"Böyük ədəbiyyatşünaslıq irsimüasirlik"

AKADEMİK MƏMMƏD ARİF DADAŞZADƏNİN 110 İLLİYİ İLƏ BAĞLI ELMİ KONFRANS TƏŞKİL EDİLİB

 

 Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli tənqidçi ədəbiyyatşünas, akademik  Məmməd Arif  Dadaşzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş "Böyük ədəbiyyatşünaslıq irsi müasirlik" mövzusunda elmi konfrans keçirilib.

 

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ədəbiyyatşünas alimin məzarını ziyarət edib, sonra Akademiyanın foyesində təşkil olunmuş kitab sərgisi ilə tanış olublar.

 

Elmi konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Akademik Məmməd Arifin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" 15 aprel 2014-cü il tarixli sərəncamının geniş mənada ölkəmizdə elmin milli ziyalılığın, ictimai fikrin inkişafına göstərilən dövlət qayğısının parlaq əməli ifadəsi olduğunu bildirən akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan ədəbiyyatşünaslıq elmi haqqında dolğun elmi-siyasi təsəvvür yaradan dövlət sərəncamında akademik Məmməd Arif Dadaşzadənin çoxcəhətli xidmətləri ümumiləşmiş şəkildə səciyyələndirilib. Bildirilib ki, yubiley münasibətilə ölkəmizdə həyata keçirilən tədbirlər, aparılan yeni araşdırmalar, çap olunan əsərlər akademik Məmməd Arif Dadaşzadənin müdriklik müasirlik nümunəsi olan həyatı yaradıcılığının işığında ədəbiyyatın, elmin yeni nəsillərin inkişafına öz töhfələrini verir. Akademik İsa Həbibbəyli qeyd edib ki, akademik Məmməd Arif Dadaşzadə cəmiyyətdə XX əsr Azərbaycan ədəbi tənqidinin nüfuzunu ucaldan, məsuliyyət meyarlarını müəyyən edən alim-şəxsiyyət kimi mötəbər sima hesab edilib. Görkəmli alimin həm əsərlərinə, həm şəxsiyyətinə cəmiyyətdə xüsusi ehtiram göstərilib.

 

Qeyd olunub ki, ədəbiyyatın böyük meyarları haqqında dəyərli fikirlərin müəllifi akademik Məmməd Arif Dadaşzadə yarım əsrdən çox bir dövr ərzində Azərbaycan dünya ədəbiyyatını araşdırıb ümumiləşdirərkən dövrü üçün müdriklik müasirlik nümunəsi ola biləcək bir elmi düşüncə ilə təhlillər müqayisələr aparıb.Onun elmi ədəbi-tənqidi məqalələri təkcə yazıldığı dövrdə deyil, ondan sonra da, indidə yaşayan, istinad edilən, güclü müasirlik imkanlarına malik olan mənbələrdir. Məmməd Arif Dadaşzadə monumental ədəbiyyatşünaslıq sahəsində Azərbaycan elminə böyük töhfələr verib. Görkəmli alim həyatın, cəmiyyətin elmi fəaliyyətin bütün sahələrində təmkinli bir müdriklik müasirlik nümayiş etdirmiş, dünya xalqlarının ədəbiyyatı haqqında elmi qənaətlərini ifadə edərkən bu meyarları nəzərə alıb.

 

Akademik İsa Həbibbəyli xüsusi nəzərə çatdırıb ki, bədii tərcümə ilə məşğul olduğu zaman Məmməd Arif özü tərcümə işinə milli maraqlar baxımından yanaşmağı əsas götürüb: "O, rus dünya ədəbiyyatı klassiklərinin əsərlərini Azərbaycan dilinə tərcümə edərkən böyük idealların, zəruri ictimai-tarixi proseslərin, maarifçi ideyaların xalqa çatdırılmasına diqqət yetirib. Rus dünya ədəbiyyatının nəhənglərindən olan Lev Tolstoyun "Hərb sülh" epopeyasının iki cildinin Azərbaycan dilində nəşri onun tərcüməçilik fəaliyyətinin zirvəsində dayanır. Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin əsərləri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elminin yeni mərhələsinin, müasir ictimai fikrimizin inkişaf yoluna işıq salır".

 

AMEA-nın həqiqi üzvləri Vasim Məmmədəliyev və Tofiq Hacıyev, həmçinin filologiya elmləri doktoru Şirindil Alışanlı görkəmli alimlə bağlı xatirələrini söylədikdən sonra Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli "Akademik Məmməd Arif və Azərbaycan ədəbi tənqidi", Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd "Məmməd Arif Dadaşzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri", filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Akimova isə "Məmməd Arif Dadaşzadə və dünya ədəbiyyatı" mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrdə görkəmli akademikin həyat və yaradıcılığının müxtəlif istiqamətlərinə geniş və əhatəli nəzər salınıb.

 

Tanınmış musiqişünas, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Dadaşzadə çıxış edərək tədbirin keçirilməsinə görə ölkə başçısına və akademiya rəhbərliyinə ailə üzvləri adından dərin minnətdarlığını bildiriblər.

 

Tədbir boyu görkəmli ədəbiyyatşünas alimin həyat və fəaliyyətinin müəyyən məqamlarını əks etdirən slaydlar nümayiş olunub.

 

Ağahüseyn Şükürov

525-ci qəzet.- 2014.- 19 dekabr.- S.2.