Şeyx Nigari Türbəsi
Mir Həmzə
Seyid Nigari (1805-1886) Azərbaycanın Qarabağ bölgəsində
anadan olmuşdur. Həzrət Məhəmməd Peyğəmbərin
soy kökünə yaxın seyiddi.
Şeirlərinin
birində deyir:
... Nəsli
İsmayılsan, əsli ərəbsən,
Ali Məhəmmədsən
və ali nəsəbsən.
Müntəhbasan,
silsileyi-zəhəbsən
Ey Seyid
Nagari, ey Qarabaği.
Araşdırıcılar
yazır ki, Mir Həmzə doqquz yaşında ikən yuxuda
Qarabağlı bir xanıma vurulur, onun eşqilə dillər əzbəri
olan lirik şeirlər yazır. “Nigari” təxəllüsü
də oradan gəlir.
Həmzə
Nigari “Qarabağ xanlığı ... camaatının dini
lideri kimi” Rusiyanın müstəmləkəçilik və
işğalçılıq siyasətinə qarşı
mübarizə aparır. Qafqaz Könüllü Süvari
Alayının komandanı olur. Krım müharibəsi
zamanı /1853-1856/ Rusiya-İran sərhəddini keçib
Qarsa gedir və orada müridlər ilə birlikdə
Osmanlı ordusu sıralarında müharibədə
iştirak edir.
Rus
işğalı törədiləndə vətənini tərk
etməyə məcbur olan Dağıstanlı müsəlmanların
Türkiyəyə köçən hissəsinə Seyid
Nigarinin də təsiri olmuşdur. “... istər həyatdaykən,
istərsə də ölümündən sonra iyirmi-otuz min
civarında insan onun yoluyla gedib”.
Nəqşibəndiyə
təriqətinin tanınmış nümayəndəsi
Nigarinin ədəbi irsi və dini fəaliyyəti İslami dəyərləri
təqib edən Çar Rusiyası və Sovet hakimiyyəti
illərində yasaq edilmişdi.
Azərbaycan
Təhsil Nazirliyinin 2011-ci ildə verdiyi əmrə əsasən
şairin əsərlərinin nəşri və orta məktəblərdə
tədrisi də yalnız Müstəqillik illərində
mümkün olmuşdu.
Nigari
türk və fars dillərində yazdığı iki
divanın, “Nigariyyə” məsnəvisinin və b. qiymətli əsərlərin
müəllifidir. İndi onun qəzəlləri, qoşma və
gəraylıları müğənnilərimiz tərəfindən
oxunur.
Məzarı
Türkiyənin Amasiya Vilayətindəki türbəsində
ziyarətgah yeridi.
1890-cı
ildə Amasiyada müridləri və xəlifələri tərəfindən
inşa olunan, sonralar get-gedə əvvəlki görkəmini
itirən Seyid Həmzə Nigari Türbəsini Şeyxin həmyerlisi,
dostu və yaxın sirdaşı Səfər bəyin qız
nəvəsi xeyriyyəçi Nərminə xanım İskəndərzadə
şəxsi vəsaiti hesabına bərpa və təmir
etdirmiş, abidəyə yeni nəfəs vermişdi.
Təntənəli
açılış mərasiminə mən də dəvət
olunmuşdum. Əsəri də o günlərin təsirilə
qələmə aldım.
Müəllif
“Nərminə
xanım bənzərinə az rast gəlinən bir qədirbilənliklə
Şeyx babasının xatirəsinə sahib
çıxıb... Amasiyaya aid tarixi bir əsərin
yaşadılmasını təmin etdi”.
Əhməd
Özqılınc
İstanbul
“Ey
qızların gözünün, gözünün,
gözünün gözü!”.
Nizaməddin
Babaoğlu
Şeyx Sədi
Ağanın nəvəsi
Amasya –
dağlar qoynunda,
dağlar
bulaqlar qoynunda.
Söz –
məni saxlar qoynunda,
məndən
söz yadigar qalsa.
Tarix, səni
varaqlaram,
nə
var, yadımda saxlaram.
Qələm
ağlar, mən ağlaram,
sinəmdə
mövzular qalsa.
Uçub
tökülsə saraylar
fəğan
eylər illər, aylar
Ondan orda
– iki qatar,
bir
qapı, dörd divar qalsa.
Arxamdadı
dağım-daşım,
istərəm
qaynayım-daşım.
Yanımda
bir yol yoldaşım,
Seyid Həmzə
Nigar qalsa.
