Azərbaycan xalçalarına Qərb yanaşması

 

 

Azərbaycan Xalça Muzeyində "Azərbaycan xalçalarına Qərb yanaşması" mövzusunda mühazirə kursu keçirilir. Muzeydən AzərTAc-a bildirilib ki, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan kurs Qərb tədqiqatçılarının xalçalara yanaşmalarının əsas tezislərini üzə çıxarır.

 

Azərbaycan auditoriyası üçün təşkil olunan mühazirə kursunu Florensiyadan Şərq xalçaları üzrə mütəxəssis kolleksiyaçı, İCOC (Şərq xalçaları üzrə beynəlxalq konfrans) təşkilatının akademik komitəsinin sədri Alberto Boralevi aparır.

 

Mühazirə kursu əsasən Azərbaycan Xalça, Milli İncəsənət, Milli Azərbaycan Tarixi muzeyləri, eləcə Turizm İnstitutu, Dövlət Rəssamlıq Akademiyası, Mədəniyyət İncəsənət Universitetinin müəllim tələbələri, toxuculuq ya xalça ornamentləri ilə işləyən mütəxəssislər, dizayner rəssamlar üçün nəzərdə tutulub. Mühazirələrin mövzusu xalça tarixi, onun müəyyənləşdirilməsi üçün əsas texniki göstəricilər, xalçalarımızın naxışları, Qərb Azərbaycan tədqiqatçılarının xalça təsnifatlarında fərqlər, muzeyşünaslıq məsələləridir.

 

Azərbaycan Xalça Muzeyi ilə 30 ildən çoxdur ki, əməkdaşlıq edən A.Boralevi xalça sənətimizin beynəlxalq miqyasda təbliği ilə məşğuldur. O, Azərbaycan Xalça Muzeyinin müxtəlif illərdə təşkil etdiyi beynəlxalq simpoziumların iştirakçısıdır.

 

A.Boralevi 2008-ci ildə muzeyin əməkdaşlarına Roma Florensiya muzeylərini ziyarət etmək orada Azərbaycan xalçaları ilə tanış olmaq şəraiti yaradıb. 2013-cü ildə Azərbaycan Xalça Muzeyinin A.Boralevinin təşkilatçılığı ilə Qəbələ, Şamaxı Şəkidə beynəlxalq xalça turu keçirilib.

 

Bunun nəticəsidir ki, Azərbaycan Xalça Muzeyinin kolleksiyası dörd nadir Azərbaycan xalçası, o cümlədən XVII əsrə aid əvəzolunmaz kompozisiyaya malik "Əjdahalı" xalça ilə zənginləşib. Bunlardan ikisi A.Boralevinin şəxsi kolleksiyasından alınıb, digər ikisi isə ABŞ-ın Şərq xalçası toxuculuğu üzrə Çikaqo cəmiyyətinin üzvü, mərhum Qrover Şiltsin kolleksiyasından hədiyyə edilib.

 

"Azərbaycan xalçalarına Qərb yanaşması" mövzusunda mühazirə kursu dekorativ-tətbiqi sənət sahəsində beynəlxalq əlaqələrin muzeyşünaslığın inkişafı üçün növbəti layihələrin keçirilməsində böyük əhəmiyyət kəsb edir.

 

Mühazirə kursu dekabrın 12-dək davam edəcək.

525-ci qəzet.- 2014.- 11 dekabr.- S.7.