Azərbaycanda turizm: ilin yekunları

 

Ümumi Mədəni İrs Şəhərləribeynəlxalq layihəsi Azərbaycana qazandırdı?

 

Bu il Mədəniyyət Turizm Nazirliyinin beynəlxalq təşkilatlar çərçivəsində turizm sahəsində əməkdaşlığının uğurlarından biri İslam Əməkdaşlıq Təşkilatının İqtisadi Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə həyata keçirilənÜmumi Mədəni İrs Şəhərləriadlı beynəlxalq arxeoloji turizm layihəsi oldu. Üzv ölkələr tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə təqdim olunmuş 30-dan çox layihə arasında Mədəniyyət Turizm Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış bu layihə 6 ay müddəti əhatə edən bir neçə mərhələdən müvəffəqiyyətlə keçərək Komitənin qrant vəsaitinə layiq görülən 7 layihədən biri, o cümlədən yeganə turizm layihəsidir.

 

Layihənin məqsədi 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan Türkiyə) arxeoloji turizm potensialının araşdırılması, arxeoloji qazıntı ərazilərinin turizm nöqteyi-nəzərindən imkanlarının öyrənilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

 

Layihə çərçivəsində bu ölkələrdə türk-islam mədəniyyətinin müxtəlif dövrlərinə məxsus izlər daşıyan 18 şəhərdə 200-dən çox tarixi abidə, bu ölkələrin islam mədəniyyəti tarixi irsi, həmçinin turizm potensialı, davam edən arxeoloji tədqiqat əraziləri üzrə araşdırma təhlillər aparılmış, daha sonra birgə beynəlxalq arxeoloji turizm məhsulunun yaradılması məqsədilə iştirakçı ölkələrin ekspertləri, turizm sənayesi nümayəndələri, dövlət digər aidiyyəti qurumların təmsilçilərinin iştirakı ilə Azərbaycanda 16-18 sentyabr tarixlərində 3 günlük beynəlxalq seminar təşkil olunmuşdur. Layihənin yekunu olaraq, layihə dövründə əldə edilmiş nəticələri əks etdirən yekun hesabat hazırlanıb.

 

Layihədən əldə edilmiş əsas nəticə yeni yaradılmış turizm məhsulu olub. Belə ki, layihə çərçivəsində ilk növbədə bütün marşrutu, yəni 4 ölkədəki müvafiq şəhərləri əhatə edən 22 gecə 23 günlük bir tur-proqram hazırlanmışdır ki, bu əsasən uzunmüddətli daha aktiv turizmi seçən turistləri hədəf alır, arxeoloji qazıntı sahələri digər tarixi abidələrlə tanışlıq məqsədi daşıyır. Turistlər eyni zamanda bu tur-proqram çərçivəsində bütün iştirakçı ölkələr deyil, istədikləri ölkələr üzrə seçim edə bilərlər.

 

Təklif olunan ikinci marşrut isə arxeoloji turizmin əsl məqsədini özündə əks etdirir, belə ki, hər ölkədən bir şəhər seçilməklə bu şəhərlərdə davam edən arxeoloji qazıntılarda turistlərin aktiv şəkildə iştirakı təmin edilir.

 

Layihənin davamı olaraq, yeni yaradılmış turizm məhsulunun təbliğatı məqsədilə yeni layihələrin işlənib hazırlanması nəzərdə tutulur. Bu layihənin inkişaf etdirilməsi tarixi-mədəni türk-islam irsinin təbliği ilə yanaşı, eyni zamanda iştirakçı ölkələrin turizm sahəsində dövlət özəl sektor nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsinə bu bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb edilməsinə xidmət edəcək.

 

Daxili turizmin təbliği bu sahədə uğurlu nəticələrə yol açır

 

Turizmin daha da inkişaf etdirilməsi turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, ölkəmizdə turizmin müasir tələblərə uyğun şəkildə təşkili, xidmət keyfiyyətinin artırılması, regionda eləcə dünyada Azərbaycanın turizm məhsulunun rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində məsuliyyətli bir qurum kimi Mədəniyyət Turizm Nazirliyi davamlı olaraq bu istiqamətdə tədbirlər həyata keçirir.