Yaş
ötüb, sinədəftərəm,
keçmə,
keçilməz çəpərəm.
Şair,
dilindən öpərəm,
yazdığım
misralar qalsa.
lll
O gün
Qurban bayramının
birinci
qurban günüydü.
Ayların
– sultan ayıydı,
günlərin
– sultan günüydü.
Türk
bayrağı yellənirdi
ucalarda,
dağ başında.
Kölgəsi
– ocaq başında,
Ocaq – məmləkət
içində,
hər
can bir niyyət içində.
Qazanlarda
isti xörək,
ağ
süfrələr, təzə çörək,
Qurban kəsən,
pay paylayan.
Oyan deyir,
bir səs, oyan!
Türkün
millət vəkilləri,
Vəkillərin
lent yazılı
əklilləri
Halyuq bəyin
xoş baxışı,
gülər
üzü, –
uşaq
kimi sevindirir
bizim
uşaq könlümüzü.
Bayrağımız
şax dururdu,
yanaşıydı.
Bayrağımız
bir-birinə
yaraşırdı.
O gün
millət –
Nigaridən
danışırdı.
lll
Seyid Həmzə
Türbəsinin
hər
daşı, kərpici pakdı.
Çölü
pakdı,
içi pakdı.
Yerdə
Məscid –
üstündəki
bir Allahdı.
Daş
yazıdı, kərpic yazı.
Türbəsi
– eşq,
naxışı
– eşq əlifbası
I
İnsan
bir möcüzədi,
bir
nağıldı həyatı.
Yüz il
sonra eşitdim
mən də
bu əhvalatı.
Şeyxin
başına gələn
bir
eşqin təfsilatı.
bir
ömür dastanıdı,
bir
muğam təsnifatı.
Şeyxə
şirin yuxuda
buta
verilir, buta!
Hələ
doqquz yaşında,
kənddə,
bulaq başında
Nigar
adında mələk,
tülə,
şala bürünür.
Şeyx
ayılıb görür, –
iki
candı, bir ürək.
Bir də
nə vaxt o mələk,
yuxusuna
girəcək?!
Bu həsrətlə
o yanır,
oyadırlar,
oyanır.
Yuxu
qaçır gözündən
qaçır
özü özündən
Axtarır,
hanı Nigar, –
cavab
vermir yuxular.
“Ey Seyid
Nigari, ey aşiqi-zar,
Ey əsiri-sevda,
dərdə girifdar.
Bilmədinmi
eylər səni tarımar,
Bəs
neyçün uğradın kuyi-nigara?”
lll
Mədrəsə
günləriydi,
arxada illər,
aylar.
Müəllim
əfəndinin
xanımıymış
o nigar.
Təptəzəydi
o çiçək,
yuxuda
gördüyütək.
Ondan əziz,
müqəddəs,
nə can
varıydı, nə səs.
Nə
yerdə bir yer qızı,
nə
göydə Dan ulduzu.
Nə
hüsnü, nə qaməti
bir
tanrı kəraməti!
Baxışıb
tanıyırlar,
bu seyiddi,
o Nigar.
– Yuxunmu
düşüb yada? –
sual verir
arada.
Şeyxi
də özü görüb,
bu göz
– o gözü görüb.
Yüz
ilin tanışları!
Bir
anın baxışları!
– Can,
Seyidim...
–
Nigarım...
Dünyada
dünyalarım!
Eşqim
– etiqadımsan,
yuxuda həyatımsan,
həyatda
– şirin yuxum.
mənim
sevdalı duyğum!
Nigarı
tapan aşiq,
Söz
tapa bilmir artıq.
Susub
baxır üzünə,
taleyin
güzgüsünə.
Seyid-“Nigari”
olur,
Aydan da
arı olur,
sudan da
duru olur,
Şeyxin
zühuru olur.
İlahi
bir məhəbbət,
dilində
yanğı, həsrət:
“Həbibim,
qan tökər qəmzən
dəmadəm,
bir usanmazmı,
yarar
bağrım, içər qanım,
məgər
bir ləhzə qanmazmı?
... Nəvayi
yar nar eyləməz,
yarılmazsa
yara bitməz,
Deməm
durubanə etməz,
məni
bimar sanmazmı?
Dili sərgəştə
bimayə,
düşübdür
taki sevdayə,
Dəmadəm
karı bigayə
qazanır
ol qazanmazmı?
... Sənə
ey nazənin-Leyla,
mənə-Məcnuni
bir pərva,
bərabərdir
deyən ayə,
məni
görgəc utanmazmı?
