Rast. Niyazisənədli filmi təqdim edilib

 

Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Niyazi Tağızadə-Hacıbəyova həsr edilmiş “Rast. Niyazi” sənədli filminin təqdimatı olub.

 

Tədbiri Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli açıb: “Bu layihə çox əhəmiyyətli bir layihədir. Maestro Niyazi böyük dirijor, tanınmış bəstəkar və maarifçi, novator və qeyri-adi dərəcədə ciddi bir insan olub. Gələcək nəsillər milli mədəniyyətin inkişafına töhfə vermiş görkəmli musiqiçiləri tanımalıdırlar”.

 

F.Bədəlbəyli Mədəniyyət və Turizm Nazirliyinə, filmin yaradıcı kollektivinə minnətdarlığını bildirib. Sonra Niyazinin əsərlərindən ibarət konsert olub, “Rast. Niyazi” sənədli filmi göstərilib.

 

Filmin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru Əməkdar incəsənət xadimi Yuri Varnavski, icraçı prodüseri Əlibala Rəhimovdur.

 

Filmin bədii rəhbəri Azərbaycanın Xalq artisti, kinorejissor Eldar Quliyevdir. Filmdə SSRİ Xalq artistləri Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov, Xalq yazıçısı Anar, digər mədəniyyət və incəsənət xadimləri çəkiliblər.

 

Çəkilişlər Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 20 dekabr.- S.17.