Azərbaycan musiqisi
Drezdendə səslənib
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin
dəstəyi ilə bu ölkədə keçirilən Azərbaycan
Mədəniyyət Günləri
çərçivəsində növbəti tədbir Drezdendə təşkil olunub.
Drezdenin
məşhur "Albertinum"
muzeyində keçirilən
tədbirin iştirakçıları
Qara Qarayev adına Azərbaycan
Dövlət kamera orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının
əsərlərini dinləyiblər.
Tədbiri açan səfir
Pərviz Şahbazov mədəniyyət axşamının
Azərbaycan Respublikasının
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
keçirildiyini vurğulayıb.
Diplomat ölkəmizin inkişafı, Azərbaycan-Almaniya
münasibətlərinin tarixi
kökləri və hazırkı vəziyyəti
haqda tədbir iştirakçılarına məlumat
verib. Səfir özündə Qərb ilə Şərq mədəniyyətlərini
birləşdirən Azərbaycanın
zəngin mədəni
irsi, dünya musiqisinə verdiyi töhfələr, ölkəmizdə
klassik və müasir musiqinin inkişafından, qazanılan
nailiyyətlərdən danışıb.
O, həmçinin xalqımızın
musiqi beşiyi olan Qarabağın və ətraf rayonların Ermənistanın
işğal altında
olması barədə
məlumat verib.
Tədbirin aparıcısı Azərbaycanda
mövcud olan alman irsi, eləcə
də respublikamızın
birinci xanımı Mehriban Əliyevanın və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə mədəni irsin qorunub saxlanması,
mədəniyyət münasibətlərinin
təşviq olunması
və gənclərin
təhsil almaq imkanlarının yaxşılaşdırılması
üçün həyata
keçirdiyi işlər
barədə məlumat
verib. Aparıcı məşhur bəstəkar
Qara Qarayevin adını daşıyan
Azərbaycan Dövlət
kamera orkestrinin də fəaliyyətindən
geniş söhbət
açıb.
Tədbir
iştirakçılarına, həmçinin Heydər Əliyev Fondunun yeni nəşri olan, Berlin Humboldt Universitetində
"Azərbaycan tarixi"
kafedrasının müdiri,
professor Eva Maria Auxun yaxından
iştirakı ilə
hazırlanan "Azərbaycanda
alman irsi" kitabı təqdim edilib. Eyni zamanda, "Azərbaycanda
alman izləri" adlı fotosərgi və "Almaniya bir rəssamın gözü ilə" mövzusunda keçirilən
rəsm müsabiqəsi
qaliblərinin əsərlərindən
ibarət sərgi nümayiş etdirilib.
Tədbirdə Drezden Şəhər
Bələdiyyəsinin üzvləri,
Saksoniya torpağı
parlamentinin deputatları,
Drezden Filarmoniyasının
direktoru Anselm Roze, Drezden Muzeylər Birliyinin direktoru Qizbert Porstman, şəhərin Sənaye
və Ticarət Palatasının idarə heyətinin üzvü
Helmut Qolts, Drezden Rəssamlıq Akademiyasının
rektoru Matias Flüqe, Drezden Dövlət Muzeyinin direktoru Erika Eşebax, Drezden Operasının direktorluğunun üzvü
Solvayq Ekert, Almaniyada akkreditə olunmuş diplomatik korpusun və KİV-lərin nümayəndələri,
habelə Saksoniya torpağının müsəlman,
pravoslav və yəhudi dini icmalarının rəhbərləri
iştirak ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 10 dekabr.- S.7.