Keçər
zülfünlə dövranım,
olar
zövqü firəvanım
uzanar
ömrüm, şu canım,
telintək
Bu uzanmazmı?
Nigari məstü
gipərva,
tutubdur da
məni sevda
Usanmaz
söyləmək ayə,
usanmırmı,
usanmazmı?
Seyid
yazır, haqq deyir,
Haqqa
qovuşaq deyir.
Deyirlər
evlən, şair,
bitsin bu
nalən şair.
Qarabağlı
bu almaz,
yer
üzündə tapılmaz.
Sən də
bir Haqq aşığı,
Gözümüzün
işığı!
Müəllim
əfəndinin
al, – deyən
öz səsiydi.
Dinin divanəsiydi,
Şeyxin
pərəstişkarı.
o sevirdi
Nigarı.
Deyirlər
ki Nigaridən,
cavab gə
lir bədahətən:
Mənə
evlən deyən bədbəxt,
Tanrıya
oxşardı Nigar.
Mən
ki, səndən ayrılmaram,
ayrılan
yollardı, Nigar.
Mənimlə
danışan – Haqdı,
məni
danışdıran – Haqdı
Tanrı
haqdı, Quran haqdı,
qalanı
inkardı Nigar.
Aşiqlərin
nədir bəhsi?
təslimiyyət
mərtəbəsi.
Həllac
Mənsurun “həqq” səsi,
külli-ixtiyardı
Nigar.
Məcnun-Leyliyə
yalvardı,
alıb
ağlını apardı.
“Hər
hüceyrəm – bir Nigardı”,
“Nigari” –
Nigardı, Nigar.
II
O zaman ki,
yasaq oldu,
danıldı
şəriət, Şeyxim, –
səni
sevdi, səndən dedi
o boyda məmləkət,
Şeyxim.
Din, təriqət
gətirmişdin
sən Qafqaza,
Nizamiyə, Füzuliyə
nəzirələr
yaza-yaza.
– İzləyirdi
məni başqa
bir dinpərəst.
Millətə
qəsd,
İslama qəsd,
tarixə qəsd!
Peyğəmbəri
dünən səlib
yürüşüylə
hədələyən, –
Peterburqda
–
“İstanbul mənimdi!” –
deyən.
Mən
istiqlal istəyirdim,
dilimdə
Krım türkləri.
Döyüşürdüm
at belində,
qorusun
Tanrım türkləri.
“... divlər
aldı bütün ətrafımızı,
qılmadı
bir isri əsma nə əcəb?
Olmadı
milləti İslama kömək,
yetmədi
bir mədəd ayə, nə əcəb?
...
Bulmadıq bir zəfər ayə, nə üçün
yetmədi
nüsrəti Mövla nə əcəb
lll
Ey mənim
Şeyxim, şairim,
ey mənim
Seyid Nigarım!
Qadağalar
ölkəsində, –
gün
işığı görmədin sən,
yad
bayraqlar kölgəsində.
Vətənində
vətənindən
danırdılar,
səni məndən,
məni səndən
danırdılar.
“Həzrəti
Pir dədəmizi”
qovurdular,
pusurdular.
Ölənlər
fəryad içində,
öldürənlər
susurdular.
Tanışları
seçirdilər,
tuturdular.
Şeyxi
“unutdururdular”.
Qohumları
dən kimi
dənləyirdilər,
tərəzinin
hər gözünü
əyirdilər,
Seyidi təkləyirdilər.
Sədi
Ağa yatab getdi
aldığı
dəstamaz üstə.
Oxuduğu
Quran üstə,
qıldığı
bir namaz üstə,
Bu
sürgündən
o sürgünə!
–
kənddə
nəzir-niyaz üstə.
Toyda,
yasda çağırdılar
bu toy
üstə, o yas üstə.
Ağa
getdi din yolunda,
dinsizə
etiraz üstə.
Yuxuları
haram oldu
gecələr
oyaq Seyidə.
Orda da nəzir
dedilər
dustaqlar
dustaq Seyidə.
III
Ey
Füzuli!
Nigari də dərd əlindən
dağa
çıxdı.
Demədilər
“bəxtəvər
yaylağa çıxdı”.
Dedilərki,
Pir Dədəmiz
gedib dağda
yoxa
çıxdı.
Sən
şahidsən Hərtiz dağı!
Seyid səni
xəbər alıb.
Ətəyində
namaz qılıb,
Üstündə
də çadır qurub,
məskən
salıb.
İstəyib
ki, hifz edəsən
onu dağlar!