 

Aparılmış məqsədyönlü siyasət nəticəsində Azərbaycanın daxili turizm potensialı, ilk növbədə, bölgələrin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin təbiəti vətarixi-mədəni irsi, son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, mehmanxanaların inşası, yol-nəqliyyat digər  infrastrukturun yaradılması xarici turistlərin, eləcə dəyerli turistlərin ölkəmizə marağını artırıb.

 

Həyata keçirilən quruculuq siyasətinin davamı olaraq dövr ərzində Mədəniyyət Turizm Nazirliyi tərəfindən daxili turizmin təbliği təşviqi,eləcə ölkə əhalisinin turizmə marağının artırılması, onlara turizm vərdişlərinin aşılanması, gənc nəslin bölgələrimizi daha yaxşı tanıması vətənpərvərlik ruhunda böyüməsi məqsədilə müxtəlif istiqamətlərdə işlər görülüb.

 

Bu cür tədbirlərdən biri kimi 2014-cü ilin avqust-sentyabr noyabr aylarında ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasında yaşayan təhsil alan 9-10-11-ci sinif şagirdlərinin maarifləndirilməsi üçün həyata keçirilmişÖlkəmizi tanıyaqturlarını xüsusi olaraq qeyd etmək istərdik.

 

Turlarda Respublikamızın 65 şəhər rayonlarından ümumilikdə 3 040 şagird iştirak edib. Bu layihə ölkə ictimaiyyəti, xüsusilə şagirdlər arasında böyük marağa səbəb olub. Keçirilən bu turlar ölkəmizin tarixi keçmişinin, müxtəlif bölgələrin təbiətini, adət ənənələrinin əyani şəkildə öyrənilməsinə, gənc nəsillin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, eləcə onlarda səyahət turizm vərdişlərinin aşılanmasına öz müsbət töhfələrini verib.

 

Daxili turizmin dəstəklənməsi təbliğ edilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin yeni il tur paketlərinin əlverişli şərtlərlə şəhərimizin sakinlərinə qonaqlarına təqdim olunması məqsədilə 2014-cü ilin 15 noyabr tarixində Bakı şəhərində yerləşən “Park Bulvarticarət mərkəzində Mədəniyyət Turizm Nazirliyinin dəstəyi Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə ilk dəfə olaraq birinciMövsüm Səyahət Yarmarkasıtəşkil olunub.

 

Yarmarkada 15 turizm şirkəti 10 mehmanxana öz xidmət məhsullarını təklif ediblər. Tədbir zamanı turizm sənayesi nümayəndələri təxminən 5 000 nəfərə öz xidmət məhsulları barədə məlumat veriblər.

 

Bölgələrdə yeni mədəni digər tematik marşrutların yaradılması təbliği istiqamətində aparılan işlərin davamı olaraq Azərbaycanın Qərb bölgəsində məskunlaşmış almanların qoyduğu izləriAzərbaycanda alman yaşayış məskənləri”, eləcə Qədim Qafqaz Albaniyasının tarixi izlərimədəni turizm marşrutları vasitəsilə təşviq etmək, Azərbaycanın qərb bölgəsinin, həmçinin Gədəbəy rayonunun mövcud turizm potensialını tanıtmaq məqsədilə cari ilin 10-12 oktyabr tarixlərindəAzərbaycanda Alman məskənləriQədim Qafqaz Albaniyasının tarixi izləriadlı mədəni turizm marşrutları üzrə turizm şirkətlərinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə bölgəyə infotur keçirilib.

 

2014-cü ilin 20-21 may tarixlərində Azərbaycanda akkreditasiyadan keçmiş 28 ölkənin diplomatik nümayəndələrini Şimal (Quba-Qusar) marşrutu üzrə, həmçinin, 4-5 noyabr tarixlərində isə 27 ölkənin diplomatik nümayəndələrini Şimal-qərb (Şəki, Qəbələ, İsmayıllı) marşrutu üzrə ölkəmizin zəngin turizm potensialı və tarixi-memarlıq abidələri ilə tanış etmək məqsədilə infotur keçirilib. Səfirlər və onların ailə üzvləri səfərlərə böyük maraq göstərib.

 

525-ci qəzet.- 2014.- 20 dekabr.- S.16.