Yeni Azərbaycanın memarı

 

 

Ötən il Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı respublikanın orta məktəb şagirdləri arasında elan olunan yazı müsabiqəsində H.Əliyev adına liseyin 10-cu sinif şagirdi Fidan Rəhimli ilk üç yerdən birini tutmuşdu. Qəzetimiz Fidanın həmin yazısını özünün bəzi yeni əlavələri ilə Ulu öndərin anım günündə dərc edir. Xatırladaq ki, F.Rəhimli Azərbaycan dili ədəbiyyat fənni üzrə ölkə məktəbliləri arasında keçirilən Respublika olimpiadasının qalibidir.

 

Ən böyük şəxslər özündən çox mənsub olduğu milləti düşünən, onun varlığının xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır.

 

Atatürk

 

Heydər Əliyev haqqında - Azərbaycan xalqının ən çətin günlərində onu girdablardan qurtaran bir rəhbər haqqında yazıya hazırlaşarkən çox kitablara baxdım. Gördüm ki, bu böyük İNSAN haqqında ən böyük alimlərin, siyasət adamlarının, yazıçı jurnalistlərin ərsəyə gətirdiyi xeyli kitab var. Bu kitabların çoxuna internet portallarında baxdım. Amma mənim alim babamın da böyük kitabxanası var o böyük kitabxananın bir bölümü Heydər Əliyevə həsr olunmuş kitablardan ibarətdir. Bu çoxsaylı kitablardan biri Səlahəddin Xəlilovundur. "Lider. Dövlət. Cəmiyyət". Mən bu kitabı çox sevdim. Çünki bu kitab mənə liderliyin, dövlətçiliyin cəmiyyətin mahiyyətini öyrətdi. Mən Türkiyənin türk xalqının xilaskarı Atatürkün yazıma epiqraf seçdiyim fikirlərini o kitabdan aldım. Həm Atatürkün, həm mənim Heydər babamın fikirlərinin bir-birini necə tamamladığı məndə qəribə bir heyrət yaratdı. Lap gənc yaşlarında xalqa, vətənə, millətə xidmət inamı ilə yaşayan Heydər Əliyevin həyat yoluna nəzər salan ən böyük dünya siyasətçiləri onun haqqında dünyanın ən xoş sözlərini demişlər: "Bu gün Azərbaycanı idarə edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir" (Z.Bzejinski); "Azərbaycanda varsa, hamısı Heydər Əliyevin xidməti sayəsindədir." (Süleyman Dəmirəl); "Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan firavan gələcəyin bünövrəsini qoymaqdadır." (Bill Klinton); "Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindəndir". (Çingiz Aytmatov); "Ulu Tanrı Azərbaycan xalqının taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə biləcək, bütün düyünləri açmağa qadir olan böyük şəxsiyyət qismət edib". (M.Rastrapoviç). Dünyanın böyük elm, sənət, siyasət xadimlərinin Heydər Əliyev haqqında yüzlərlə belə fikirləri var. Bu fikirlər böyük rəhbərin xalqa xidmət yolunda göstərdiyi şücaətlərdən doğmuşdur.

 

Tale elə gətirib ki, mən xalqımızın bir səslə "Ulu Öndər", "Ümummilli Lider", "Böyük İNSAN" s. epitetlərlə qiymətləndirdiyi bu şəxsiyyətin unudulmaz adını özündə daşıyan bir məktəbdə - Heydər Əliyev adına liseydə oxuyuram. Hər səhər məktəbimizin həyətinə ayaq basanda onun lövhədəki adı qarşısında dayanıb düşünməmək olmur. Belə anlarda Ulu Öndərin birbaşa bizə - lap elə sanki bu məktəbin şagirdlərinə ünvanladığı sözləri xatirlamamaq olmur: "Milli vətənpərvərlik prinsipi, gərək, körpəlikdən hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun". Ümummilli Liderimizin bu fikrini bizə Azərbaycan tarixinin yaxın keçmişdəki acı günlərindən, xalqımızı imperiya qüvvələrindən, erməni hücumlarından xilas edərək bugünkü xoşbəxt çağa yetirən Heydər Əliyevin xidmətlərindən danışan tarix müəlliməmiz dəftərimizə yazdırıb.

 

Liseyimizin Heydər Əliyevin adını daşıması bizim üzərimizə böyük vəzifələr qoyur. Liseyimizin direktoru, ürəyində işində Heydər Əliyev amalını yaşadan Fikrət Xəlilov bizə tez-tez xatırladır ki, biz onun yolunu tutmaq, onun tövsiyələrinə əməl etmək üçün, bəlkə, onu hamıdan artıq öyrənməli, ona bənzəməyə çalışmalıyıq.  Təvazökarlıqdan uzaq olsa da, demək istərdim ki, biz liseyimizin adını doğrulduruq. Hər il bizim liseyin buraxılış sinfinin şagirdləri hamılıqla ali məktəblərə daxil olur. Mən özüm bir sıra respublika olimpiadalarının qalibiyəm oxuduğum illərdə heç vaxt əladan aşağı qiymət almamışam.