O
dağlar oğlunu, dağlar!
Yola getmir
dörd fəsilin,
pis qonşular
kimi sənin.
Qoy indi də
dolu töksün,
qar ələnsin,
yellər əssin.
Yolu kəssin,
izi kəssin.
Günəş
doğsun amma bir gün,
aman, dağlar
Dünənki
axşama gülsün
dünən
burda donan, dağlar!
Seyid bir dəstəmaz
alsın,
Nigarini
yada salsın.
Səfər
Ağa, var ol səni
Səfər Ağa.
İsti-isti
çay gətirdin
kənddən dağa.
Sən
qoymadın
samovarı
soyumağa,
od-ocağı
səngiməyə,
mürşüdünü
təntiməyə.
Yel əsəndə
– arxa oldun,
gün
qızanda – cuna kimi
yuxa oldun,
qar
döyəndə – çuxa oldun.
Qardaş
oldun, qağa oldun,
“san”
dedin, sadağa oldun.
Sən
Ağaydın, qul olmadın,
Ağa oldun.
“Dost
yoxdu, dostlarım mənim!”-
deyirdi bir
qoca alim,
qədim
dünya ağsaqqalı.
Mən
çəkdim ki, bu misalı
eşidəsən
Səfər Ağa,
əhsən
sənə, Səfər Ağa!
lll
Şeyx
yollar ayrıcında:
biri – Vətən,
biri – həsrət,
biri ölüm
– Gedim,
qalım?!
Vətən
göyləri qal deyir.
Orda Amasya
çağırır.
burda yurd
yeri qal deyir.
Qarabağın
bulaqları
Məscidi,
piri qal deyir.
Sinəsində
sözün odu,
qələm-dəftəri
qal deyir.
Yuxularda
Nigar xanım,
məndən
ötəri qal deyir.
lll
Göydə
Tanrı, yerdə Millət
üz-üzəydi.
Din, təriqət
üz-üzəydi.
Quran
özü,
ya “türk” sözü
qadağaydı.
Qadağalar
üz-üzəydi.
Səfər
bəy də fikirdəydi,
nə
göydəydi, nə yerdəydi.
Keçməliydi
Şeyx Arazı,
dilində
Tanrı duası.
–
Ayrıla bilmirəm, Ağa,
ağırdı
bunca qəm, Ağa.
İnsanda
dözüm var Ağa,
bir sinə
sözüm var Ağa.
Nə əcəb
dövlət imiş seyri-şikari
Qarabağ,
Nə
gözəl nemət imiş söhbəti-yari
Qarabağ
Rəşqi
müşq-ənbər imiş buyu-qubari
Qarabağ,
Abı
heyvan imiş ənharı-pinarı
Qarabağ.
Kövsəri
Tuba imiş çayı-çinarı
Qarabağ,
Aləmi
cənnət imiş darı-diyarı
Qarabağ.
İndi
bildim nə imiş vəsfi-həzarı
Qarabağ
Yeridir kim
çəkərəm ahu-zarı
Qarabağ.
Dağlayıbdır
məni bir lalə – izarı
Qarabağ
Yandırıbdır
məni bir nari-Nigari
Qarabağ.
–
Qarabağ cənnətdi, Seyid!
qalan yer
qürbətdi Seyid.
İndi
zaman qorxuludu,
adamlar da
kor olubdu,
yuxuludu.
Hər
tindən bir kazak çıxır,
elə
bil yalquzaq çıxır.
Bir də
görürsən itdilər.
şümürdülər,
yezitdilər.
Seyid
bilirdi bunları,
Çarındı
–
kart oyunları.
Orda
çeçen, burda çərkəz,
bizim
Qafqaz ... çoxdu qərəz.
Xalqlar
gördüm bu torpaqda,
istər
unut, istər inan.
Babaları
müsəlmandı,
nəvələri
xristian.
Kart oyunu
–
Çarın
buydu.
Aşıq-aşıq
oynasa da,
Çar
oynasa, qorxuluydu.
–
Danlayardı anam məni,
o ən
şirin röyam məni.
Həmzə,
dəstamaz almamış,
sənə
öyüd verməmişəm.
Həmzə,
dəstamaz almamış,
döşümdən
süd verməmişəm.
Dön bu
yoldan, bax, Allaha.
mən
dönə bilməzdim daha.
Analar səhv
etmir Ağa.
Süddən
gələn söz deyirlər,
nə
deyirlər, düz deyirlər.
Şeyx
Şamil tutulanda,
anam onda,
onda da
girdi yuxuma,
ağladı,
dedim ağlama ...
