Yarpaq tökümü
və yaxud Düşüncələrim...
“... İnsan öz kədərini bölüşəndə
- kədər kiçilir,
Sevincini
bölüşəndə - sevinc böyüyür...”
lll
Bir Ağsaqqal Dostumuzun sözüdür: Birinə dedi ki, sən elə
bir nəsildənsən
ki, yaxşısından
yaxşısı yoxdur,
pisindən də pisi...
lll
Etdiyin Yaxşılığı yadında
çox saxlamasan yaxşıdır...
lll
Qabaqda gedirsənsə , təhlükə həm də... arxadadır...
lll
Boyu dartmaqla ucaltmaq olmaz!..
lll
Çörəyi Allah mədəsi olana yox, ÜrƏyi
olana verir...
lll
Söz qurudan boğazı su isladar, amma
açmaz...
lll
Sən özünü güzgüdƏ
də görə bilmirsən?!.
lll
Hər mƏrd savab yiyəsi olmur...
lll
Ovucun içində nə ləl qalır, nə də sirr - nə vaxtsa ovcun özün
kimi açılıb
töküləcək...
lll
Ayırd
et və ayıq ol: bu təzim
sənədir, yoxsa kürsünə?..
lll
Yatanda da oyaq yat, bəlkə səni oyadan olmadı...
lll
QƏrib
dərdli yaşar, dərdli
də ölər...
lll
Özün qazanmadığın kürsü səni qaldırmayacaq...
lll
Uzanan dırnağın da artıq deyil, hərdən... gərəyin
olur
lll
Ən böyük varın - çiynin üstündəki
başındır, ən
son qazancın -
mədəndəki tikən...
lll
HƏyat
oyundur, amma Əsl dost nə bir-birilə oynar, nə də bir-birinə qarşı...
lll
Böyründən biganə keçəcəyin
və tanımadığın
adamla nə vaxtsa qarşılaşa bilərsən, sənə
yaxşılığı və pisliyi keçə bilər. Vaxtı -Vədəsi var...
lll
Deyirlər tək əldən
səs çıxmaz,
bəs üzə dəyəndə çıxan
səs nədir?
lll
Özünü çaşdırma, əyilən yükün bəndənin yox, Allahın
əlindədir...
lll
Paxıllıq elə yaradır
ki, nə qədər örtsən də, qanayıb açılacaq...
lll
Əlini
açmayanın əlini
açarlar...
lll
İnsanın böyüklüyü boyunda deyil, ürƏyindƏdir...
lll
Gözlərini sıxıb ağlayarsan, ürəyini tutub ağrıyarsan.
lll
Coşqun
və emosional
İNSAN qəzəbli olar,
amma kinli ola bilməz...
lll
Hər ölənin son vƏsiyyƏti
səmimi olmur
- bunu diriykən fikirləşməliydin...
lll
Pislik etdiyindən yox, yaxşılıq və yaxınlıq etdiyin kəsdən gözləmədiyin
Xəyanət və Zərbə səni yandırar...
lll
Ucalıqdan yox, Böyüklüyündən
duya bilirsən...
lll
ƏyilmƏyin - qalxmağın üçündürsə, şərəf
gətirməz...
lll
Dolana-dolana, sallana-sallana, fırlana-fırlana
yaşamağa nə lüzum var, ay Allah bəndəsi?!
lll
Ürəyin də "büdcəsi" var və bədəndə ən çox qidalanan da ürəkdir - yaxşı duyğular qidalandırar, pislər yeyər...
lll
Yatanda uzanırsan, yeriyəndə
durursan - ömürdür - biri geriyə, digəri irəli aparır.
lll
Nədəndir belə, ən çox qorxan SƏsindir?!.
lll
Küləklər əsməsə kainat
səslənməz, dünya
kar olar...
lll
Evində
böyüdüb əzizlədiyin
Qızın başqa evdə yaxşı Gəlin ola
biləcəkmi? Bax, bu, TALEYİN düsturu və sualıdır...
lll
Güzəşt limiti bitəndə
Qəzəb sel kimi coşar...
lll
Vəd verəndə unutma ki, vədəsi də olacaq...
lll
Etdiyin yaxşılıqlar rəfə
yığılan kitab kimidir: vədəsi yetişəndə
oxunacaq...
