"Sisyan
- qovğalarda qovrulan torpaq" kitabı çap olunub
SİSYANIN
QƏDİM ALBAN-TÜRK MƏSKƏNİ OLMASI FAKTI
ERMƏNİLƏRİN DİLİ İLƏ TƏQDİM
OLUNUR
Jurnalist Vaqif Bayramovun «Sisyan – qovğalarda qovrulan torpaq» kitabı işqı üzü görüb.
Kitaba müəllifin
doğma yurdu-Qərbi
Azərbaycanın Zəngəzur
mahalındakı Sisyan
rayonu və onun ən iri
yaşayış məntəqələrindən
biri olan Ağudi kəndi haqqında elmi-publisistik məqalələri, bədii
fəlsəfi düşüncələri,
eləcə də ayrı-ayrı nəşrlər
haqqında qeydləri
öz əksini tapıb. Müəllifin böyüyüb başa çatdığı
doğma rayonu – ata ocağı haqqında olan bu kitab, həm
də Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması, tarixi faktların qorunub saxlanılması üçün əvəzsiz
mənbə hesab olunur.
Kitabın redaktoru Etibar Etibarlı qeyd edib ki, 1988-ci ildə azərbaycanlıların
doğma yurdları-Qərbi
Azərbaycan torpaqlarından
növbəti deportasiyası
başlayandan bir çox bədii əsərləri, məqalələri,
publisistik yazıları
vərəqləsə də,
ona çox təsir edən V.Bayramovun bundan əvvəlki iki kitabı olub: «Vaqifin «Bilməz idim ayrılı var», «Yurd ağrısı»
əsərlərini oxuyanda
göyüm-göyüm göynəmişəm.
Elə bilmişəm ki, mən də o kənddən – Ağudidənəm,
mənim də yüzillik yurd-yuvam talan olub, dağılıb.
Vaqifin yurd-yuva ilə bağlı yazdıqları
sadəcə ağı
deyil, sanki bir dərd, kədər simfoniyasıdır».
Onun sözlərinə görə,
«Sisyan – qovğalarda qovrulan torpaq» kitabının əlyazmasını
nəzərdən keçirəndə
də o duyğuları
yenidən yaşayıb:
«Bir daha əmin oldum ki, talan olan,
dağıdılan Ağudi
hələ ölməyib,
o kənd hələ də yaşayır».
Kitabdakı «Sisyan – qovğalarda
qovrulan torpaq», «Ağudi - ... kimlər gəldi, kimlər getdi», «Qətliam», «Sağalmaz xəstəlik
- erməni riyakarlığı»,
«Yurd ağrısı»
başlıqlı yazıları
oxuduqca türkün keçdiyi uzun bir yolun xəyali
yolçusuna çevrilirsən,
türk torpaqlarının
– Zəngəzurun, Sisyanın
odda-alovda necə alışıb yandığını
təsəvvür edirsən.
Bu kitabda talelərində
ailə qaçqınlığı,
dədə-baba didərginliyi
yaşanan, yurd, torpaq nisgili ömür sürən, əsli-köklü Zəngəzurun
Sisyan bölgəsindən
olan yazıçı
və şairlərdən
söhbət açılıb. Qeyd edək ki, Əyyub
Abasov, Şamil Fərzəliyev, Məmməd
Araz, Musa Urud və digər yaradıcı şəxslərin
milli-mənəvi kökə
bağlılıq, torpaq
müqəddəsliyi, zaman,
həyat barədə
yaşantıları və
düşüncələri müxtəlif başlıqlar
altında kitabda ifadə olunub.
Müəlif kitabda Zəngəzurun ən qədim dövrünə diqqət
çəkib, hadisələri
tarixi mənbələr,
məxəzlər əsasında
gözdən keçirib,
yeri gələndə
isə baş vermiş hadisələrə
özünəməxsus, orijinal
münasibət bildirib. Eyni zamanda, kitabda «Kitabi-Dədə Qorqud»un Sisyanla bağlılığı da
xatırladılıb.
Tarixi həqiqətlərin əks
olunduğu, erməni yalanlarının növbəti
dəfə ifşa olunduğu kitabda müəllif Qafqaz Albanıyası və Azərbaycanın eyni dil, etnik, antroploji,
milli mənşəyə
bağlılığı, hayların isə Anadoluya və Cənubi Qafqaza miqrasiyası, Qafqaz albanları ilə hayların fərqli xalqlar olmaları, alban kilsələrinin ermənilər tərəfindən
işğalı, özününküləşdirilməsi,
tarixi ərazilərimizdə
erməni dövlətinin
çar Rusiyası tərəfindən süni
yolla yaraılması və başqa məsələlər kitabda
müxtəlif mənbələr
əsasında nəzərdən
keçirilib. Maraqlı məqamlardan
biri də odur ki, V.Bayramov
Sisyanın qədim alban-türk məskəni
olması faktını
bəzi hallarda elə ermənilərin öz dili ilə,
onların apardıqları
arxeoloji araşdırmalarla
diqqətə çatdırıb.
Qeyd edək
ki, 1987-ci ildən Qərbi Azərbaycanın
Sisyan rayonunun Ağudi kəndində anadan olan V.Bayramov
Azərabycan Dövlət
Pedoqoji İnstitutunun filologiya falkultəsini bitirəndən sonra mətbuat sahəsində fəaliyyət göstərməyə
başlayıb. «İnşaatçı»,
«Həyat» və «Respublikas» qəzetlərində
çalışan V.Bayramov
hal-hazırda «Xalq» qəzetində jurnalist fəaliyətini davam etdirir. Yazıçı-publisist
kimi yardadıcı fəaliyyətini də davam etdirən müəllif oxucularının
görüşünə buna
qədər qələmə
aldığı «Bilməz
idim ayrılıq var» və «Yurd
ağrısı» kitabları
ilə gəlib.
V.Bayramovun növbəti qələm
məhsulu olan «Sisyan – qovğalarda qovrulan torpaq» kitabı 6 bölmədən
– «Dönərgəsi dönən
Vətən», «Bu dərdi
kim çəkər?!», «Bu kədəri kim yaşayıb sonacan?!», «Müsahibə»,
«Məktub», «Mənim taleyimə yazılan yazı» və müxtəlif başlıqlı
məqalələrdən ibarət
toplu halındadır.
Ceyhun ABASOV
525-ci qəzet.- 2014.- 23 dekabr.- S.8.