Görüşümüz
qaldı daha,
təsbehimi
götür Ağa.
çəliyimi,
piyaləmi,
məndən
bir nişanə kimi.
Piyaləmdən
içsən əgər,
o sənə
şəfa gətirər.
Təsbehimi
çəksən əgər,
o məni
sənə yetirər.
Çəliyimlə
gəzə bilsən,
bağlı
bir qapı görməzsən.
Səfər
bəyin dolur gözü,
bu ürəyin
odu-közü
o ürəyi
yandırırdı,
Səfər
bəyi yandırırdı.
Meşə
boyu baxır dağa,
gah
yaxına, gah uzağa.
Vələslərin
boyu uca,
qolu haça.
Baxır
Şeyxin söykəndiyi
bir ağaca.
– Gör,
necə əyilib, Şeyx,
ağacın
özü qibləyə.
Namaz
qılanda görmüşəm,
mən də
danüzü, qibləyə.
Bu,
Tanrı eşqidi, Şeyxim,
dünyanın
üzü – qibləyə!
Səfər
Ağa bir az qəhər
içindəydi.
Möcüzəydi
danışdığı,
özü
də bu möcüzələr
içindəydi.
– At belində
keçdik çayı,
nə bir
atlı, nə piyada –
yoxuydu
bizdən
savayı.
Gördüm
yanır içim-çölüm,
arxa
ölüm, qənşər ölüm.
Şeyxi
bir az qabaqladım,
tez arxadan
qucaqladım.
Şeyx
gülürdü,
mən
ağladım.
Qorxurdum,
Allah saxladı,
qorudu
ruhlar Şeyximi.
Qabaqdan
farslar vurardı,
arxadan
ruslar Şeyximi.
Yer titrədi,
şimşək çaxdı
Seyidi
göylər apardı.
Peyğəmbərin
hüzuruna
Xızır
peyğəmbər apardı.
Yer yoxuydu
yer oğluna,
torpaq
üstə, torpaq altda...
Seyidi biz
tapdıq, Ağa.
Ay-Ulduzlu
bayraq altda.
Dağ
yatırdı bir dağ altda.
Bu
dünya ki, mən görmüşəm, –
Ovidiydən
üzübəri,
istəməyib
şairləri.
Ağa,
gözü götürməyib,
gedənləri
ötürməyib,
qalanları
tanımayıb,
dahiləri,
nadanları
tanımayıb.
İstedada
ağıl verib
bir
ortabab, ya bir naşı.
Vətənsizə
girov qoyub
vətəndaşı.
O zaman ki,
yada düşüb,
təltif olub,
onda da bu
türbələrdə
tərif olub.
Təltifi
də, tərifi də
təhrif olub.
Haqq istəyən
talelərin
haqqı budur.
Hər
haqsızın dalında da
bir
buynuzlu haqsız durur.
Amma tarix!
–
tarix onu
unutdurur.
Tarix sənə
oyan deyir,
qalx deyir,
qalx, dur deyir, dur!
Cəmiyyətin
aynasıdı
deyir sənət.
De, istəyin
nədir şair?
Sən əkdiyin
səndən sonra
bitir fəqət,
bu da bir
taledir, şair.
Nə
yaxşı ki,
Türkiyən var.
Tək
deyilsən, bir hiyən var.
Gedəndə
bir gedən yerin,
orda da bir
gəl, – deyən var.
Bu vətənin
can parçası
bir Vətən
var.
Qaçdın
özündən özünə,
mən sənə
qovuşdum Şeyxim,
sən
özünə.
Paşaların,
sultanların,
məmləkəti.
Hünər
əkir, zəfər biçir
türk milləti.
Unudulmaz
Nuru Paşa
Türkün
misri qılıncını
çəkdi
daşa.
Mehmetçikler
can qoydular
“can” dedikcə.
Azərbaycan-türk
dedikcə,
türk-Azərbaycan
dedikcə.
Görüşümüz
hər
məqamda ziyarətdi.
Türkün
sözü türkdən
türkə əmanətdi.
IV
Mən
dünyanı dərk edəli
heyran qaldım
bir hikmətə:
həqiqətə
yox, Allahım,
fəqət
mütləq bir nisbətə.
İnsan
gedir, ruh qayıdır,
başqa
donda tanış gəlir.
Özünə
oxşamış gəlir
Baxışıyla,
duruşuyla,
gülüşüylə.
Ya əl
verib görüşəndə,
görüşüylə.
