Şair Ağalar Mirzənin altmışı

 

 

 

Şair dostum Ağalar Mirzənin altmış yaşı tamam oldu. O, bu altmışın əlli üç il iki ay on bir gününü cismən yaşadı. İndi onun ömrü yaratdıqlarında yazdıqlarında davam edir.

 

Ağalar Mirzə illərlə həyata, insana, vətənə olan böyük sevgisini sözündə   işində  dönə-dönə ifadə etdi. Bütün əmək fəaliyyəti Azərbaycan radio televiziyasına aid olan bu insan  xalqımızın folklor xəzinəsinin  incəliklərini üzə çıxartmaqla yanaşı ölkəmizdə, eləcə sərhədlərimizdən kənarda qalan ərazilərimizdə ulu babalarımızın tikib-qurduğu qiymətli varsa, hamısını zaman-zaman  bircə-bircə kameranın yaddaşına köçürüb bizlərə göstərdi.

 

Ağalar xaraktercə çox ciddi adam olduğu üçün məsuliyyətli işin qulpundan yapışmışdı bəlkə buna görə onun şeirlərinin  dövlətçilik, vətəndaşlıq, milli mentalitet, əxlaq baxımından xüsusi ölçüsü-biçisi var.   

 

Mən Ağalar Mirzənin on il bundan qabaq, hələ sağlığında çıxanKarvanşeirlər kitabına ön söz yazmışam onun haqqında düşündüklərimi yerli-yataqlı o yazıda qələmə almışam. Şair dostum haqqında əvvəlki  fikirlərimdə qaldığıma görə nəyisə yenidən qiymətləndirmək istəmirəm.

 

Şairin sağlığında çatdırıb çap etdirə bilmədiyi şeirləri var. Sən demə, dostum axır vaxtlar  yalnız ölüm haqqında çox yazırmış. Görünür, tezliklə bizdən ayrılacağı ona  agah olubmuş. Amma son görüşlərimizdə o, bu barədə mənə bir kəlmə deməmişdi. Bəlkə ölüm kabusu ondan əl çəkmirmiş, qarabaqara dostumu izləyirmiş o da dar macalda Əzrayıla şeir oxuya-oxuya vaxtı uzadırmış, bilim? Şairlərin işini bilmək olur ki?...  

 

Əjdər OL

525-ci qəzet.- 2014.- 27 dekabr.- S.28.