Oldum
Haqdan qüvvət almış idim,
Bir qıraqda
qalmış idim.
Bulud kimi dolmuş idim, -
Axırda yağası oldum.
Yaxşı ki, çətində,
darda
Yem olmadım
itə - qurda.
Səbrim
tükəndi... axırda,-
Meydana çıxası
oldum.
Əlim
çıxan kimi boşa,
Başladım bəxtlə savaşa...
Ağzım dirənəndə daşa,-
Səddləri yıxası oldum.
Həyat
bozartsa da üzün,
Sürünmədim dizin-dizin.
Dilimdən çıxan hər
sözün,-
Kəlmənin ağası oldum.
Səbrin
də sonu var
Qarı
düşmən qəfildən
Bəndi - bərəni kəsdi.
Ömrün oğlan çağında
Öz yolumla gedirdim,
Üstümdən yellər əsdi.
Kimsə
ortaq olmadı
Dağdan ağır bu dərdə.
Bir ona sevindim ki,
Büdrəsəm də hardasa,
Əl açmadım
namərdə.
Vaxt yeyin, ömür qısa
Gözləməkdən kar aşmaz.
Səbrin
də bir sonu var,
Bağlı qalan yolları
Nəmli baxışlar açmaz.
Oynadır
Kimə
verdin ürəyini,
Gördünmü bəxt küləyini?
Erkən
solan çiçəyini,-
Gülünü yellər oynadır.
Bitən
deyil hər səpilən,
Şəklindir gözə təpilən.
Hərdən yuxunda öpülən,-
Telini yellər
oynadır.
Puç
etdin yalan sevgini,
Çaldımı ilan sevgini?
Yaz ağzı solan sevgini,-
Bulanıq sellər oynadır.
Üstündən çəkilmir çənin,
Söylə bəs hanı yelkənin?
Xəbərin varmı, qız,
sənin,-
Külünü yellər oynadır.
Yandır
məktublarımı
Yandır
səndə olan məktublarımı,
Bir azda sözlərin oduna qızın.
Yandır
ağlar qalan məktublarımı,
Ərit sinəndəki hikkənin
buzun.
Yandır
tüstülənsin ürəyindəki
"Sevgilim" kəlməsi,
"gülüm" kəlməsi.
Mən heç, özün bir az rahat ol təki,
Dözərəm, aglına heç nə gəlməsin.
Elə şəklimi də at o tonqala,
Yandır ürəyimin harayın, səsin.
Nakam sevgimizdən bir ocaq qala,
Əllərin son anda qoy titrəməsin.
Yandır
eşqimizdən verməsin
nişan,
Yığışdır yollardan baxışlarını.
Yandır
hər kəlməmə
bir vaxt qarışan
Dumduru su kimi gözyaşlarını.
Yandır
məktubları, qoy tüstülənsin
Uzaqdan boylanan
o görüş yeri.
Üstümə bir bulud harayı ensin,
Qərq edim sularda xatirələri.
İtən avazımı, susan səsimi
Qat o məktublara,
əlinlə yandır.
Könlünü oxşasın bir
meh əsimi,
Özünə yenə də sən haqq qazandır.
Bilirəm, çat düşməz
bir də səbrinə,
Axmaz gözyaşların
ta narın-narın.
Mənim
sinəmdəki sevgi qəbrinə
Səpələ külünü o məktubların.
Biləsən
Üstümdən çəkilmir nə
duman, nə çən
Torpağa həsrətdir ovcumdakı
dən.
Bil ki, istəməzdim məhəbbəti sən,-
Həyatda ən asan peşə
biləsən.
Sevdalı könlümün qışı,
yazı var,
Nəmli gözlərimin qarı, buzu var.
Eşqimin öz ritmi, öz avazı var,-
Haqqın yox sən onu
nəşə biləsən.
Hər yanım qaranlıq küncdü, bucaqdı
Həsrətim közərən oddu, ocaqdı.
Ürəyim sonuncu dayanacaqdı,-
Gözümü açdım ki,
düşə biləsən...
Tanımadım
Xoşa
gəlmədi yerişi,
Cəngdi, savaşdı hər işi.
Bitməyib alış-verişi, -
Dünya
köhnə bazardı
ki...
Üzü solğun, ruhu boyat,
Hünərin var səslə, oyat.
Elə əzəl gündən həyat
Dar qəfəsdi, məzardı
ki.
Dərdim-qəmim çarpaz dağı,
Tükənməz qarası, ağı.
Nə dedim ki, ona
axı,-
Rəngi niyə qızardı ki?
Dilindəydi bir vaxt adım,
Qaçdı məndən addım-addım.
Uşaq
idim tanımadım,-
Heç
üzümə bozardı
ki?..
Kötük
Kim başını kəsdi sənin,
Kim ömrünü baltaladı?
Özün söylə, kötük
kimi
Yaşamağın varmı dadı?
Nə gövdən var, nə budağın
Niyə səni təklədilər?
Şümal boylu ağac idin,
Qanına
yeriklədilər...
Zülmət kəsdirib üstünü,
Heç göyərtməz yaz da səni.
Əsən yellər üşüdəcək
Bu qara libasda səni.
Yaxşı bil, tapılmayacaq
Ta bir də rəddini
basan.
Gün keçəcək, ay ötəcək
Biləcəksən əzəl - axır,
Kötük olmaq deyil asan...
Göyərəsi halınmı var,
Yaşamaq həvəsin ölmüş.
Əl-ayağa dolaşanda
Yana-yana deyəcəksən -
Bu dünyada ağac kimi
Ömür sürmək nə
gözəlmiş...