Çənəsində
xalı varsa,
o xalıyla,
bəzən
hüsnü, camalıyla.
Deyirsən
ki, elə odur,
ya
qızıdır, ya oğludur,
uzaq-yaxın
qohumudur.
Bəlkə
bəşər nəslimizin
əbədiyyət
qanunudur?!
Allah,
Allah! Yüz il keçir,
Səfər
bəyin əvəzinə, –
Qız nəvəsi
həyat verir
Nigarinin
Türbəsinə.
lll
Nərminədən
Nərminəni
soruşuram.
Şeyxim,
səni soruşuram.
Necə
oldu, Türkiyədə –
Amasyada,
yüz il
əvvəl tikilən bir
abidəni
saldın yada?!
Tək
canınla,
belə nəcib
görkəminlə?
Nigariylə
üz-üzəydin, –
gör kiminlə!
Ötən
bulud, çaxan şimşək
İçindəymiş
çölündəymiş.
Bu
Türbənin taleyitək
bir
xanımın əlindəymiş!
Bu
sevdanın Sirri nəymiş?
lll
Suallarım
heyrətimdi,
sual deyil.
Heyrətim
də hörmətimdi,
başqa
bir qeylü-qal deyil.
Sözüm
sözgəlişi deyil.
Təmir
işi, bərpa işi
hər
qadının işi deyil.
Bu,
xanım yerişi deyil.
Belə zərif,
belə həssas,
belə kübar.
Mən
demirəm, danışırlar.
Südün
halal,
qanın təmiz,
adın pakdı.
Belə
könül açıqlığın
könülləri
açacaqdı.
Sənin
hüsn-camalını
burda
görən gündən bəri,
tərifləyir
hüsn-camal
sahibləri.
Fitnə
öküz qaldırdısa
çiynində tək,
sən
Türbəni qaldırdın ki,
o çökəcək.
Bu
torpağın sən fitnəsiz,
cəsur
qızı!
Yazdın
türkün tarixinə
bizim də türk
adımızı.
Səfər
bəyin ruhu şaddı.
Yenə o
kök, o soyaddı.
Necə
deyim dünya yaddı.
Əvəz-əvəz
olan dünya,
bir
dünya səs olan dünya.
Gedən
dünya, qalan dünya.
Niyə sənə
deyirlər bəs
yalan
dünya?!
Necə
oldu, qərar verdi
sənin
qadın cəsarətin,
Seyid Həmzə
Nigarini
ziyarətin?!
– Qar
yağırdı,
dümağ badam
çiçəkləri.
Amasyada
bizim Ağdam çiçəkləri.
Məni
görüb qış özünü
göstərirdi.
Xoş
üzünü görməmişdim,
boz üzünü
göstərirdi.
Dedim amma,
gərək tapam,
yalvarırdım,
sən hardasan,
Seyid babam?!
Amasiya ...
o da böyük
bir şəhərdi,
vilayətdi.
Gedib
gördüm: bir dalandı,
bir həyətdi,
bir
türbədi.
Yağan
yağış, qopan tufan
içindədi,
yerdən
qalxan, göydən daman
içindədi.
Mən
sevirdim uşaqlıqdan
nağılları, –
daxıl düşdüm, dedim
Allah,
kəs o
qarı.
Ay
işığı, Gün işığı
öpsün
dedim Nigarinin
Türbəsini,
Haqq
eşitdi bəndəsini.
Sən
varağa,
Mən
torpağa
yazdım
şair,Şeyx babamın
nəğməsini.
Özü
mənə dayaq oldu,
Mən nə
vaxt ki, oyaq oldum,
O da o vaxt
oyaq oldu.
Mən
Türbəni söküb-yığdım,
bəzətdimsə,
anacaqdı
bəlkə şair,
məni kimsə
Şeyx
Nigari deyə-deyə,
Bir
Türbə də sən ucaltdın
Seyid Həmzə
Nigariyə.
Mən
ordayam,
Elim-obam
orda hələ,
sağdı
babam orda hələ.
Nigariylə
Nigar hələ
Yüz il
sonra soyumayıb
o samovar
orda hələ.
O
dünya yaşayır hələ, –
əsiri əsirdi
deyir,
kəsiri
kəsirdi deyir.
Pir Dədəmiz
ilahi bir
sirdi deyir.
Dedim:
haqdan gələn vəhydi,
ilham dolu
bir ürəkdi,
yeni sevdan
mübarəkdi.
Durur sənin
“iş paltarın”. –
sadə,
saya bir gödəkcə,
qalın əlcək,
bir də
sənə yaraşmayan
batinkalar.