 

Hələ aşağı sinifdə oxuyanda bu "Ümummilli Lider" ifadəsini yaxşı başa düşmürdüm. Yuxarı siniflərə keçdikcə, Azərbaycanın azadlıq, inkişaf yolu barədə müəllimlərimizin dərsdəki fikirlərini dinlədikcə, elmi kitablara bələd olduqca anladım ki, Ümummilli Lider bütün xalqın, millətin bütün Vətən övladlarının özünə rəhbər bildiyi, pənah gətirdiyi, ölkənin yaralarına məlhəm qoyub onu sağaldan, Azərbaycanı dünya miqyasına çıxaran bir şəxsiyyətə verilən ən etibarlı addır. Heydər Əliyev bu şərəfli adı qazanmış bir insandır. "Ümummilli Lider" adını bu böyük şəxsiyyətə xalq verib. O xalq ki, Heydər Əliyev ömrünün bütün şüurlu illərini onun xoşbəxtliyinə həsr edib. Azərbaycanın keşməkeşli tarixini yaxşı bilən alim babamın sözündən-söhbətindən, çoxsaylı kitablardan öyrənmişəm ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinə hələ Sovet dövründə inanan, onu uzaqgörənliklə hiss edən bir rəhbər olub.

 

Heydər Əliyev xalqımızı çətin sınaqlardan - xaos hakimiyyət davalarından, arxasındakı güclü dövlətin silahına güvənən Ermənistanın hücumlarından, ölkəni parçalanmaya sürükləyən daxili qüvvələrdən, aclıqdan səfalətdən çıxarıb müasir, xoşbəxt günlərə gətirmiş bir rəhbərdir. Onun haqqında qiymətli fikirlər söyləyən xarici siyasətçilər dövlət xadimləri məhz bu xidmətləri nəzərdə tuturlar.

 

Heydər Əliyevi həm müasir Azərbaycanın memarı adlandırırlar. Bu da təbiidir, çünki Qazaxıstan prezidenti N.Nazarbayevin dediyi kimi "Heydər Əliyevin coşqun fəaliyyəti sayəsində bu gün dünyada tanınan, qəbul edilən bir Azərbaycan vardır". Onun sayəsində tamamilə yeni bir Azərbaycan yaranmışdır ona görə Heydər Əliyev bu yeni Azərbaycanın memarıdır.

 

Heydər Əliyev özündən sonra böyük bir irs qoyub getmişdir. İndi bu irsi qoruyan onu davam etdirən qiymətli bir varis - Azərbaycanın Prezidenti İlham Əliyev Azərbaycanı daha uca zirvələrə aparır. Azərbaycanın inkişafı xarici dövlətləri heyrətləndirir. "Avrovizion" mahnı müsabiqəsinin, Avropa Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi ölkənin yeni inkişafının göstəricisidir. Bütün bu inkişaf uğurlar Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycanın tükənməyən dövlətçilik, idarəçilik, ideya sərvətidir. Onun qoyub getdiyi bu mənəvi sərvətlər Azərbaycanın müstəqilliyinin inkişafının əbədi qarantıdır. Onun ən böyük mükafatı isə xalq sevgisi, ümumxalq məhəbbətidir. Bu fikri Ümummilli Liderimiz özü daha yaxşı ifadə etmişdir: "Mənim üçün xalqın mənə göstərdiyi etimaddan etibardan yüksək mükafat yoxdur. Başçılıq etdiyim ölkədə mən özüm üçün başqa bir mükafat görmürəm".

 

Müstəqil dövlətimizin banisi, dövlət bayrağımızı uca göylərdə dalğalandıran, millətlər içində millətimizin imzasını yazan bu böyük İNSANIN keçdiyi həyat yolu bizim üçün Vətəni sevmək, xalqa səmimi xidmət etmək nümunəsidir.

 

Tarix müəlliməmiz bizə belə bir fikir söylədi:

 

- "Tarixdə iz qoymaq hər adama nəsib olmur. Amma ən böyük şəxsiyyətlər tarix yaradanlardır".

 

Müəlliməmiz bunu deyərkən qarşımızda kövrəldi. Yəqin ona görə ki, tarix yaratmış Heydər Əliyev indi həyatda yoxdur. Amma təsəllimiz odur ki, bu böyük İNSANIN, dövlət xadiminin yolu bizim üçün bir məktəbdir biz bu aydın məktəbə görə Heydər Əliyevə minnətdarıq.

 

Fidan RƏHİMLİ

525-ci qəzet.- 2014.- 12 dekabr.- S.4.