Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üçün
2014-cü il də uğurlu
olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin 13
fevral 2012-ci il
tarixində imzaladığı
fərmanla "Hərbi
vəzifə və hərbi xidmət haqqında" qanunun tətbiqinə başlanılması
nəticəsində yaradıldı.
Xidmət çağırışçıların
hərbi xidmətə göndərilməsi
prosesini təmin etməklə yanaşı
ordu üçün ixtisaslı kadrların hazırlanması vəzifəsini
də icra edir. Səfərbərlik və Hərbi
Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti vətəndaşlara
nümunəvi xidmət
göstərir. Bu struktur vətəndaşlarla
rahat şəkildə
işləmək üçün
elektron xidmətlər
tətbiq edir.
www.seferberlik.gov.az saytında təqdim olunan xidmətlər iki qrupa bölünür: qeydiyyat tələb etməyən xidmətlər
və qeydiyyat tələb edən xidmətlər.
Qeydiyyat tələb etməyən
xidmətə çağırışçıların
hərbi xidmətlərini
hansı hərbi hissədə keçmələri
barədə internet və
ya mesaj (SMS) vasitəsilə məlumatların
verilməsidir. Qeyd edim
ki, bu xidmət
yalnız Müdafiə
Nazirliyinin hərbi hissələrində xidmətə
başlayacaq çağırışçılara
aiddir. Qeydiyyat tələb edən xidmətlərə isə
4 xidmət növü
daxildir: SHXÇDX-yə
həqiqi hərbi xidmətə (işə)
qəbulla əlaqədar
müraciətin və
sənədlərin qəbulu;
hərbi xidmətkeçmə
haqqında arayışın
verilməsi üçün
müraciətin və
sənədlərin qəbulu; itirilmiş
hərbi bilet və ya təhkimetmə
vəsiqələrinin əvəzinə
yenisinin verilməsi üçün müraciətin
və sənədlərin
qəbulu; SHXÇDX-dən
arxiv arayışlarının
verilməsi üçün
müraciətin və
sənədlərin qəbulu.
Ordu və cəmiyyət arasında əlaqələndirici
funksiyasını yerinə
yetirən, körpü
rolunu oynayan Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti yerli idarələrlə birlikdə
hərbi xidməti başa vuraraq mülki həyata qayıdan gənclərlə görüşlərin
keçirilməsini təşkil
edərək onların mülki sistemə adaptasiya olunması istiqamətində
öz töhfəsini
verib. Bununla bağlı olaraq
SHXÇDX, yerli İcra
Hakimiyyəti və
"Tərxis Olunmuş
Hərbçilərin Gəncləri
Maarifləndirmə" İctimai
Birliyinin birgə təşkilatçılığı ilə müxtəlif rayonlarda hərbi xidmətdən tərxis olunan gənclərlə görüşlər keçirilib.
Bu istiqamətdə oktyabr
ayında Qaradağ, Nizami, Nərimanov, Xəzər, Xətai, Binəqədi rayonlarında
hərbi xidmətdən
tərxis olunmuş gənclərlə görüşlər
olub. Dekabr ayında Xaçmaz rayonunda Heydər Əliyev adına Mədəniyyət
Mərkəzində Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti (SHXÇDX) ilə
Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran və Xızı rayon İcra Hakimiyyətlərinin birgə
təşkil etdikləri
"Vətənin müdafiəsinə
hazıram!" mövzusunda
tədbir keçirilib.
SHXÇDX-nin Xaçmaz,
Şabran, Xızı,
Siyəzən, Qusar və Quba rayon şöbə və bölmələrinin şəxsi
heyəti, rayon İcra
Hakimiyyətlərinin nümayəndələri,
şəhid ailələri,
müharibə veteranları,
məktəblilər həmin
tədbirlərin fəal
iştirakçıları olublar.
Azərbaycan Respublikası Prezidentinin
13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində
"Hərbi Vətənpərvərlik
və Mütəxəssis
Hazırlığı Mərkəzi"
Məhdud Məsuliyyətli
Cəmiyyəti yaradılıb.
Bu qurumun yaradılması
çağırışçıların
müxtəlif peşələr
üzrə hazırlığını
təmin etməyə
və Silahlı Qüvvələrə bir
sıra ixtisaslar üzrə kadr hazırlanmasına müsbət
təsir göstərib.
