Azərbaycan xalçaları I Ümummoldav xalça
yarmarkasında
Azərbaycanın Moldovadakı səfirliyi iki ölkə arasında mədəni əlaqələrin inkişafı
proqramının icrası
və Azərbaycan incəsənətinin təbliği
çərçivəsində I Ümummoldav xalça yarmarkasında iştirak edib.
Diplomatik nümayəndəliyimizdən AzərTAc-a
bildiriblər ki, yarmarka Moldova Mədəniyyət
Nazirliyinin təşəbbüsü
ilə Kişineuda Moldekspo Sərgi Mərkəzində keçirilib.
Yarmarkada Moldovanın ayrı-ayrı
əyalətlərinin, kəndlərinin
və fərdi xalça istehsalçılarının
təqribən 50 pavilyonu
açılıb. Azərbaycan
fəxri qonaq statusu alan
yeganə ölkə olub.
Azərbaycan səfirliyinin və Moldova
Azərbaycanlıları Konqresinin
səyləri ilə hazırlanan pavilyonumuz istər fəxri qonaqların, istərsə
də yarmarkaya gələnlərin diqqətini
cəlb edib.
Burada Azərbaycanın, demək
olar ki, bütün xalçaçılıq
məktəblərini, o cümlədən
Qarabağ, Şirvan, Gəncə, Quba, Qazax-Borçalı, Təbriz
və s. məktəblərini
təmsil edən 20-dək
xalça nümayiş
etdirilib. Lətif Kərimov adına
Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin peşəkar mütəxəssisləri
qonaqlara Azərbaycan xalçaçılığının xüsusiyyətləri barədə
ətraflı informasiya
veriblər. Azərbaycan xalçalarına həsr olunan kitab və albomlar
təqdim edilib.
Azərbaycan pavilyonuna gələn
qonaqlar arasında
Moldova Prezidentinin xanımı
Marqarita Timofti, mədəniyyət naziri
Monika Babuk, ombudsman Aureliya
Qriqoriu, xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Valeri Kiver, bir
sıra ölkələrin
Moldovadakı səfirləri,
Moldova parlamentinin deputatları,
Azərbaycan diasporunun
və Moldova ictimaiyyətinin
nümayəndələri olublar.
525-ci qəzet.-
2014.- 17 dekabr.- S.7.