İstəyim güc gəldi

 

 

istəyimi

 

 

gizlədə bilmədim

 

 

istəyim

 

 

ürəyimi dindirdi

 

 

ürəyimi

 

 

gözlədə bilmədim

 

 

bağışla...

 

 

 

 

Gözlərim alışdı

 

 

gözlərindən

 

 

gizlədə bilmədim

 

 

gözlərin

 

 

gözlərimlə danışdı

 

 

bir-birinə qarışdı

 

 

gözlərimi

 

 

gözlədə bilmədim

 

 

bağışla...

 

 

 

 

əllərim

 

 

yarpaqtək əsdi

 

 

barmaqlarımı

 

 

gizlədə bilmədim

 

 

dözmək məni sıxdı

 

 

nəfəsimi kəsdi

 

 

dözümsüzlüyümə

 

 

söz deyə bilmədim

 

 

bağışla!..

 

 

 

 

lll

 

 

 

 

Sən

 

 

səsimdə  güldün,

 

 

sən

 

 

sözümdə güldün,

 

 

sən

 

 

gözümdə güldün-

 

 

səsimdə,

 

 

sözümdə,

 

 

gözümdə

 

 

saxladım səni!..

 

 

 

 

Sən

 

 

səsimi öldürdün,

 

 

sən

 

 

sözümü öldürdün,

 

 

sən

 

 

gözümü öldürdün-

 

 

səsimdə

 

 

sözümdə,

 

 

gözümdə

 

 

ağladım səni!...

 

 

 

 

sən

 

 

səsimin işığı,

 

 

sən

 

 

sözümün işığı,

 

 

sən

 

 

gözümün işığı-

 

 

səsimə,

 

 

sözümə,

 

 

gözümə

 

 

aldım səni!..

 

 

 

 

lll

 

 

 

 

Baş verənlər göz qırpımı

 

 

Sırasın tuta bilmirəm

 

 

Boğuluram əsəbimdən

 

 

Hikkəmi uda bilmirəm.

 

 

 

 

Qatarı dumana düşən

 

 

Durnanın səsi haraydı

 

 

Ürəyim ağrıdan şişən-

 

 

Qırx otaqlı bir saraydı.

 

 

 

 

Özümə təsəlli üçün

 

 

İçimdə xəyal qururam

 

 

Adamıyam mən bu köçün-

 

 

Hamıdan öndə dururam.

 

 

 

 

Baxıb halıma acıma

 

 

Hər kəs öz yükünü çəkir

 

 

Dindir, qoy danışsın hərdən-

 

 

Başım üstündəki şəkil!..

 

 

 

 

lll

 

 

 

 

Çin yuxular gözəldi

 

 

Yuxum çin olmur daha

 

 

Gözümdə göz közərdi

 

 

Boylandıqca sabaha...

 

 

 

 

Əlim göyə açıldı

 

 

Dilim dupduru suya

 

 

Bir qəm mənə acıdı

 

 

Üzümü yuya, yuya...

 

 

 

 

Yerlə göy arasında

 

 

Üsyan etdim qəhərə...

 

 

Dözümümlə çıxardım

 

 

Ürəyimi səhərə...

 

 

 

 

lll

 

 

 

 

Göynəyən dodağını

 

 

Titrəyiş yandıracaq

 

 

Hər çəkdiyim ah məni

 

 

Min dəfə andıracaq...

 

 

 

 

Dalanlar ittihamçı

 

 

Küçələr dar gələcək

 

 

Şəhər görüş yerimiz

 

 

Hər yandan yar gələcək!..

 

 

 

 

Gizlənməyə yerin,

 

 

vaxtın olacaq

 

 

Bəlkə bu son şeirin-

 

 

Sənin baxtın olacaq...

 

 

lll

 

 

İnsafsızlıq eyləyib

 

 

Yüklədik könlümüzü

 

 

Ancaq gözüm üstündə

 

 

Köklədik könlümüzü...

