Xəzinədir...
Süfrəsində daim halal duz-çörək olsun,
Sətirləri cərgələnən incitək olsun;
Ay həzərat, yubileyi mübarək olsun
Professor Nizaməddin Şəmsizadənin!
Dediyinin
həm quludur, həm də yiyəsi,
Bütövləşən Azərbaycan-əsas
qayəsi!
Xəzinədir "Ədəbiyyat nəzəriyyəsi"
Professor Nizaməddin Şəmsizadənin!
"Sahibidir sərhədsiz, saf düşüncələrim",
Təfəkkürü-uca zirvə, dəryadan dərin.
Oxucular!
Söz bağından
gül-çiçək dərin
Professor Nizaməddin Şəmsizadənin!
Nəğmələri tək ürək yox-gəlir beyindən,
Bezib canlı
"oyuncağın" boş
hay-küyündən.
Şairliyi geri qalmır alimliyindən-
Professor Nizaməddin Şəmsizadənin!
Həmdəmidir bütün gənclər,
bütün ulular,
Nitqi nəhəng
çay kimidir-neçə
qolu var.
Fərid
adlı vətənpərvər,
zabit oğlu var
Professor Nizaməddin Şəmsizadənin!
Seyrə
çıxar-təbiətdən zövq ala-ala,
Görüşsə də hərdən qəmli qəlyanlılarla.
Xoşdur
yaxın qohumluğu salyanlılarla-
Professor Nizaməddin Şəmsizadənin!
Gözəl Quba, qədim İspi...! Gözünüz
aydın-
Altı
on il bayramıdır
böyük ustadın!
...Nizaminin adı ilə eynidir adı-
Professor Nizaməddin Şəmsizadənin!
Kəlamında-zəmanənin astarı, üzü,
Unudulmaz
atasının özüdür,
özü!
Zadəsində, badəsində yol
gəlir "yüz"ü
Professor Nizaməddin Şəmsizadənin!
Oqtay Rza
əməkdar müəllim
525-ci qəzet.-
2014.- 25 dekabr.- S.8.