Xalça Muzeyində “Kəlağayım-əlvan örpəyim...” sərgisi

 

 

Azərbaycan Xalça Muzeyində zərif sənət nümunəsi olan kəlağayıları nümayiş etdirmək məqsədiləKəlağayım-əlvan örpəyim...” sərgisi açılıb.

 

Tədbirə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 5-ci iclasının iştirakçıları da qatılıb.

 

Mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva qonaqları salamlayaraq Azərbaycan Xalça Muzeyi burada nümayiş olunan eksponatlar barədə məlumat verib. Xalça sənətinin bizim maddi mədəni sərvətimiz olduğunu qeyd edərək bu sənətin 2010-cu ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb.

 

Nazir müavini bildirib ki, kəlağayı sənəti ilə bağlı nümunələrin təqdimatının bu gün keçirilməsi təsadüfi deyil. Belə ki, noyabrın 24-dən 28-dək keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Azərbaycanın qədim zəngin xalq sənətkarlığının daha bir nümunəsi olan kəlağayıKəlağayı simvolizmi ənənəvi sənətiadı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

 

Heydər Əliyev Fondu, Mədəniyyət Turizm Nazirliyi, Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərləri sistemində adətənənələrimizdə mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqlədi.

 

Xalqımızın başını uca tutan, dünya səyyahlarının diqqətini cəlb edən, alimlərin əsərlərində bəhs olunan Azərbaycan ipəyi uzun illərdən bəri ölkəmizə həm maddi, həm mənəvi fayda verib.

 

Vurğulanıb ki, Azərbaycanın bir çox regionlarında ipək sənəti mövcuddur. Bu sərgidə regionların müxtəlif ornamentli kəlağayıları, həmçinin müasir kəlağayılar nümayiş olunur.

 

S.Məmmədəliyeva qonaqları həm sərgi ilə, həm Xalça Muzeyinin daimi ekspozisiyası ilə tanış olmağa dəvət edib.

 

Sərgidə muzeyinParça, tikmə, geyimkolleksiyasından XIX əsrə aid kəlağayılar, “Şəki İpəkAçıq Səhmdar Cəmiyyətinin, İsmayıllı rayonunun Basqal qəsəbəsindən Rəna İbrahimbəyovanın, rəssam Hüseyn Həsənovun kəlağayılarından ibarətYoladlı kompozisiyası eləcədə gənc dizayner Mənzər Hacıyevanın müəllifi olduğu kəlağayılar nümayiş olunur.

 

Sərgi bir həftə davam edəcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 20 dekabr.- S.17.