran qəsəbəsində Bakı-Ələt-Qazax avtomobil yolunun üzərində avtomobil körpüsünün tikintisi aparılır, Kür çayı üzərində uzunluğu 5 aşırımlı dəmir yolu körpüsünün əsaslı təmiri və bərpası davam etdirilir.

 

Yevlax şəhərinə səfərlərinin birində ümummilli lider Heydər Əliyev "Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm" arzusunu ifadə etmişdi. Bu gün yevlaxlılar böyük iftixar hissilə deyə bilərlər ki, onlar Ulu Öndərin arzuladığı şəhəri qura, yarada biliblər.

 

Hazırda Yevlax rayonunda bütün qüvvələr "Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrasına səfərbər edilib. Dövlət Proqramında rayonun sosial-iqtisadi həyatında daha böyük layihələrin həyata keçirilməsi planlaşdırılır.

 

Proqrama əsasən rayonda qeyri-neft sənaye sahələrinin, o cümlədən keramikadan və gipsdən hazırlanmış məmulatlar (tikinti və məişət) istehsalı sahələrinin yaradılması, cins heyvandarlıq, ətlik istiqamətli quşçuluq, taxılçılıq, pambıqçılıq, toxumçuluq, tərəvəzçilik və meyvəçilik sahələrinin inkişafı, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, inşaat materialları (qum, gil, gilcə və s.) yataqlarının axtarışı, yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, təhsil, səhiyyə, mədəniyyət, idman-sağlamlıq obyektlərinin tikintisi və təmiri, abadlıq-quruculuq işlərinin, rayonun elektrik enerjisi, istilikqaz təchizatının, rabitə və informasiya xidmətlərinin, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi, torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi, yeni subartezian quyusunun qazılması, Yevlax şəhəri üzrə müfəssəl planın hazırlanması nəzərdə tutulur.

 

Regionların inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin son 10 ildə Yevlağa 8 dəfə səfər etməsi, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə imzaladığı Sərəncamlar şəhərin müasir inkişafının şərtləndirən əsas amillərdəndir. Ölkə başçısının səfərlərdən birində dediyi  "Çox şadam ki, Yevlax çox sürətlə inkişaf edirrayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir" sözləri yevlaxlıların qurub-yaratmaq həvəsini daha da artırıb. Əminliklə demək olar ki, yevlaxlılar bütün qüvvələri səfərbər edərək üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla icra olunmasına,  doğma şəhərlərinin daha da çiçəklənməsinə öz töhfələrini verəcəklər.

 

Tahir Ağaməmmədov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 

525-ci qəzet.- 2014.- 10 dekabr.- S.8.