 

 

 

 

Dan üzünə dua ver

 

 

Günə çıxartşüa ver...

 

 

Oyanmasa suya ver-

 

 

Təklədik könlümüzü...

 

 

 

 

Susub xəyal elçi ,

 

 

Oturaq da, çölçü

 

 

Qəmə uyğun ölçüdə-

 

 

Ləklədik könlümüzü!..

 

 

 

 

lll

 

 

 

 

Əsalı arzuların

 

 

Barıdı neçə arzum...

 

 

Qocaldı göz görəti-

 

 

Qarıdı neçə arzum...

 

 

 

 

Gündoğana üz tutan

 

 

Günbatana qayıdır...

 

 

Doğulan arzular da

 

 

Ölənlərin tayıdır...

 

 

 

 

Ümid imkan arayır

 

 

İmkan ümiddən qaçır...

 

 

Bir əlim vağanıyır-

 

 

Bir əlim çiçək açır...

 

 

 

 

Təzad günün siması

 

 

Baxıb, ötüb gedirəm...

 

 

qalıb ki, sınası

 

 

Boşluq! – təsvir edirəm!..

 

 

 

 

lll

 

 

 

 

Gözlərini gəzə-gəzə

 

 

Bələyirəm günü aha...

 

 

Gözlərimə zülm eləmə-

 

 

Batırma məni günaha...

 

 

 

 

Bir axtarış guşəsində

 

 

Bir ürəyin şüşəsində...

 

 

Oxu, yazar köşəsində-

 

 

Gedib, qayıtmayıb daha...

 

 

 

 

Bir yuxunun içində

 

 

Yuyunum bir az içim !

 

 

Ölən günümün üçündə

 

 

Məni sən səslə  sabaha.

 

 

 

 

lll

 

 

 

 

Deyirsən gözlərimi

 

 

Səninçün qoruyuram...

 

 

Gözünün önündəyəm

 

 

Görmürsən, quruyuram?..

 

 

 

 

Danışdığın yuxunu

 

 

Bildiyimtək yozuram...

 

 

Mən anlaqlı şəkildə-

 

 

Qaydaları pozuram...

 

 

 

 

Könlüm açar kimidi

 

 

Qapılarımsa açıq...

 

 

Səni dözüm kiritdi-

 

 

Məni verdiyin acıq...

 

 

 

 

lll

 

 

 

 

Çöküb qaldım dizim üstə

 

 

Söz tapmadım düzüm üstə

 

 

Söz verdiyim sözüm üstə-

 

 

Öldür məni!

 

 

 

 

Qurudu söz bağı deyib

 

 

Axşam, ya sübh çağı deyib

 

 

Bir havalı ağı deyib-

 

 

Güldür məni!

 

 

 

 

İçimdədi vulkan, daşqın

 

 

Hardakı sən söhbət açdın

 

 

Bir az dəli, bir az çaşqın-

 

 

Bildir məni!

 

 

 

 

Mən ömründə bircə gilə

 

 

Yük oldumsa sözə, dilə

 

 

Barmağının ucu ilə

 

 

Sildir məni!..

 

 

 

 

lll

 

 

 

 

DAN ÜZÜ

 

 

 

 

Unudub özünüyarı yuxulu

 

 

Yaxası açılıbbilmir dan üzü...

 

 

Təbəssüm paylayıbçiçək qoxulu-

 

 

Boylanır sakitcədinmir dan üzü!

 

 

 

 

Bir ümid közərir gələcəyində

 

 

Çiçək qönçəsində, gül ləçəyində...

 

 

Hamıya sonuncu güləcəyin

 

 

Bilir, bəribaşdan gülmür dan üzü!

 

 

 

 

Gözümü ovlayır, fikrimi çəkir

 

 

Könlümü şumlayır – min dilək əkir...

 

 

Quruyur ormanda bir şehli ləpir

 

 

Amma kirpiyimi silmir dan üzü!

