"Azərbaycan
ailəsi-2015" film festivalı başlanır
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı
ilə həyata keçirilən "Azərbaycan
ailəsi-2015" film festivalına start verilib. Festival çərçivəsində
"Həyatdan şəkilə"
mövzusunda foto müsabiqə də keçirilir.
Film festivalın açılış
mərasimində çıxış
edən Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
rektoru, professor Fərəh
Əliyeva Universitetin hər il bu
festivala ev sahibliyi etdiyi üçün məmnun
olduğunu bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva film festivalın
2009-cu ildən böyük
uğurla həyata keçirildiyini diqqətə
çatdırıb.
Qeyd olunub ki, festivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi
dəyərlərin qorunub
saxlanılaraq gələcək
nəsillərə ötürülməsi,
gənclərin yaşlılara
hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük
mədəniyyətinin təbliğidir.
Mərasim iştirakçıları festivalın və foto müsabiqənin əsasnaməsi ilə tanış olub, müvafiq təkliflər veriblər.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 25 dekabr.- S.7.