Azərbaycan modelyeri
beynəlxalq müsabiqədə uğur
qazanıb
Moskvada
Rusiya paytaxtı hökumətinin, "Avrasiya qadınlar
forumu" Etnomədəni ənənələrin qorunub
saxlanılmasına dəstək regional ictimai təşkilatının
və Moskva Millətlər Evinin təşkilatçılığı
ilə "Etno-Erato" II Avrasiya yüksək milli geyim
modası müsabiqəsi keçirilib.
Seçim
turu dekabrın 13-də Moskva Millətlər Evində
keçirilib, qaliblərin qala-konserti isə ertəsi gün
Moskva Hökumətinin Böyük salonunda baş tutub.
Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) müsabiqənin
əsas sponsorlarından biri olub.
İlham
pərisini xalq yaradıcılığında axtarmağa
Rusiyanın və MDB ölkələrinin yüzədək
modelyeri cəsarət edib. Modelyerlərin kolleksiyaları
"Ən yaxşı slavyan geyimi", "Müasir geyimdə
etnik motivlər", "Qafqaz xalqlarının ən
yaxşı geyimi", "Ən yaxşı Şərq
geyimi", "Fin-uqor xalqlarının ən yaxşı
geyimi", "Şimal, Sibir və Uşaq Şərq
xalqlarının ən yaxşı geyimi", "Etnik geyimə
retro baxış" nominasiyalarında təqdim edilib.
Qeyd
edək ki, Azərbaycanın Əməkdar İncəsənət
Xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova
və modelyer Orxan Sultan əvvəlki müsabiqənin
iştirakçısı və mükafatçıları
olublar. Builki dəb müsabiqəsində Azərbaycanı gənc
və istedadlı modelyerlər Zümrüd Mirzəliyeva və
Nərgiz İmanova təmsil ediblər. Zümrüdün
kolleksiyası "Müasir geyimdə etnik motivlər"
nominasiyasında ikinci yeri tutub. Mükafatı ÜAK-ın
icraçı direktoru İlqar Hacıyev təqdim edib.
Bakıda
yaxşı tanınan modelyer Zümrüd Mirzəliyeva hesab
edir ki, geyim milli mədəniyyəti hər hansı insana
çatdırmağın ən asan elementidir.
Zümrüdün canlandırdığı obrazlar çox
maraqlıdır. Müəllif rəsmlərindən, milli
geyim elementlərindən istifadə edən modelyer ölkəmizin
tarixini və mədəniyyətini printlərdə təsvir
edib. Onlar basma üsulu ilə hərf şəklində
parçaya köçürülüb və tikmə
naxışlar ilə bəzədilib. 10 paltardan ibarət
kolleksiya tam şəkildə ölkəmizin adını
daşıyır: "Azərbaycan".
"Etno-Erato"
II Avrasiya yüksək milli geyim modası müsabiqəsi
artıq 15 ildir Moskva Hökumətinin dəstəyi ilə
keçirilir. Layihə müxtəlif xalqların mədəniyyətlərinə
inteqrasiyaya, etnomədəni dialoqun inkişafına dəstək
məqsədi daşıyır.
525-ci
qəzet.- 2014.- 17 dekabr.- S.7.