Tanınmış pianoçu
Rafiq Quliyevin 80 illiyi qeyd edilib
Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) tanınmış pianoçu,
professor Rafiq Quliyevin
80 illiyinə həsr edilmiş yubiley konserti olub.
BMA-nın rektoru, Azərbaycanın və
SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəyli tədbiri
açaraq toplaşanlara
minnətdarlığını bildirib, Rafiq Quliyevin həyat və yaradıcılığından
söhbət açıb,
qeyd edib ki, görkəmli musiqiçi nəinki istedadlı pianoçu və tanınmış pedaqoq, həmçinin gözəl insan olub.
BMA-nın rektoru
diqqətə çatdırıb
ki, bütün qüvvə və bacarığını gənc
musiqiçilər nəslinin
tərbiyəsinə həsr
etmiş Rafiq Quliyevin tələbələri
respublikada və onun hüquqlarından kənarda müvəffəqiyyətlə
çalışırlar.
Sonra BMA tələbələrinin
və müəllimlərinin
ifasında İ.Bax, S.Raxmaninov, M.Ravel, D.Skarlatti və digər bəstəkarların
əsərləri səsləndirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 24 dekabr.- S.7.