Yazıçı Günel Anarqızı ilə görüş keçirilib

 

  Bugünlərdə Bakıdakı 193 saylı tam orta məktəbdə, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun xətti ilə, yazıçı Günel Anarqızı ilə məktəbin şagird və müəllim kollektivinin görüşü olub.

 

Orta məktəbin direktoru Rəhim Hüseynov rəhbərlik etdiyi məktəbdə belə görüşün keçirilməsini yüksək qiymətləndirib və hər ay milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlərin keçirilməsini planlaşdırdığını qeyd edib.

 

Azərbaycan Yazıçılar Birliyi Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru şair Nazim Əhmədli və məktəbin ədəbiyyat müəlliməsi Kəmalə Babayeva Günel Anarqızının yaradıcılığı haqqında məlumat veriblər.

 

Sonra G. Anarqızı əsərlərindən parçalar oxuyub. Məktəbin şagirdləri G. Anarqızının əsərlərindən parçalar söyləyiblər. Yazıçının "Qarabağ hekayələri" adlı diskindən "Oğluma məktub" əsəri ekranda göstərilib. 

 

Daha sonra müəllim və şagirdlərin suallarına cavab verən G. Anarqızı öz kitablarını məktəbin kitabxanasına bağışlayıb, iştirakçılarla xatirə şəkilləri çəkdirib.

 

SAMİRƏ

525-ci qəzet.- 2014.- 12 dekabr.- S.7.