YENƏ QAPIMIZA
ƏZRAYIL GƏLİB
Yenə qapımıza Əzrayıl gəlib,
Bəlkə ötən ildən borcumuz qalıb?
Boyları gödəldən şirindil gəlib,
Səsləri batıran uca səs gəlib.
Gedib qayıdacaq... ona nə tövbə?
Bəxtinə qurbanlar düzülüb daha.
Qoy bəyənib gəlim, mənimdi növbə,
Tanrıdan kəndirim üzülüb daha.
Yatın bu gecəni al qanım üstə,
Sonuncu məktubum haqdan gələcək.
Bizi əcəl kəsir mənzilimizdə,
Sizi yolunuzdan azdırır “mələk”.
Gəlir bu görüşdə gümanım cana,
Haqqa qovuşmağa cəhd eləmişəm.
Tanrı qismətinə, haqq hüzuruna
Piyada getməyi əhd eləmişəm.
Qəm yemə, mənimlə boşalan dolar,
Ölümün, qalımın ölçüsü gəlib.
Əzrayıl olanda, axı, nə olar?
Qapıma Allahın elçisi gəlib.
Niyə qaçmalıyam kimdən suçluyam?
Ölüm – əzabları qabaqlamaqdı.
Nə yaxşı, Allaha bir can borcluyam,
Bəndəyə bir manat borcum
da yoxdu.
ÖLÜM
– BİZİMLƏ
Bilmədiyin şeyi bilirəm
demə,
Yalandan
“dərdindən ölürəm”
demə,
Ölümün gözünə gülürəm,
demə,
Gülsək də, ölsək də, ölüm – bizimlə.
Zəhər sözlərimə bal
qatdım, demə,
Üzümə-gözümə əl qatdım, demə.
Bu gün də ölümü aldatdım,
demə.
Ölümsüz gəzəndə, ölüm
– bizimlə.
Ən dadlı, ən acı günüm səninlə,
Əmanət canımı bölüm səninlə.
Ölümün önündə enim
səninlə...
Ensək də, bölsək də, ölüm bizimlə.
Bu tale oyundu, oyunçu, gülək,
Başı bu torpağa qoyunca gülək.
Ölüm ağacına doyunca
gülək...
Gülsək də, ölsək
də, ölüm – bizimlə.
Qalxaq arzularla günəşə
kimi,
Bitək
kol dibində bənövşə kimi,
Düşüb əllərindən bir
şüşə kimi
Sınsaq da, qalsaq da,
ölüm – bizimlə.
Sən də səbirli ol, belə tələsmə,
O gül tez solacaq,
üstündə əsmə!
Ölüm içindədi, ölümü
gəzmə,
Gəzsən də, bezsən də, ölüm – bizimlə.
DƏYƏRSƏN
MƏNİM XƏTRİMƏ
Dəyərsən mənim xətrimə,
Xatirəmi də daşlarsan.
Bir gün düşüb qəfil ölsəm,
Yəqin məni bağışlarsan.
Ölüb getdim, unutmadın,
Yoluma işıq tutmadın,
A gözləri bulud qadın,
Xatirəmi yağışlarsan.
Yazıb
Bisituna adın,
Öldü bu eşqin Fərhadı.
Cən də öz başını qatıb
Təzə sevdalar başlarsan.
Sevdalar dərin
olmasa.
Ölsəm, xəbərin olmasa,
Qalmağa yerin olmasa,
Gəlib gözümdə qışlarsan.
GETDİN
Getdin, sən də getdin,
bahar da belə,
Məni tənha qoyub yağışla-qarla.
Gedən
qışla gedir, yağışla gedir,
Durna qatarında
gəlir baharla.
Mənim
ünvanımda bir yazın adı,
Taleyim sevginin suçəkənidi.
Bu yazın sevinci səninlə olsun,
Mənə o payızın dərdini gətir.
Mənim
o illərdə məzarımı
qaz,
Gəzirəm, gülürəm, demə
ki, sağam.
Məni
bu sevgisiz yazda dəfn elə,
Sevgili payızda
qayıdacağam.
BU SEVDA
BİR SOLAN GÜLDÜ
Mən gedirəm, sən qalırsan,
Sənə məndən zülüm olar.
Başın qoyub baş daşıma
Kim ağlasa, gülüm
olar.
Daha öldüm, barışarsan,
Dost-tanışa qarışarsan.
Məndən deyib danışarsan,
Dinən dilin dilim olar.
Bu sevda bir solan
güldü,
Çiçəklər gözünü sildi.
Mən bir yol ağrıyıb
öldüm,
Sənə hər gün ölüm olar.
“OĞLUMA
NƏSİHƏT”
Mən ki çox çəkmişəm
sözün bəlasın,
Əyriyə dov gələn
düzün bəlasın,
Allah da qorumur gözün
bəlasın,
Yayın bədnəzərdən, gözünü
qoru.
Bugünkü günahı sabah qoruyur,
Handa bir igidi qorxaq “qoruyur”.
Elə bil əyrini Allah qoruyur,
Tanrı qəzəbindən düzgünü
qoru.
İrmaq
ol, üzülüb qarışma çaya,
Bulanıq sularda çoxalım deyə.
Çox
yemək adamı azından qoyar,
Daimi qismətin
azını qoru.
Hərə bu fələyin
atını minir,
Haqq ilə ucalan, yalanla enir.
Dilində Tanrının məktubu
dinir,
Yalan kəlmələrdən
səsini qoru.
Payız
taleyində yaz gəzdirən var,
Göz yuman dalınca
göz gəzdirən
var.
Arada-bərədə söz gəzdirən var,
Xətadan, bəladan sözünü
qoru.
Güvənib adına
İNSAN demişəm,
Qəzalar yolunda dur, yan
demişəm.
Ruhunu Allaha qurban demişəm,
Hələlik bəndədən özünü
qoru.
QALDI
QİYAMƏTƏ
Qaldı
qiyamətə görüşməyimiz,
Nə olsun görüşə içimiz
gedir?
Burax, gecikirik ayrılığa
biz,
Bizdən irəlidə köçümüz
gedir.
Dəvə zınqırovu göz
yaşımızdır,
Oyadar səhrada
Məcnunu bu səs.
Bizim də Lələmiz yaddaşımızdı,
Onu kimsə
bizdən ayıra bilməz.
Bizlərə qalıbmı dünyanın
qəmi?
Ayrılıq... dünyanın kefinə gedək.
Azadlıq bizimlə, ayrılan
kimi
Adımın adamsız evinə gedək.
Üzümüz ayrılıq kağızı
kimi,
Ruhun izi ilə düzünə baxsın.
Sənin
gözlərinə baxmayan
gözüm
Bir də Əzrayılın gözünə
baxsın.
Qaldı
qiyamətə görüşməyimiz,
Biz çıxıb gedərik,
sevgi-dərd qalar.
Yenə
başlayırıq görüşməyə
biz,
Qiyamət olsa da, məhəbbət
qalar.
Ağalar MİRZƏ
525-ci qəzet.-
2014.- 27 dekabr.- S.28.