Azərbaycan xalçaları I Ümummoldav xalça yarmarkasında

 

 

Azərbaycanın Moldovadakı səfirliyi iki ölkə arasında mədəni əlaqələrin inkişafı proqramının icrası Azərbaycan incəsənətinin təbliği çərçivəsində I Ümummoldav xalça yarmarkasında iştirak edib.

 

Diplomatik nümayəndəliyimizdən AzərTAc-a bildiriblər ki, yarmarka Moldova Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Kişineuda Moldekspo Sərgi Mərkəzində keçirilib.

 

Yarmarkada Moldovanın ayrı-ayrı əyalətlərinin, kəndlərinin fərdi xalça istehsalçılarının təqribən 50 pavilyonu açılıb. Azərbaycan fəxri qonaq statusu alan yeganə ölkə olub.

 

Azərbaycan səfirliyinin Moldova Azərbaycanlıları Konqresinin səyləri ilə hazırlanan pavilyonumuz istər fəxri qonaqların, istərsə yarmarkaya gələnlərin diqqətini cəlb edib.

 

Burada Azərbaycanın, demək olar ki, bütün xalçaçılıq məktəblərini, o cümlədən Qarabağ, Şirvan, Gəncə, Quba, Qazax-Borçalı, Təbriz s. məktəblərini təmsil edən 20-dək xalça nümayiş etdirilib. Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin peşəkar mütəxəssisləri qonaqlara Azərbaycan xalçaçılığının xüsusiyyətləri barədə ətraflı informasiya veriblər. Azərbaycan xalçalarına həsr olunan kitab albomlar təqdim edilib.

 

Azərbaycan pavilyonuna gələn qonaqlar arasında Moldova Prezidentinin xanımı Marqarita Timofti, mədəniyyət naziri Monika Babuk, ombudsman Aureliya Qriqoriu, xarici işlər Avropaya inteqrasiya nazirinin müavini Valeri Kiver, bir sıra ölkələrin Moldovadakı səfirləri, Moldova parlamentinin deputatları, Azərbaycan diasporunun Moldova ictimaiyyətinin nümayəndələri olublar.

 

525-ci qəzet.- 2014.- 17 dekabr.- S.7.