Təbiətə həsr olunmuş ömür

 

Mehdi Mustafayev - 100

 

 

Telefonuma zəng gəldi. Ekologiya Təbii Sərvətlər Nazirliyindən idi. Məni təcili nazirliyə çağırırdılar. Nazirliyin aparat rəhbəri Rövşən Cəlilov məni qəbul edib dedi: - Gəncə Dövlət Aqrar Universitetinin müəllim-professor heyəti görkəmli ekoloq meşəşünas Mehdi Mustafayevin anadan olmasının 100 illiyini keçirmək barədə təşəbbüs qaldırıb. Buna görə Gəncədə keçiriləcək yubileyə həsr olunmuş respublika konfransına siz dəvətlisiniz.

 

Mehdi Mustafayev haqqında məlumatlı idim. Bilirdim ki,  Mehdi müəllim akademik Həsən Əliyevin yaxın dostu olub. Onun ənənələrini davam etdirib. Eşidəndə ki, onun yubileyində iştirak edəcəyəm,  sevincimin həddi-hüdudu olmadı.

 

Ağstafadan başlanan həyat yolu

 

...Ağstafada doğulub boya-başa çatan Mehdi Mustafayevin yubiley mərasiminə dekabrın 16-da məhz  doğulduğu rayonda start verildi. Heydər Əliyev Mərkəzinin konfrans salonunda keçirilən mərasimi giriş sözüylə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açdı: "Ağstafalılar Azərbaycan elminə, kənd təsərrüfatına, təbiətinə ədəbiyyatına böyük şəxsiyyətlər töhfə veriblər. Onlardan biri yubiley tədbirinə yığışdığımız görkəmli ictimai dövlət xadimi,  ekoloq-meşəşünas Mehdi Mustafayevdir. Biz sevinirik ki, Mehdi müəllim məhz Ağstafa torpağının yetirməsidir. O, işlədiyi bütün məsul vəzifələrdə dünyaya göz açdığı Ağstafanı yaddan çıxarmayıb, onu abad yaşıllıqlar diyarı kimi görmək istəyib. Onun ənənələri indi yaşayır. Ağstafa yenidən qurulur, abadlaşır gözəlləşir. İndi rayon mərkəzində bir neçə park bağ salınıb, bunlar istirahət mərkəzləri kimi şəhər sakinlərinin ixtiyarına verilib. Möhtərəm Prezidentimiz  cənab İlham Əliyev 3 dəfə Ağstafa rayonunda olub burada görülən abadlıq yaşıllaşdırma işlərini yüksək qiymətləndirib. İndi Ağstafa şəhəri öz inkişafına görə respublikamızın digər böyük şəhər rayonlarıyla rəqabət apara bilər. Yəqin ki, Mehdi müəllimin ruhu da şad olacaq. Çünki Ağstafanın coşqun tərəqqisi davamlı inkişafı onun arzularından keçir".

 

Gəncədə Mehdi Mustafayev xatırlandı

 

Dekabır ayının 17-də isə Mehdi Mustafayevin vaxtilə bir çox məsul vəzifələrdə çalışdığı Gəncə şəhərində onun anadan olmasının 100 illik yubiliey təntənəsi davam etdirildi. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yubiley iştirakçılarını salamladıqdan sonra Mehdi Mustafayevin Gəncə şəhəriylə bağlı fəaliyyətini diqqətə çatdıraraq dedi: "Görkəmli ictimai dövlət xadimi, Azərbaycanda təbiətin mühafizəsinə böyük şəxsi töhfə verən Mehdi Mustafayevin zəngin səmərəli fəaliyyətinin mühüm bir qismi şəhərimizlə əlaqədar olub. O,  burada ilk əmək fəaliyyətinə başlamış, müxtəlif vəzifələrdə çalışıb Gəncə Dövlət Aqrar Universitetində müəllim işləyib. Pedaqoji fəaliyyəti dövründə Mehdi müəllim Azərbaycan təbiətinin mühafizəsi ilə əlaqədar  yeni ekoloqlar nəsli yetişdirib. Təsadüfi deyil ki, əlaçı tələbələrə təqdim edilməsi üçün vaxtilə işlədiyi Universitetdə Mehdi Mustafayevin adına təqaüd təsis edilib. Universitetin tələbələri Arzu Nurlanə ilk dəfə olaraq bu təqaüdə layiq görülüblər".

 

M.Mustafayev adına təsis olunan təqaüdü  tələbələrə Əməkdar Elm Xadimi Mirdamət Sadıqov, yubilyarın nəvəsi Mehdi Mustafayev təqdim ediblər. 

 

Mehdi Mustafayev Respublikamızda yaradılan müxtəlif mərkəzi idarəetmə orqanlarında rəhbər vəzifələrə təyin edilmiş gördüyü işlərin əksəriyyəti meşə təsərrüfatıyla bağlı olub. 1966-cı ildən Azərbaycan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri vəzifəsinə irəli çəkilərkən bu  sahədə fəaliyyətini daha da gücləndirib. Təsadüfi deyil ki,  Mehdi Mustafayev mənalı həyatının 31 ildən çoxunu ölkəmizdə meşə təsərrüfatının inkişafına,  yaşıl  sərvətimizin qayğı ilə qorunub  gələcək nəsillərə  çatdırılmasına,  yeni meşə sahələrinin salınmasına bərpa edilməsinə həsr edib.

 

Sonra M.Mustafayevin fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.

