Cəfər Cabbarlı sənətinə Nazım Hikmət baxışı

 

 

 

Bu il noyabrın 1-də Xızıda, böyük sənətçimiz Cəfər Cabbarlının 115 illiyinə həsr edilmiş tədbirdə çıxış üçün mənə söz vermədiklərinə görə (nədəni: çıxışçı siyahısında adım olmayıb) sayın professorumuz Asif Rüstəmliyə təşəkkür edirəm. Birincisi, ona görə təşəkkür edirəm ki, böyük ustadımız barəsində demək istədiklərimi yazası oldum. İkincisi , dəyər, şəxsən sənə olan münasibətə görə yox, insanın xalqına, millətinə, sənətinə dəyərli zəhmətinə görə verilməlidir. Bu baxımdan, Cəfər Cabbarlı araşdırıcısı kimi, özü böyük sənətçinin qaranlıqda qalmış məqamlarına işıq saldığına görə təşəkkürlər Asif bəyin halal haqqıdır. Yeri gəlmişkən, Cabbarlının 110 illiyində ona həsr olunmuşOğuz Eli” qəzetininYazıçıadıyla nəşr olunmuş buraxılışında Asif  bəyin böyük sənətçi ilə bağlı yazısından gen-bol istifadə etmişdik.

 

...Gənclik çağlarımda hər dəfə Bakıdan, dünyaya göz açdığım Zəngəzur bölgəsinə gedərkən, dan yeri yenicə söküləndə qatardan encək, Arazın hər iki yanı boyunca sıralanmış, qılınc kimi sıyrılıb göyə dirənmiş, başları yenicə dəymiş tut kimi ağaran qocaman dağları görəndə Cəfər CabbarlınınÖlkəmşeirindəki – “Şiş ucları  buludlarla döyüşən, Dağlarında buzları var ölkəmin  – ilk misraları xatırlamışam. Sonralar ayrı-ayrı vaxtlarda Tərtər, Yardımlı, Gəncəbasar, Zakatala, İsmayıllının... dağlarını görəndə həmin şeirin birinci beyti yadıma düşüb.

 

Neçə-neçə illər öncə Müşfiq Günlərinin birində yolum Xızıya düşəndə oranın yasdı-yapalaq dağlarını görəndə ağlıma gəlib ki, Böyük Cabbarlı Ölkəm deyəndə təkcə doğulduğu gözəl məkanı deyil, Böyük Kiçik Qafqaz sıra dağlarının ətəklərində məskunlaşmış türk elinin geniş ərazisini nəzərdə tutubmuş.

 

Ölkəmşeirindən söz düşmüşkən...  Bu şeirlə bağlı unudulmaz gözəl bəstəkarımız Asəf Zeynallının həmin şeirə bəstələdiyi eyni adlı romansını yeniyetmə yaşlarımdan sevə-sevə dinləmişəm. Ancaq şeirlə romansın ovqatı havasının bir-biriyləuyğun gəlməməsi, uzlaşmamasıuzun illər məni düşündürüb, bir sayaq rahatsız edib. Sovetlər dönəmində orta məktəb dərsliyinə salınmış dördbəndlikÖlkəmşeiri oxucuda şən ovqat, coşğunluq, nikbinlik yaradırsa, eyni adlı romansda, xüsusilə, Bülbülün oxusunda, dinləyici daha çox kədər, qüssə, nisgil duyğularıyla yüklənir. Görəsən, bu kədər, notlara haradan hopub?..

 

Böyük ədibimiz Cabbarlıya həsr olunmuş ayrıca buraxılış hazırlayanda son vaxtlar onun nəşr olunmuş kitablarını gözdən keçirərkən birdən diksindim. Deməyəsən, “Ölkəmşeiri dörd yox,  altı bəndmiş. Sovetlərin gündüz ulduzları seçən, qaranlıqda darı dənləyən gözləri-senzoru (əcaba, beləayıq-sayıqrejimin ömrü, vur-tut, yetmiş ili adlaya bilmədi) şeirdəki son iki bəndin çapına qadağa qoyubmuş. Duyğulu, həssas, son dərəcə hissiyyatlı bəstəçi Asəf Zeynallı həmin şeirdə məhz ixtisar olunmuş bəndlərini, xüsusilə, beşinci bəndin son ikiBir çağ varmış, ölkəm azad yaşarmış, Bu yollarda izləri var ölkəminmisrasındakı həsrət, nisgil, (bunlar, Cəfər Cabbarlının ilk bağımsız, azad, demokratik dövlətimizə olan həsrəti, xiffəti deyildimi?) həm basqılar altında yazıb yaratmış, dustaq həyatı yaşayıb sarsıntılar keçirmiş böyük sənətçinin acı taleyini duyub hiss edərək nostalji ovqatlı ölməz romansını yazıbmış. Ancaq romansdakı musiqinin sirli, mübhəm mənası eyhamıayıq-sayıqgözlərdən keçərək hər vaxt oxunmuşdu.

