Müasir İncəsənət Muzeyində
Səbinə Şıxlinskayanın “İllüziyalar”ı sərgilənir
Bakı Müasir İncəsənət
Muzeyində Əməkdar
rəssam Səbinə
Şıxlinskayanın işıq
və video installyasiyalarından
ibarət “İllüziyalar”
adlı fərdi sərgisinin açılışı
olub.
Bakı Müasir İncəsənət
Muzeyinin kuratorial direktoru, “YARAT” Müasir İncəsənət Məkanının
təsisçisi və
rəhbəri Aida Mahmudova
tədbiri açaraq toplaşanlara minnətdarlığını
bildirib və Səbinə Şıxlinskayanın
yaradıcılığından söhbət açıb. A.Mahmudova qeyd
edib ki, S.Şıxlinskaya Azərbaycanın
ən istedadlı rəssamlarından biridir,
uzun illərdir ki, müasir konseptual və multimedia sənəti sahəsində
işləyir.
Muzeyin kuratorial
direktoru bildirib ki, Səbinə Şıxlinskayanın işləri
dünyanın bir çox ölkələrinin
özəl və muzey kolleksiyalarında nümayiş etdirilir və saxlanılır.
Səbinə Şıxlinskaya çıxışında
Aida Mahmudovaya, muzeyin əməkdaşlarına və
“İllüziyalar” sərgisinin
təşkilinə kömək
göstərənlərə təşəkkür edib. Rəssam layihənin
uğur qazanacağına
əmin olduğunu bildirib.
“İllüziyalar” sərgi
layihəsi müasir cəmiyyət nümayəndələrinin
əksəriyyətinin ən
geniş yayılmış
arzu və istəklərini alleqorik formada əks etdirən yeddi işıq və video installyasiyasından ibarətdir:
“Hakimiyyət”, “Şöhrət”,
“Azadlıq”, “Seçim”,
“Xoşbəxtlik”, “Üfüqlər”,
“Təbiət”.
Sərginin konsepsiyasının əsasını
insanın mənəvi
dünyası məsələlərini
və insanla cəmiyyət arasında qarşılıqlı münasibətlərin
müxtəlif cəhətlərini
araşdıran məşhur
fəlsəfi dilemması
üzərində rəssamın
düşüncələri təşkil edir.
Psixoanalitik və filosof-freydomarksist Erix Fromm əsərində
yazır ki, sənaye dövrü başlayanda bəşəriyyətin
hədsiz xoşbəxtlik
və azadlıq, maddi bolluq və
təbiət üzərində
hökmranlıq istəkləri
maksimum həddinə çatıb. Güman edilirdi ki, qeyri-məhdud istehsal qeyri-məhdud istehlaka səbəb olacaq. Amma bütün bunlar yalnız müasir cəmiyyətin materialist cəmiyyət
olmasına gətirib çıxardı. İndi cəmiyyət
sadəcə “olmağı”
deyil, “sahib olmağı”
üstün tutur.
Neon rəssam tərəfindən
müasir reklam sahəsində geniş tətbiq olunan, öz işıq və rəng effektləri ilə istehlakçını cəlb
edən bir material kimi seçilib. “İllüziyalar”
layihəsində müasir
cəmiyyətdə maddiyyat
səylərinin cazibədarlığına
və populyarlığına
tənqidi və bəzən ironik rakursdan bədii nəzər salmaq vəzifəsi qarşıya
qoyulduğundan neon material kimi
təqdim olunan kompozisiyaların vizual və məna “İllüziya”sına tam uyğun
olduğunu təsdiqləyib.
Tədbirdə mədəniyyət və
incəsənət xadimləri,
KİV-lərin nümayəndələri
iştirak ediblər.
Sərgi
2015-ci il yanvarın 2-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 13 dekabr.- S.17.