Xudafərin körpüsü
Ay ulu daş kitabəm,
gəcavəm, taxtım
mənim.
Bakı-Təbriz biçimli könül paytaxtım mənim.
Vüsala
həsrət qalan taleyim, baxtım mənim, -
Şahım, xanım, sultanım,- Xudafərin körpüsü.
Arazın
sinəsində daşlaşan
su sonası,
Tanrıya şükranlıqdır adının
ilk mənası.
Vətənin iki qütbə
parçalanmış dünyası,
-
Xəttim,
imzam, ünvanım,- Xudafərin körpüsü.
Hər aşrımı su yolu, hər tağı bir möcüzə,
Qəzəbi mürgüləyən sivri
uclu bir nizə.
Bilən
yox daş dilində nələr söyləyir bizə, -
Rəvayətim, dastanım - Xudafərin körpüsü.
"Gülüstan"da boğulan
səsimdi, avazımdı
"Türkmənçay"da sərhəddə çevrilən
Arazımdı.
Sağalmayan yaramdı, qanlı
alın yazımdı,
-
Varlığım, and-amanım,- Xudafərin körpüsü.
Yaş ağrısı
Böyüdüm, söz ilə başımı qatdım,
Həyatda sevinc də, qüssə də daddım.
Bəzən düz yolda da atdığım addım
Çevrildi kiminsə baş ağrısına.
Yenilməz inadım sal qaya çapan,
Dartdı ayağımdan hər məni tapan.
Dözdüm dar ayaqda canıma hopan
Güllə hədəsinə, daş
ağrısına.
Gah çəkingən oldum, gah da ki,
mətin,
Verdi həyat mənə
əsl qiymətin.
Vaxt ötdü... hər yaşın gördüm xislətin,
Tuş gəldim payızda qış ağrısına...
Ürək gücdən düşsə
durulmaz ta qan,
Gözə zülmət çökər
hər saat, hər an.
Əsəblər gərilib sızlayanda
can,
Bildim əlac yoxdur yaş ağrısına...
Çayın sahilində ağlayan qıza.
Siyah saçlarını oynadır
külək,
Qəmli sinəsindən asılıb
bilək.
Sanki göydən enmiş mələkdir, mələk
Nə vaxtdır dayanıb yalqız ağlayır,-
Çayın sahilində bir qız ağlayır.
Nəmli
gözləriylə baxır
sulara,
Bilən yox, fikrində üz tutub hara.
Dönür əsən yelə,
çevrilir qara,
Göyərmiş əlləri bumbuz,
ağlayır,-
Çayın sahilində bir qız ağlayır.
Titrəyir yarpaqtək sızladıqca
can,
Qəfil bir ölümmü axtarır hər an?
Asılıb durubdu göz yaşlarından,
Elə bil bənövşə, nərgiz ağlayır,-
Çayın sahilində bir qız ağlayır.
Nədənsə dərdini suya danışmır,
Çöküb çöhrəsinə həya,
- danışmır.
Nisgili gəlmirmi
saya, danışmır?
Gah dodaq səyriyir, gah üz,-ağlayır,-
Çayın sahilində bir qız ağlayır.
Bəkə o, cavabsız eşqə
əsirdi,
Bəlkə bir kimsəsiz yetim-yesirdi?
Anlaya bilmirəm bu necə sirdi,
Lal haray hıçqırır,
avaz ağlayır,-
Çayın sahilində bir qız ağlayır.
İndi
dünya ona qəfəs kimi dar,
Halına
acımır nə
dost, nə də yar.
Allahım, gəl onu özünə qaytar,
Dil dönüb kösövə,
ağız ağlayır,-
Çayın sahilində bir qız ağlayır...
Yurd həsrəti
Yurd həsrətim sinəmdə
Hələ düzüm-düzümdür.
Səbrimi əldən salan
Gecəmdir, gündüzümdür.
Elə bil məhbəsdəyəm,
Bağlıdır qapım, bacam.
Həm bir baxım işığa,
Həm xoş sözə möhtacam.
Ocağım, qibləgahım,
Doğma ölüm, dirim yox.
Hönkürüb ağlamağa
Künc-bucağım, yerim yox.
Dərd
mənim dolu "süfrəm",
Kədər havam, suyumdur.
Nisgillə nişanlıyam,
Ölən günü toyumdur.
Yollar üzümə bağlı,
Ağzım dirənib daşa.
Həvəsim yox baxmağa
Nə zərə, nə qumaşa.
Rəngini unutmuşam
Çiçəyin də, gülün də.
Bəxtim paslı qıfıldır,-
Açarı div əlində...
Sevdalı çağımda dilmancım - şeir
Göz açdım, söz məni saldı kəməndə,
Əlimdən yapışdı dumanda, çəndə.
Sal daşa söykənib mürgüləyəndə,-
Yorğanım səmaydı, yastığım şeir.
Böyüdüm... dilimdə avaza döndü,
Gah qışa çevrildi, gah yaza döndü.
Kürdən soraq verdi,
Araza döndü,-
Bağrımın başına basdığım
şeir.
Damla işartısı, ay işığıydı,
Sevinclə nisgilin qarışığıydı.
Saflıqdan söz açan
haqq aşığıydı,-
Şəklini sinəmdən asdığım
şeir.
Nə ürək sızıltım,
nə sancım idi,
Süfrəmə dad verən qazancım idi.
Sevdalı çağımda dilmancım
idi,-
İlk dəfə bir qıza yazdığım
şeir...
İsmayıl
İMANZADƏ
525-ci qəzet.-
2014.- 11 dekabr.- S.8.