Sən
qoyduğun kərpicin də
biri “Seyid”,
biri “Nigar”.
“Seyid-Nigar”
dastanıdı
sən
hördüyün şah misralar.
Hünər
qadın hünəridi,
bu
hökmü də zaman verir.
Sən –
Türbəni göstərirsən,
Türbə
– səni nişan verir.
Qazancını
demirəm tək,
İnciyərsən,
çox həssassan, –
Tanrı
versin, sən də qazan.
Öz
hüsnünü,
camalını,
paklığını,
həyatını,
sağlığını
girov
qoydun, həsr elədin.
Türbəni
– bir Qəsr elədin.
daş-divarın
ömrünü də
uzatdın,
bir əsr elədin.
Gələcəyə
salam verdin,
bir də
bir arzu-kam verdin.
Sabah – Qəsr,
Daş dilində
danışacaq
sənin adın.
Yaşa xanım!
Bu torpaqda
mən doğuldum,
sən
yaşadın.
Ömür
boyu çıx qarşıma,
taleyimdə
yaşa mənim.
“Qızların
gözünün gözü!”,
ey Nərminə
Paşam mənim.
İbadət
olsun gərək,
bu qeyrətə
ibadət.
Adətimiz
ibadət,
ibadətimiz
– adət.
V
O torpaq
ki, məscidi,
türbəsi
yoxdu,
orda əzan
səsi yoxdu.
Eşqin
piyaləsi yoxdu.
O qeybdən
gələn səsdi.
Yer hər
yerdə müqəddəsdi.
Ziyarət
yerimiz çoxdu,
ziyarətgah
olan yoxdu.
Məscid
– minbərdi, mehrabdı.
Orda yerə
ayaq basmaq
şair,
özü bir savabdı.
Cındır
Osman, salam qağa,
hardan gəlib
düşdün yada.
Bir
ayağın Qazaxdaydı,
bir
ayağın Amasyada.
Qoy dillərdə
gəzsin adın,
o
yığılan qızılları,
sən
daşıdın
Tanrı
versin əvəzini.
Yoxsa necə
tikərdilər
Seyidlərin
türbəsini.
Amasiya,
Azərbaycan
ya Dağıstan...
həm
yaxındı, həm də uzaq.
Gedib-gəlmək
öz işindi,
asan olmur
baş çıxarmaq
Kimlərlə
üz-üzə oldun? –
özün
bir möcüzə oldun.
–
Dayı, nədir apardığın
eldən-elə?
–Yüküm
qızıl, əynim belə...
İşim
ağır, yolum uzaq,
köməyimə
kim çatacaq!
Düzlüyünə
məhəl qoyan,
əlin
üstə bir əl qoyan
olmadı
heç.
–
Dayı, sən keç.
–
Oğul, amma yıxılmaram,
əyilmərəm,
Cındır
Osman kişi mənəm!
Gülüşdülər,
– Ya dəlidi,
ya da bivec.
–
Dayı, sən keç!
Cındırına
inandılar,
ağlına yox,
o “dayılar”.
Keçdin
rusun,
Osmanlının
kömrüyünü.
Sən
bağladın Cındır Osman,
zaman açdı
bu
düyünü.
Qazaxda
Mahmud əfəndi
eşitdi,
güldü, bəyəndi,
səndən
ötrü qəhərləndi.
“Cındır”
sözü hallandıqca
dəyərləndi.
Kim ki, sənə
cındır deyir,
batır
mənə nizə kimi.
İpək
üstə toxudardım
“cındırını”
bəzək kimi.
Sən
cındıra bükdün Osman,
paklığını,
düzlüyünü
Biz də
gördük astarını
“üzlüyünü”.
Adam da
var, Osman qağa,
cındırını
bükür amma
o paklığa.
Nə
vicdana sığan şeydi,
nə namusa.
Yəqin
mən də əl çalmışam
o dəyyusa
VI
Seyid Həmzə
Türbəsində,
axşam,
bayram süfrəsində
dünyagörmüş
bir ağsaqqal,
aldı-yatdı
məni dərhal:
– Elə
ki bir bayram gələr,
anam məni
çimizdirər,
geyindirər,
şirin-şirin
dindirərdi,
ziyarətə
göndərərdi.
Dərs
ilimiz başlayardı,
məktəbə
– dərsə gedərdik.
Əvvəl
Seyid Türbəsinə –
verib səs-səsə,
gedərdik.
Babamın
da əllərindən
öpmək
üçün,
ziyarətə
gedərdim mən
elə o gün.