Orduya mütəxəssis hazırlayan
"Hərbi Vətənpərvərlik
və Mütəxəssis
Hazırlığı Mərkəzi"
Məhdud Məsuliyyətli
Cəmiyyəti artıq
ciddi uğurlara nail olub. Qurum mütəxəssis hazırlığı ilə
yanaşı filialların
maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində
bir sıra işlər həyata keçirib. Əsaslı
olaraq yenidən qurulmuş Balakən rayon
1 nömrəli filialın
balansında olan 2 ədəd AN-2 təyyarəsində
təmir bərpa işləri aparılıb,
yeni paraşütlər
alınıb, anbar bərpa edilib, həvəskar paraşütçülər,
çağırışçılar və turistlər üçün tikilmiş
36 nəfərlik qonaq
evi istifadəyə verilmişdir. "Hərbi
Vətənpərvərlik və Mütəxəssis
Hazırlığı Mərkəzi"
MMC-nin Balakən rayon
1 nömrəli filialı
həvəskar paraşütçülərin
yetişdirildiyi yeganə
mərkəzdir və
Nazirlər Kabinetinin Qərarı ilə "Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını
keçirən təhsil
müəssisələrinin Siyahısı"na daxil edilib. Burada həvəskar
paraşütçülərin hazırlığı ilə
yanaşı, Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin və
qanunvericiliyə uyğun
olaraq yaradılmış
başqa silahlı birləşmələrin sifarişi
əsasında paraşüt-desant
hazırlığı həyata
keçiriləcək. Qeyd edim
ki, "Hərbi Vətənpərvərlik və
Mütəxəssis Hazırlığı
Mərkəzi" gənclər
arasında hərbi sahəyə diqqətin artması və gənclərin vətənpərvərlik
ruhunda tərbiyə edilməsi üçün
bir sıra işlər görülür.
Oktyabrın 14-də "Hərbi
Vətənpərvərlik və Mütəxəssis
Hazırlığı Mərkəzi"
MMC-nin təşkilatçılığı
ilə Nizami rayon məktəbliləri arasında
24 komandanın iştirakı
ilə 18 oktyabr - Müstəqillik Gününə
həsr olunmuş güllə atıcılığı
üzrə yarış
keçirilib. Məktəblilərin marağına səbəb
olan belə tədbirlər onların hərb sahəsinə seçmələrinə təkan
verir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti
il ərzində
səfərbərlik hazırlığının
təmin edilməsi məqsədilə ümumrespublika
miqyasında müxtəlif
tədbirlər həyata
keçirib. Xidmətin
Sumqayıt şəhər,
Xəzər, Qaradağ,
Nizami, Sabunçu və Suraxanı rayon idarələrində, Abşeron,
Ağdam, Bərdə,
Biləsuvar, Xaçmaz,
Göygöl, Masallı,
Kəpəz, Nizami və Şəki rayon şöbələrində, Qobustan,
Xızı, Qax, Siyəzən, Şabran, Yardımlı və Samux rayon bölmələrində
müvafiq rayon İcra
Hakimiyyəti başçılarının
iştirakı ilə
ərazi icra nümayəndələri (xəbərdarlıq
sahələrinin rəislərinə)
üçün səfərbərlik
hazırlığı üzrə
məşğələlər təşkil olunub, Sumqayıt şəhər,
Xəzər, Qaradağ,
Nizami, Sabunçu və Xətai rayon idarələrində, Abşeron,
Lənkəran, Masallı,
Saatlı və Sabirabad rayon şöbələrində
Silahlı Qüvvələrə
təyin edilmiş hərbi-nəqliyyat vasitələri
təyin olunmuş məntəqəyə toplanaraq
onlara sıra baxışı keçirilib.
İyul
ayının ilk ongünlüyündə
Müdafiə Nazirliyinin
hərbi hissə və birləşmələrinin
cəbhə bölgəsində
keçirilmiş irimiqyaslı
təlimlərinə Müdafiə
Nazirliyinin sifarişinə
uyğun olaraq,
SHXÇDX-nin yerli idarə və şöbələri tərəfindən
3000 nəfərdən artıq
ehtiyatda olan hərbi vəzifəli şəxs çağırılaraq
təlimlərə qatılıb.
Səfərbərlik və Hərbi
Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması
və təlim yerlərinə göndərilməsi
işini uğurla təşkil edib. Sentyabrın 13-dən 20-dək Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin bütün
qoşun növlərinin
iştirakı ilə
mərhələli surətdə
irimiqyaslı əməliyyat-taktiki
və komanda-qərargah
təlimləri keçirilib.
Ali Baş Komandan İlham Əliyevin şəxsi göstərişinə
əsasən təlimlər
zamanı birləşmə
və hissələrin
səfərbərlik tapşırıqlarının
yerinə yetirilməsi
səviyyəsinin yoxlanılması
məqsədilə ehtiyatda
olan 10.000 nəfərədək
hərbi vəzifəli
təlim toplanışına
cəlb edilməsi Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti tərəfindən
təmin olunub. 10.000 nəfərlik şəxsi heyət planlaşdırılmış vaxtda, təyin olunmuş yerlərə çatdırılıb. Bununla da Xidmət bir daha sübut
edib ki, qarşısına qoyulmuş
vəzifələri uğurla
yerinə yetirməyə
qadirdir. Qeyd etmək
lazımdır ki,
SHXÇDX Təhsil Nazirliyi
ilə birlikdə orta məktəblərdə
hərbi hazırlıq
müəllimlərinin hazırlanması
və peşəkarlıqlarının
artırılması istiqamətində
də vacib işlər həyata keçirir.
Emin HƏSƏNLİ
525-ci qəzet.-
2014.- 26 dekabr.- S.5.