 

Buraya qədər yazdığımı tədbirdə söyləmək, Xızı camaatına, eləcə Bakıdan gedən qonaqlara qədər çəkici maraqlı olub-olmadığını deyə bilmərəm. Ancaq mənim o tədbirdə mütləq demək istədiyimsə, dünyanın ünlü şair dramaturqu Nazım Hikmətin Cabbarlı sənətinə verdiyi dəyər olacaqdı. Bir var hər hansı elmlər namizədi, yaxud, elmlər doktorunun Cəfər Cabbarlı haqqında fikri, bir var ustad Nazım Hikmətin fikirləri...

 

1957-ci ildə Moskvada teatr, ansambl, xorların ümumittifaq festivalı keçiriləndə Azərbaycan Dövlət Teatrı Cəfər CabbarlınınAlmaz”, Hüseyn MehdininCavanşirpyeslərini göstərib. Nazın Hikmət Moskvada bu pyeslərə baxmış, tamaşalar barəsində çap etdirdiyi “Na spektakle Azerbaydjantsev” (“Teatr”, 1958, 1, str.95) adlı maraqlı məqaləsində CabbarlınınAlmazpyesini Sovet dramaturgiyasının ən gözəl əsərlərindən biri kimi dəyərləndirmişdi. O, məqaləsində yazırdı:

 

“...Bir dəfə Moskvada bir gənc aktyorla söhbət edirdim. O, böyük bir rus artisti haqqında danışaraq deyirdi: Şekspir rollarında oynayan adam kolxoz sədri rolunda oynaya bilməz! – Mən cavab verdim, bu, doğru fikir deyl. Kolxoz həyatının tematikası dramaturqa çox mürəkkəb, gözəl material verir. Kolxoz kəndinin yeni adamlarının xarakterləri, ehtirasları çox zəngin mürəkkəbdir”.

 

Almaz”a baxanda bu söhbət yadıma düşdü. Bu pyes bir daha sübut edir ki, insanlar kolxoz mövzusunda əla əsərlər yazmışlar, yazırlar yazacaqlar. Etiraz edib deyə bilərlər, “Almazpsixoloji, sənədli, məişət pyesidir. Ancaq mənim gənc aktyorla söhbətim Şekspir qəhrəmanlarından gedirdi. Bu etiraza mən belə cavab verirəm.Almazpyesində bir çox qəhrəmanlar öz ehtiraslarına görə Şekspir qəhrəmanlarından çox az fərqlənirlər. Nazım Hikmət yazırdı: “...Mən elə düşünürəm, Şekspir qəhrəmanlarını oynayan o tanınmış rus aktyoru, məsələn, “Almaz pyesindəki qolçomaq surətini çox gözəl oynayardı”.

 

Ünlü şair, Azərbaycan teatrının böyük ustalıqla tamaşaya qoyduğuAlmazpyesinə sevinir, bu pyesi Moskva teatrının səhnəsində görməsini arzulayırdı.

 

...Bir o tədbirdə deyəcəkdim, görünən azman dalğalar böyük çaylarda, dənizlərdə, okeanlarda olduğu kimi, görunməz dalğalar da olur ki, o dalğalar qəfildən yaranıb suları da bürüyür, sonsuz quru çölləri . Ötən yüz ilin ikinci on illiyində Azərbaycanı Dədə Qorqud Turançılıq dalğasıhavası bürümüşdü. Böyük Cabbarlı bu dalğanın içində yazıb yaradır, soy adına əlavə elədiyi “LI” şəkilçisi təkin ölməz əsərlərindəki Aydan arı, Sudan duru obrazlarının adları da (Aydın, Oktay, Dönməz, Gülər, Gültəkin, Sevil...) Dədə Qorqud, böyük Turan ruhundan süzülüb gəlirdi. Bu təmiz, dupduru adlar sonralar artaraq bütün Azərbaycanı bürüdü. Bu adların dərin qatlarında indi böyük Cabbarlı ruhu yaşamaqda... (Bu məqamda, Rəsul Rzanın oğluna verdiyi Anar, AnarınsaDədə Qorqudfilminə əlavə etdiyi Günel adları yada düşür.) Cəfər Cabbarlı tədbirində proqram qaydalarına sadiq qaldıqlarına, nizam-intizam içində, səliqə-səhmanla tədbiri başa vurduqlarına görə Asif  bəy Rüstəmliyə bir daha sağ olun, deyirəm. Sayın professor, sizin, mənim xalqımızın istəklisi, sədləri, ehkamları cəsarətlə vurub dağıdan Cəfər Cabbarlımız var olsun, ruhu şad olsun!

 

Amin.

Azər ABDULLA

 

525-ci qəzet.- 2014.- 20 dekabr.- S.30.