Toyda-yasda
unutmazdıq
ziyarəti,
babamızdan,
nənəmizdən
bizə
qalan bu adəti.
Azad deyilsə
bir dövlət,
nə mən,
nə sən, nə bir millət
Qıla
bilməz orda cümə
namazını.
Ala bilməz
orda İslam
havasını.
Əxlaqımız
bizim buydu,
günlər
bayramla doluydu.
Ruslar,
sovetlər dəyişdi,
dünya
birtəhər dəyişdi,
bizim adətlər
dəyişdi.
Elə
ki, adət də itir,
dalınca
millət də itir.
Amasyada mən
gördüyüm
bu toy
–düyün,
Türbənin
bərpası deyil,
adətin
də bərpasıdı.
Əxlaqın
da, bu əxlaqa
hörmətin
də bərpasıdı.
Geriyə
yox, irəliyə, –
Seyid Həmzə
Nigariyə,
özümüzə
qayıdışın
bərpasıdı.
Sizdən
bizə,
bizdən
sizə qayıdışın
bərpasıdı.
Bir
könlü ki, xoş elədin,
o
Tanrıya ibadətdi –
Könüllərə
ziyarət də,
Mədinəyə,
ya Məkkəyə
ziyarətdi.
Mən
bilmədim, məni belə
ovsunlayan, –
o
qocaydı,
ya səniydin,
Azərbaycan.
lll
Deyirlər
ki, Şeyx Nigari,
ölümündən
bir az qabaq,
fikri iti,
baxtı oyaq
bir nəfəri
göndərib
ki, Qarabağa, –
oğlunun
bir köynəyini
dəfn
eləsin o torpağa.
“Əslimizi
soruşsalar,
qəbrimizi
nişan verin”.
Pul-para da
veribdi ki,
Qarabağda
ehsan verin.
Bir az
torpaq istəyibdi,
bəs eyləyər,
–
deyib o da.
Öz qəbrimə,
Amasyada
basdırdığım
oğluma da ...
lll
Mənim
Tanrım!
Mənim
ulu Peyğəmbərim!
Seyidlərdən
– seyidlərə
istəyirəm
salam deyim.
Şeyx Sədi
Ağam deyim.
Səfər
bəyə bəyim deyim.
Mir Cəlalı
doyunca
dinləyim deyim.
Bakıda
Mir Möhsün Ağa! –
o torpağa,
üzümü
söykəyim deyim.
Məni
Çərcis peyğəmbərim
çağırmışdı
Beyləqana.
Orda ona,
dəyim deyim.
Gedim
Mahmud Əfəndini
ziyarət
eyləyim deyim.
Haqq
yolunda haqsız gedən
seyidlərim,
şəhidlərim!
Sizsiz qalan bu dünyaya
heç
bilmirəm,
nəyim
deyim?!
Epiloq əvəzi
Seyid,
türbən mübarək,
zəvvarların
gələcək
Burda bir
ruh, bir ürək
üzbəsurət
danışır.
lll
Mir Həmzə
Nigaridən,
nigaran
olma Vətən.
Şairin
taleyindən
indi millət
danışır.
lll
Var ol ulu
yaradan,
seçdin
ağı qaradan.
Yanılma,
tarix yazan,
o təriqət
danışır.
lll
Amasya
torpağında,
Mövlana
sorağında.
bu ana
qucağında,
mehr-ülfət
danışır.
lll
Əzizim,
mehribanım,
oyat məni,
oyanım.
Seyid, Nərminə
xanım
bir rəvayət
danışır.
lll
O deyir:
yarın mənəm,
son
yadigarım mənəm.
Seyid,
Nigarın mənəm,
Ruh, şəriət danışır.
lll
Açdım, bükdüm, bələdim,
köhnəni təzələdim.
Gül üstə gül ələdim
bunu ümmət danışar.
lll
Ruhun-ruhumda Şeyxim,
gördüm yuxumda Şeyxim.
Mənim ahımda Şeyxim
bir səadət “danışır”,
lll
Dağlara çən düşəndə,
sünbülə dən düşəndə
ruhu bədəndən oynar
yadına sən düşəndə.
lll
Eşqdi, ülfətdi dünya,
Eşqsiz qeybətdi dünya.
Demək, zülmətdi dünya,
Demək zülmət danışır.
Türkiyə
Amasya, – Bakı. 2014
Nəriman HƏSƏNZADƏ
525-ci qəzet.-
2014.- 13 dekabr.- S.28-29-30.