Niyazinin əsərləri Londonda səsləndirilib

 

 

"Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində görkəmli dirijor bəstəkar, Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyova həsr edilən konsert olub.

 

Konserti Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, Prezident mükafatçısı dirijor Yalçın Adıgözəlov idarə edib.

 

Londonun məşhur "Barbican" incəsənət mərkəzində təşkil edilən musiqi gecəsinə, diasporumuzun təmsilçiləri, yerli xarici ictimaiyyətin nümayəndələri daxil olmaqla, çox sayda sənətsevər qatılıb.

 

Azərbaycan mədəniyyətinin, musiqisinin incəsənətinin dünyada özünəməxsus yer tutduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran "Buta" İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev böyük dirijor bəstəkar Niyazinin zəngin yaradıcılığı haqqında məlumat verib.

 

Bildirilib ki, klassik musiqimizin banisi Üzeyir Hacıbəylinin davamçısı olan Niyazinin interpretasiyalarında klassik müasir əsərlər daha dolğun, ifadəli, yüksək temperamentdə səsləndirilib. Onun repertuarında Qərbi Avropa, rus klassiklərinin müasir xarici bəstəkarların əsərləri xüsusi yer tutub. Azərbaycanda peşəkar dirijorluq məktəbinin formalaşmasında inkişafında böyük xidmətləri olan Niyazi "Rast" simfonik muğamının, "Xosrov Şirin" operasının, "Çitra" baletinin, bir sıra simfonik əsərlərin, kamera instrumental musiqilərinin romansların müəllifidir. Dünya şöhrətli musiqiçi onlarla xarici ölkədə Azərbaycan musiqisini yüksək səviyyədə təmsil edib.

 

N.Piriyev çıxışının sonunda Niyazi sənətini London auditoriyasına gətirməkdən qürur hissi keçirdiyini ifadə edib.

 

Konsertdə Britaniyanın məşhur "Royal Philharmonic Orchestra"sının ifasında klassik Qərb, Azərbaycan milli musiqiləri Niyazi repertuarından müxtəlif əsərlər səsləndirilib. Azərbaycanlı musiqiçi Selcan Nəsiblinin (soprano) ifasında "Arşın mal alan" operettasından "Gülçöhrənin ariyası" Niyazinin "Arzu" romansı, gənc skripkaçı Nəzrin Rəşidovanın ifasında "Muğamsayağı" əsəri dinləyicilərdə böyük maraq doğurub.

 

525-ci qəzet.- 2014.- 12 dekabr.- S.7.