 

Tədbirlərin sonunda "Mehdi Mustafayev xatirələrdə" filmini "Ordenli Azərbaycan" kinoxronikası nümayiş etdirilib.

 

Mehdi müəllim həm gözəl ailə başçısı idi. Qızı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə (Mustafayeva), oğlu ehtiyatda olan polkovnik-leytenant Mustafa Mehdi oğlu Mustafayev, ikinci qızı kimya elmləri doktoru Rəna xanım, nəvələri Mehdi Mustafayev, Nigar Abbaszadə, Rüstəm Zeynalov Mehdi müəllimə həsr olunmuş konfransda iştirak ediblər. Ailə adından Məleykə xanım Abbaszadə çıxış etdi.

 

Məleykə xanımın dedikləri

 

Yubiley tədbirlərində atasının xatirəsini yad etdiklərinə görə iştirakçılara öz minnətdarlığını bildirən Məleykə Abbaszadə dedi: "Mən atamla qürur duyuram. Çünki o, xalqımıza və təbiətimizə fədakarlıqla xidmət göstərib. Bu da bir ziyalı kimi onun alovlu vətənpərvərliyindən irəli gəlirdi. O,  harada işləməsindən və yaşamasından  asılı olmayaraq həmişə xalqın və dövlətin mənafeyindən çıxış edirdi. Mehdi müəllimi tanıyanlar onun işdə son dərəcə ciddi, tələbkar olmasından danışırlar. Lakin əslində onun sinəsində kövrək, xeyirxah, qayğıkeş bir ürək döyünürdü. Bu ürək onu cəmi 65 il yaşatdı. Lakin o, bu illərdə xalq üçün,  Vətən üçün əlindən gələni əsirgəmədi.

 

Atam  haqqında xatirələrim çoxdur. Ən böyük xatirəmi bu sözlərlə ifadə edə bilərəm: Ən gərgin vaxtlarda belə uşaqların tərbiyəsi və təhsili ilə məşğul olmağa vaxt tapırdı. Həmişə deyərdi: "Balalarım,  oxumaq lazımdır. Oxumaq həm tərbiyədir,  həm elmdir. Bunları da heç vaxt ata övladına pay verə bilmir. İnsan onu zərrə-zərrə, zaman-zaman öz zəhmətiylə, alın təri ilə  qazanır. Ailə həyatımızın bütün uğurları hamıya örnək ola biləcək ailə başçısı olan atamın yüksək mənəvi keyfiyyətlərindən qaynaqlanır".

 

Mehdi Mustafayev böyük şəxsiyyət, vətənpərvər insan idi.  Qeyd edilməlidir ki,  insanın sinəsində öz xalqı üçün qaynar ürək döyünürsə, ən kiçik vəzifədə də, ən böyük vəzifədə də xalqına, Vətəninə xeyir verəcək. Tale elə gətirib ki, Mehdi müəllim ən kiçik vəzifədən ən mühüm hökumət postuna qədər yüksəlib. İstedad, zəhmət, vətənpərvərlik onun əzmkarlığının məhək daşı olub. Elə bunun nəticəsidir ki, uzun illər ümummilli lider Heydər Əliyevlə birgə işləyib. Hər kəs belə etimada layiq olmayıb. Xalqına, Azərbaycan təbiətinə bağlı Mehdi müəllimin fikir və arzuları müstəqillik dövründə daha da qol-qanad açıb, arzuladığı kimi  Bakı şəhəri və onun ətrafı, respublikamızın digər rayon və şəhər mərkəzləri, qəsəbələr yaşıllığa çevrilməkdədir. Bu işlər sinxron və ardıcıl görülür. Gəncədə gördüyümüz gerçəklik Mehdi müəllimin ruhuna, arzularına səmimi ehtiramdır. Gəncə çinarları addım-addım şəhəri fəth edir, ətraf ərazilərə yol açır. Yüzilliklərin şahidi olan ağacların qonşuluğunda gənc fidanların boy atıb pöhrələnməsi hamımızda xoş ovqat yaradır.

 

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov  dövlətimizin ekoloji siyasətinin həyata keçirilməsində varislik ənənəsini - Mehdi Mustafayev, Həsən Əliyev ənənəsini qoruyur, inkişaf etdirir. Nazirlik dünyanın aparıcı ekoloji nailiyyətlərini ölkəmizdə gerçəkləşdirir, ən qabaqcıl təcrübələri səmərəli şəkildə tətbiq edir, genişləndirir. İnanırıq ki, ölkəmizin ekodurumu möhkəm əllərdədir. Mən də bir ekoloq kimi bu tədbirin səmərəsini yüksək qiymətləndirirəm. Keçmişə ehtiram gələcəyə körpüdür. Bu körpü xalqın sağlamlığı, xalqın rifahıdır. Aqillərimiz doğru deyib: Meşə su, var-dövlət, bolluq deməkdir, meşə olmayan yerdə nə torpaq, nə su, nə məhsul ola bilməz. Ona görə Mehdi Mustafayev kimi şəxsiyyətlərimiz meşəyə böyük önəm verirdilər. Mehdi müəllimin xatirəsi kimi önəmlər də bizə əzizdir. Çünki Vətənimizin tərəqqisi nurani şəxsiyyətlərdən, nurlu arzulardan keçir.

 

Bəxtiyar HÜSEYNOV

525-ci qəzet.- 2014.- 23 dekabr.- S.4.