Möcüzələr
dünyasının adamı
İnsan
sevincinin işığından
mənəvi zövq alan həkimlərdən
biri də Azərbaycan Respublikasının
əməkdar həkimi,
tibb elmi üzrə fəlsəfə
doktoru, Nyu-York Elmlər Akademiyasının
həqiqi üzvü Əyyub Şəmil oğlu Məmmədovdur. Əyyub Məmmədovun bu ay 80 yaşı tamam olur.
Orta məktəbi əla qiymətlə bitirib, N.Nərimanov adına
Azərbaycan Dövlət
Tibb Universitetinin Müalicə-profilaktika fakultəsinə
daxil olub. Tələbə vaxtından
elmi yaradıcılığa
meyl göstərib, yeddi elmi iş
yazıb. 1956-cı ildə
Bakı şəhəri
ali məktəbləri
arasında keçirilən
elmi işlərinin müsabiqəsində üçüncü
yeri, 1957-ci ildə Zaqafqaziya ali məktəblərinin elmi
işlərin müsabiqəsində
ikinci yeri tutub.
Müdriklərin belə bir sözü var: "Dahilər əyalətdə
doğulur, paytaxtlarda dəfn olunur". Bu fikir bütün
dövrlərdə məntiqini
saxlayacaq. Amma mən
deyərdim ki, Əyyub həkim bu məntiqin o biri üzünün də olduğunu sübut etdi. Ömrünü paytaxta yox, əyalətə bağladı.
1959-cu ildən 1964-cü ilə kimi Xocavənd
rayonunda cərrah-həkim
kimi çalışıb.
1964-cü ildən bu günə kimi isə Beyləqan
rayonunda yaşayır
və işləyir.
1980-ci ilə kimi Beyləqan rayon Mərkəzi Xəstəxanasında
cərrahiyyə şöbəsinin
müdiri olub. Əyyub Məmmədovu urbanizasiyanın
küləyi şəhərə
ata bilmədi. O,
axına düşmədi.
Gələcək fəaliyyətini ipə-sapa düzüb yola çıxdı.
Kənd təmizliyi, əyalət sərbəstliyi onu Bakıya buraxmadı.
Sərbəstlik onun üçün
hər şeydir.
Elə bu əyalət sərbəstliyi onu alim etdi. Əyalət
xəstəxanasında cərrah
işləyən Əyyub
həkim 1970-ci ildən
Bakı Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasına daxil olub. Keçmiş Ümumittifaq Travmatologiya
və Ortopediya institutunda elmi işlər aparıb.
Dünya şöhrətli
alim, tibb elmlər doktoru, professor M.A.Roqovoyun rəhbərliyi və
təklifi ilə
"Müasir aspektdə
riyazi analizlə kənd təsərrüfatı
travmatizm və onun profilaktiki yolları" mövzusunda
namizədlik dissertasiyası
müdafiə edib. Travmatologiya sahəsinin böyük alimləri O.Ş.Buandze, A.S.Kort, E.P.Meqitina, İ.V.Şumada, M.A.Roqovoy
alimin elmi tibb elmində mühüm yenilik yaradıb. Krım Tibb İnstitutunun professoru A.P.Skobkin Əyyub Məmmədovun elmi işi haqqında
yazıb: "Ə.Ş.Məmmədovun
elmi işi müasir travmatologiyanın
aktual probleminə həsr olunmuş və bu işin
riyazi modeli verilmişdir. Aparılan elmi iş tibb
elmində yeganədir".
Əyyub həkim çoxları kimi uşaq fəhmi ilə yaşamışdı. Ömrün hardan
gəlib, hara getdiyindən xəbərdar
olduğu üçün
daim axtarışdadır.
Onun tibb elminin müxtəlif
sahələrinə aid xeyli
səmərələşdirici təklifləri var. Özü
də bu təkliflər bütün
zamanlar üçün
faydalıdır. Həkim kənd
təsərrüfatı mikrotravmalarında
praktiki məqsəd üçün aparat da yaratmışdır.
Ancaq həkim etiraf etdi ki, onun
yaratdığı aparat
Paykinin metodunun motifikasiyasıdır. Əyyub Məmmədov
87 elmi işin, 3 monoqrafiyanın müəllifidir.
2 ixtirası, 3 səmərəli təklifi
var. 87 elmi işin 18-i
xarici ölkələrdə
elmi jurnallarda çap olunub.
1980-ci ildən 1992-ci ilə
kimi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının
baş həkimi işləsə də bütün fəaliyyətini
elmi yaradıcılığa
yönəldib. Elə buna görə də 1992-ci ildə "Bilik" cəmiyyətinin
təsis etdiyi Y.Məmmədəliyev adına mükafatın
lauratı olub, dəfələrlə Respublika
Səhiyyə Nazirliyinin
Fəxri Fərmanını
alıb.
Millətini sevən həkim kimi onu Qarabağ
müharibəsi çox
narahat edir. O, dəfələrlə
Xocavənd və Füzuli rayonlarının
döyüş bölgələrində
olub, döyüşçülərimizə
maddi, mənəvi və tibbi yardım
göstərib. İki qaçqın
ailəsini daimi himayəsinə götürüb.