lll
Hər hansı bir şahid - istər dili olsun, ya
lal - fərq etməz - şahiddir....
lll
Uzadılan söhbət mütləq
çürüyəcək...
lll
Kiminsə başına fəlakət
gəlirsə, özünü
onun yerinə qoy və dərdini
başa düş, səndən ötüb yan keçəcək.
lll
Özünü öyən, gözünü
döyən - hər ikisi sabun köpüyüdür,
gərəksizdir...
lll
Ağzının tamını bilməyən,
Sözünün də
dadını bilməz...
lll
Qılıncın qəhrəmanlığı heç də sənin gücün deyil !..
lll
Qoltuq altında böyüyən
insan süni yetişdirilən meyvə
kimidir - dadı-ləzzəti
olmur...
lll
Hər Şəxsiyyət yaşadığı
Tarixə və Zamana oxşayır...
lll
Bir-birini
təkzib edən fikirlərlə yaşamırsansa,
deməli, özünü
aldadırsan və özünə də tənqidi yanaşmırsan...
lll
Ağıllı adam özü
uzağa gedə bilməsə də fikirləri gedər...
lll
Artıq
doğulmuşların ölümü fəlakət deyil, bəşəriyyətin
saflaşmasıdır...
lll
Dostum yaxşı deyir: yeznə - "əlavə dəyər vergisidir".
lll
Paxırın açılırsa - axırındır...
lll
İnsan kədərli anlarda özü-özünə daha
çox hesabat verir.
lll
Tənhalıq - bəzən bəlalara
yol açır...
lll
Nə axtardığını bilməyən
kəs heç vaxt heç nə tapmayacaq
lll
Çox
fəallığın ziyanı
da olur
lll
Anam qarğışdan qorxardı, ananın
qarğışı övladı
tez tutar-deyərdi...
lll
Oynadığın adama diqqətlə
bax, bəlkə,
o səni səndən
də yaxşı görür?!
lll
Nadürüstlük Zatdan
gəlir
lll
Niyə
inildəyirsən, yoxsa
bəlanın bəlasını
çəkirsən?!.
lll
Tikənin yekəsi mədədə
qalar...
lll
Qalxa bilmirsənsə, bəs nəyə doğru sürünürsən?!.
lll
Otlar bir rəngdədir - Çiçəklər min rəngdə...
lll
Qəlbin
qüruru - ən böyük Ucalıqdır!
lll
Qonşunun gözü sənin
qapındadır...
lll
Yuxunu qarışdırıb cırıldayan
cırcırama da, yolunu
qazıb, suyunu kəsən qonşu da mərdiməzar nəsildəndir...
lll
Şad-xürrəm yaşadığın
həyatının böyründə
səninlə qarabaqara
gəzən Şeytan
- Paxıllıqdır
lll
Canın
ağrıyanda dünya
faniləşir
lll
Qəlbin
hökmü insanları
çox bəlalara düçar edər...
lll
Ailədə və dostluqda çox şeyin üstünə getməzlər...
lll
Əlin içi bir başqa, çölü bir başqa...
lll
Dözümlülük - - çox-çox bəlalardan səni xilas edəcək...
lll
Çiçəklər çəmənliyi və otları göstərir, gözlər də... Səni...
lll
Gözünü qıyıb baxan adam paxıl olar
lll
Yolçu yolda bir ayağıyla səmt tutar
lll
Hər bir dahi insanın
mütləq bir qüsuru olmalıdır...
lll
Yeriyəndə şəstnən, davranışda
güzəştnən
lll
Görünən yara sağalar, görünməyən yara
qor alar...
lll
Qarşılıqlı olmayan münasibətlər uçqu
verən torpaq kimidir...
lll
Fərqlilik - paxıllıq gətirər
lll
Günlər - saymaq üçündür...
Lakin hərə bir cürə sayır günlərini
lll
Səxavətin ölçüsü olmur...
lll
Dözüm və Səbr - çətin günlərin yarağıdır
lll
Səni aparacaq ölüm hara?! Səni yaşadacaq
ölüm hara?!.
lll
Sonda Səmimiyyət qalib gəlir, Əzizim!
İmamverdi İSMAYILOV
525-ci qəzet.-
2014.- 16 dekabr.- S.6.