Milli Dram Teatrında “Nadir şah”ın tamaşasının premyerası olub

 

Akademik Milli Dram Teatrında Yunus Oğuzun eyniadlı əsəri əsasında hazırlanmış “Nadir şah” tamaşasının premyerası keçirilib. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru əməkdar artist Vidadi Həsənov, quruluşçu rəssamı İlham Elxanoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Həsənovadır.

 

Döyüş səhnələrinə əməkdar artist Pərviz Məmmədrzayev, rəqslərə Lalə Hacıyeva quruluş verib. Tamaşada Nadir şah obrazını Xalq artisti Ramiz Novruz və Əməkdar Artist Məmməd Səfa ifa edirlər. Janrı iki hissəli dramatik xronika kimi təyin olunmuş tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Sultan I Mahmud, Əbül Feyz, Əmir Teymur, Səadət xanMoğol şahının vəziri), Əli Nur (Sultan I Mahmud, Əbül Feyz, Əmir Teymur, Səadət xanMoğol şahının vəziri), Pərviz Məmmədrzayev (Məhəmməd şahMoğol şahı, Miyanqala sərkərdəsi), Elşən Rüstəmov (Təhmasib xan Cəlayir, Qızlar Ağa, Nizamül-MülkMoğol şahının vəziri), İlham Hüseynov (Leyli Əbdül Əfəndi, Hakim Atalıq, Baş münəccim, Qolitsin), Ayşad Məmmədov (Dauran xanMoğol şahının vəziri, Həsən Paşa – Osmanlı vəziri, Qoca), aktyorlar Hikmət Rəhimov (RzaquluNadir şahın oğlu, KamuşkinRusiya elçisi), Amid Qasımov (RzaquluNadir şahın oğlu, KamuşkinRusiya elçisi), Ramin Şıxəliyev (Nəsrullah – Nadir şahın oğlu, Məhəmməd Hüseyn), Şamil İbrahimov (Nəsrullah – Nadir şahın oğlu, Məhəmməd Hüseyn), Oqtay Mehdiyev (Məhəmməd şahMoğol şahı, Miyanqala sərkərdəsi), Vüsal Mustafayev (Məhəmməd xan Türkmən – Nadir şahın elçisi, Rəhim Sultan, Qadam), Vüqar Hacıyev (Məhəmməd xan Türkmən – Nadir şahın elçisi, Rəhim Sultan, Qadam), Elgün Həmidov (Dauran xanMoğol şahının vəziri, Həsən Paşa – Osmanlı vəziri, Qoca), Əminə Babayeva (Qadın, Bizi-dayə), Nigar Güləhmədova (Fatimə soltan bəyim, Sərvi), Könül Cəfərzadə (Fatimə soltan bəyim, Sərvi), Adil Dəmirov (Oğul) çıxış ediblər.

 

Qeyd edək ki, “Nadir şah” tamaşası izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

 

Abbdullayeva S.

525-ci qəzet.- 2014.- 26 dekabr.- S.7.