“İpəkdə yaşayan
izlər” İstanbulda
sərgilənir
İstanbuldakı “Niş Art” qalereyasında rəssam Tünzalə Məmmədzadə və
tələbələrinin “İpəkdə yaşayan
izlər” adlı rəsm sərgisi keçirilib.
Sərgidə Tünzalə Məmmədzadə
və tələbələri
Elmar Məmmədzadə,
Mahizər İbadzadə
və Fərid Salamlının şəffaf
ipək üzərində
yaratdıqları 50-yə yaxın
əsəri nümayiş
olunub.
Sərginin açılışında çıxış edən
Əməkdar incəsənət
xadimi Ziyadxan Əliyev, Azərbaycanın
İstanbuldakı konsulu
Esmira Hüseynova, Yeditepe Universitetinin dosenti Teymur Rzayev, Türkiyədə yaşayan azərbaycanlı
rəssamlar Ədalət
Qarayev və Əbülfəz Fərəcoğlu
T.Məmmədzadənin yaradıcılığının
Azərbaycan rəssamlığında
yeni yol olduğunu söyləyiblər.
Qeyd edək ki, T.Məmmədzadə
dekorativ tətbiqi sənətlə təsviri
sənəti sintez edərək, şəffaf
ipək üzərində
rəsm əsərləri
yaradan ilk rəssamdır.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 20 dekabr.- S.17.