III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibləri təltif  

 

Dekabrın 8-də R. Behbudov adına Dövlət Mahnı Teatrında Avrasiya Yazarlar Birliyinin, TÜRKSOY-un, Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşan III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Tədbiri açan Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu müsabiqənin əhəmiyyətindən danışıb: «İlk dəfə Mahmud Kaşğarlının 1000 illiyi münasibətilə keçirilən, bu il üçüncü dəfə təşkil olunan müsabiqədə Türkiyə, Azərbaycan, Başqırdıstan, Çuvaşıstan, Qaquz Yeri, İraq, İran, Qaraçay-Balkar, Qazaxıstan, Krım, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti   Tatarıstan iştirak edib. Keçən il sözügedən müsabiqədə Azərbaycanın tanınmış yazarı Əjdər Ol birinciliyə layiq görülüb. Yarışmanın qaydalarına görə, sonrakı il mükafatın təqdimetmə mərasimi əvvəlki il birincilik alan yazarın ölkəsində keçirilir. III Mahmud Kaşğarlı Beynəlxalq Hekayə Müsabiqəsi Avrasiya Yazarlar Birliyinin, Türkiyə Baş Nazirliyinin Tanıtma Fondunun sponsorluğu, TÜRKSOY, Əskişəhər 2013 Türk Dünyası Mədəniyyət Paytaxtı Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Krım, Qaqauz Yeri, Tatarıstan, Başqırdıstan yazarlar birliklərinin ədəbiyyat dərgilərinin işbirliyi ilə təşkil edilib. Bu il yeni qurulan Türkdilli Ölkələr Yazarlar Birliyi müsabiqəyə dəstək verib».

 

Y.Öməroğlu son illərdə Azərbaycanda müsbət mənada köklü dəyişikliklərin baş verdiyini, xüsusilə Bakının simasının tamamilə dəyişdiyini söyləyən Avrasiya Yazarlar Birliyinin sədri vurğulayıb ki, bütün bunlar Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində reallığa çevrilib.

 

Tədbirin Bakıda keçirilməsindən qurur hissi duyduğunu söyləyən Azərbaycanın mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev bütün qalibləri təbrik edib nazirliyin həmişə belə layihələri dəstəkləməyə hazır olduğunu bildirib. Nazir müavini bildirib ki, bu müsabiqə türk dünyasının birliyinə xidmət edir burada qardaş ölkələrin mədəniyyəti, ədəbiyyatı, folklor nümunələri, sevinc kədərləri, qarşılaşdıqları problemlər bir daha geniş auditoriyaya çatdırılır.

 

TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib ki, təmsil etdiyi qurum hər zaman söz adamlarının, böyük fikir düşüncə sahiblərinin yubileylərini keçirməyə mühüm əhəmiyyət verir.

 

Türkiyənin Azərbaycandakı  səfiri İsmail Alper Coşkun vurğulayıb ki, bu müsabiqə bizi min illər bundan əvvəl yaşayıb-yaratmış Mahmud Kaşğarlının söylədiyi kimi, mədəni ədəbi irsə sahib çıxmağa səsləyir.

 

Mərasimdə Türkiyənin Əskişəhər valisi Güngör Azim Tuna, qardaş ölkənin mədəniyyət turizm nazirinin yardımçısı Nihat Gül, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müsabiqənin əhəmiyyətindən danışıb qalibləri təbrik edib.

 

Mərasim çərçivəsində Şimali Kiprdən olan yazıçı İsmayıl BozkurtaTürk dünyasında ilin ədəbiyyat adamı-2014” mükafatı verilib. Mükafatı yazıçıya TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdim edib.

 

Sonra müsabiqənin ölkə turunda qalib olmuş azərbaycanlı yazarlar mükafatlandırılıb. Mükafatlar Azərbaycan üzrə birinci yerin qalibi Alpay Azərə Əskişəhər valisi Güngör Azim Tuna, ikinci yerin sahibi Natiq Məmmədliyə Türkiyənin Mədəniyyət Turizm Nazirliyinin nümayəndəsi Nihat Gül, III yerə layiq görülən Vəfa Mürsəlqızına isə qardaş ölkənin respublikamızdakı səfirliyinin mədəniyyət tanıtım müşaviri Seyid Əhməd Arslan tərəfindən təqdim olunub.

 

Müsabiqədə qazaxıstanlı Oraz Nurğali birinci, Rusiya Federasiyasının Tatarıstan Respublikasından Aygül Əhmədğaliyeva ikinci azərbaycanlı Alpay Azər üçüncü yerləri tutublar. Mükafatları müvafiq olaraq Oraz Nurğaliya Azərbaycanın mədəniyyət turizm nazirinin müavini Vaqif Əliyev, Aygül Əhmədğaliyevaya TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Alpay Azərə isə Türkiyənin ölkəmizdəki səfiri Alpər Coşkun, müsabiqənin həvəsləndirici mükafatını çuvaş yazıçısı İlya İvanova xalq yazıçısı Anar, yarışmanın xüsusi mükafatını  isə Azərbaycandan Türkiyə münsiflər heyətinə yazı göndərən Peykər İbrahimovaya keçən il müsabiqənin birincisi olmuş yazıçı Əjdər Ol təqdim edib.

 

Sonra müsabiqənin təşkilində xüsusi əməyi olan Azərbaycan Mədəniyyət Turizm nazirinin birinci müavini Vaqif Əliyev, TÜRKSOY-un baş katibi Düsein Kaseinov, Əskişəhər valisi Güngör Əzim Tuna, Yazıçılar Birliyinin sədri Anar, Türkiyənin Azərbaycandakı mədəniyyət tanıtım müşaviri Seyid Əhməd Arslan, müsabiqənin Azərbaycan üzrə təşkilatçısı, AYB-nin katibi Rəşad Məcid, Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli, Mahnı Teatrının müdiri Kazım Qasımov, Azərbaycan qədim sazlar toplusunun rəhbəri Münis  Şərifov, klassik türk musiqisi üzrə sənətçi Çağatay Azkur müsabiqənin təşəkkür diplomları ilə təltif edilib.

 

Mərasim Azərbaycan türk sənətçilərini ifasında kosert proqramı ilə yekunlaşıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 10 dekabr.- S.7.