 

 

 

 

lll

 

 

 

 

Özümü təbrik etdim

 

 

Qəmim mübarəkqəmim...

 

 

Bu qəmin dəryasında-

 

 

Gəmim mübarək, gəmim...

 

 

 

 

Dalğalar qanadında

 

 

Yaddan çıxır adım da...

 

 

Dəyişən həyatımda

 

 

Kəmim mübarək, kəmim...

 

 

 

 

Çoxlarına sirr olan

 

 

Həyatımda pir olan...

 

 

Dərdlə həmdərdbir olan-

 

 

Cəmim mübarək, cəmim!

 

 

 

 

lll

 

 

Mən öz sözümün üstə

 

 

Çox çəkdim baş ağrısın.

 

 

Ürəyimə tuşlanan

 

 

Neçə cür daş ağrısın.

 

 

 

 

Sığmayıb qəfəsimə

 

 

Od qatıb nəfəsimə

 

 

Qoymadın əvəzimə

 

 

Bircə yol daş ağrısın...

 

 

 

 

Yanılmadım seçimdə

 

 

Dünya boyda, biçimdə

 

 

Bol sevincin içində

 

 

Sirdaş, yoldaş ağrısın.

 

 

 

 

lll

 

 

 

 

Mən sənli günlər üçün

 

 

Can tapmadım verməyə.

 

 

Günləri uzadacaq

 

 

Qan tapmadım verməyə.

 

 

 

 

Canım çoxdan canımdan

 

 

Köçüb, canın olmuşdu.

 

 

Uyğun gələn qanım da 

 

 

Seçib qanın olmuşdu.

 

 

 

 

Qalıb istək önündə

 

 

Canına dua etdim.

 

 

Sevgimə eşq dinində

 

 

Canını yuva etdim!

 

 

Gizli yandırır bizi!

 

 

 

 

lll

 

 

 

 

Bağlı qapılar önündə

 

 

Gözlədib öldürdüm səni.

 

 

Ölən günlərimə hər gün

 

 

Beləcə güldürdüm səni!

 

 

 

 

Xoş anın, xoş vaxtın üçün

 

 

Əsdin nanə yarpağıtək!

 

 

Gözləməyə çatdı gücün

 

 

Yurdun əsir torpağıtək!

 

 

 

 

Ölən günlərim üst-üstə

 

 

Başdaşına çevrildim mən.

 

 

Bir işğalla, sui-qəsdlə

 

 

Öz ömrümdən devrildim mən!

 

 

 

 

lll

 

 

 

 

Yer tapa bilmirəm

 

 

Durub, nəfəs almağa...

 

 

Mən ki, doğulmamışam

 

 

Dərdə qəfəs olmağa!

 

 

 

 

Fikrimi tarazlayıb

 

 

Özümü cəmləyirəm.

 

 

Mən bu qəfəs içində

 

 

Ruhumu dəmləyirəm!

 

 

 

 

Kimsə görmür, ya baxmır

 

 

Külək qovur yarpağı.

 

 

Canımla yarpaq boyu

 

 

Qaldıracam torpağı...

 

 

 

 

lll

 

 

 

 

Baxdım, ətrafda görmədim

 

 

Düşündümötüb keçmisən.

 

 

Ağlıma güldü ürəyim

 

 

Gördüm sən ora köçmüsən.

 

 

 

 

Dizimi yerə bənd edib

 

 

Sözümü şəkər, qənd edib

 

 

Gözümü yuman fənd edib

 

 

Açmışam, məni seçmisən!

 

 

 

 

Mənə Məcnunu andıran

 

 

Ölməz eşqə inandıran

 

 

Leylinin ruhun yandıran

 

 

Bulaqdan sən də içmisən!

 

Əbülfət MƏDƏTOĞLU

525-ci qəzet.- 2014.- 27 dekabr.- S.29.