Bütün bunlarla yanaşı
elmi işini davam etdirir.
Hazırda "Ahıl və qoca yaşlarda qarın boşluğunun kəskin cərrahi xəstəliklərində müasir
taktika" mövzusunda
doktorluq dissertasiyasını
yazaraq, Kiyev Elmi-Tədqiqat - Heriantologiya
İnstitutunun elm şurasına
təqdim edib. Bu günə
kimi Moskva, Kiyev, Alma-Ata, Daşkənd,
Tiflis, Kutaisi və Budapeşt
şəhərlərində keçirilən Beynəlxalq
konfranslarda, qurultaylarda,
simpoziumlarda elmi məruzələrlə çıxış
edib.
Ə.Məmmədov indiyədək dövri mətbuatda və elmi-praktiki jurnallarda 500-dən
çox elmi, elmi-publistik məqalələr
çap etdirib. 2006-cı ildə Nyu-York Elmlər Akademiyasının
həqiqi üzvü seçilib. Respublika Alimlər
İttifaqının, Ziyalılar
Cəmiyyətinin, Jurnalistlər
birliyinin üzvüdür.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
2007-ci il tarixində Ə.Məmmədova
Respublikanın Əməkdar
Həkimi fəxri adı verilib. Əyyub Məmmədov Rusiya Cərrahlar Cəmiyyətinin
və Azərbaycan Cərrahlar Assosiyasının
üzvüdür. Ali dərəcəli cərrahdır.
Təcrübəli həkim daima axtarışdadır. Doktorluq dissertasiyasında iki yadda qalan səmərəli təklif verib. Ahıl və qoca yaşlarda cərrahiyyə
əməliyyatından sonra
toxumalarda tez qidalanma tam olmadıqda yaralarda tez aralanma
baş verir ki, bu da
pis nəticə verir. Ona görə təkrar
cərrahiyyə əməliyyatına
ehtiyac olur.
Əyyub Məmmədov təkrar cərrahiyyə əməliyyatlarında
tikişlər qoyulmasına
etdiyi səmərəli
təklif müsbət
nəticə verib. Eyni zamanda
qarın boşluğunda
qoyulmuş drenaj trubkaların qoyulmasında
müsbət təklif
verib ki, bu gün geniş
istifadə edilir.Bundan
başqa Əyyub Məmmədovun təklifilə
yanıqların müalicəsində
parafin aplikasiyası ilə lokal müalicəsi aparılır.
Əyyub həkim dünyanın bir çox elm adamları ilə əlaqə saxlayır, onların yeni elmi işlərini öyrənir. Parisdə, Nyu-Yorkda, Alma-Atada, Londonda çalışan
elm adamları ilə əlaqə saxlamağa, onlardan öyrənməyə
üstünlük verir,
Kiyevdə onun çox sayda alim dostları var. Əyyub həkim deyir ki, həyatda
nə əldə etmişəmsə, ömür
yoldaşım Məleykə
xanıma borcluyam. Cərrahlıq çətin və
əziyyətli sənətdir,
o işə dözmək,
onu qəbul etmək hər kəsin işi deyil. Xüsusilə cərraha layiqli həyat yoldaşı olmaq hər qadının işi deyil: "Məleykə xanım mənim bütün əziyyətlərimi
çəkib, mənə
arxa durub, elə olub ki,
mən bütün gecəni əməliyyat otağında işləməli
olmuşam. Məleykə xanım səhərə
qədər yatmayıb,
yuxusuz qalıb və məni gözləyib. Həmişə mənim sağlamlığımı
qoruyub. Ona minnətdaram".
Ümumiyyətlə, Əyyub həkim vaxtını mənasız
keçirməz, hər
dəqiqəsinin qədrini
biləndir. O, eyni zamanda jurnalistika ilə məşğul olur. Böyük şəxsiyyətlər haqqında maraqlı publisistik yazılar yazır, elmi məqalələr yazıb
dərc etdirir. Ona görə də nəvəsi Fidana jurnalistika ilə maraqlanmağı və təhsil almağı məsləhət görüb.
Fidan hazırda Qərb Universitetində Jurnalistika
fakultəsinin IV kursunda
oxuyur. El-oba arasında böyük nüfuz sahibi olan el həkiminin hörməti birinci ailədən başlayıb:
gözəl və səmimi ailə başçısıdır. Üç övlad
tərbiyə edib, boya-başa çatdırıb.
Ziyalı mühitini ailədə
qoruyub saxlayıb.
Qızı Yaqut müəllimə,
Təranə həkim,
Xuraman sosioloqdur.
4 nəvəsi var. İkisi hüquqşünasdır,
biri jurnalist, sonuncu isə Polis Akademiyasında hüquqşünas
olmaq üçün
təhsil alır.
Əyyub
Şəmil oğlu Məmmədovu 80 yaşı,
əmək fəaliyyətinin
55 ili münasibətilə
dostları, övladları
və əzizləri ürəkdən təbrik
edir, ona uzun ömür, cansağlığı və
yeni uğurlar arzulayırlar.
Q.S.QARAYEV,
Əməkdar elm xadimi, tibb
elmləri doktoru, professor
525-ci qəzet.-
2014.- 25 dekabr.- S.8.